adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 May 2019 15:40
20210
MƏMLƏKƏT

ŞİDDƏTİN QURBANI OLMAYAQ!......

İnsanyaradılanların ən alisidir deyirlər.Çünki insan iradəyə, mənəviyyata malikdir vədüşünə bilir.Bəzən də insan düşünməyi unudur . Yaradılanların ən alisiolan insanı, Yaradanın ucaltmasınabaxmayar, insan özünü ən adi səviyyəyə endirə bilir. Mən düşünürəm ki,insanın düşməni hər zaman insan olur. Çünki insanın insana və onun ruhuna verəbiləcəyi qədər təsirli və qərəzli zərəri heç bir qüvvə verə bilmir. Müasir çağımızda dünyadaxüsusi ilə bizim cəmiyyətimizdə bunu daha aydın və kütləvi şəkildə müşahidəedə bilirik. Bunu hal-hazırda televizya kanallarımızda yayınlanan xəbər vəporqramlar da təsdiq edir. Hansı kanalı izləsəniz ,günün müxtəlif zaman dilimlərindəailə için problemlərdən ,ailə daxili fiziki eyni zamanda psixoloji şiddətədən bəhs edilir və bu hala məruzqalan insanların nə qədər zərər çəkdiklərigörünür.

Həqiqətən elm və texnalogiya çağı kimi qəbuledilən bu çağda pisixoloji - fiziki şiddətə,zorakılığavə təhqirə məruz qalib əzilən insanlar var . Bəli ,bu müasir çağımızda da ənçox qizlarimiz və qadınlarımız şiddətə məruz qalır və çox zaman ailə daxilişiddətin qurbanı olurlar. Ailə daxilşiddət əsas olaraq "ailə içində bir fərd tərəfindən digər fərdin həyatının, bədəninin, psixolojik bütünlüyünüya da özgürlüyünü- müstəqilliyini güç ya da zorla təhlükəyə məruz qalması” şəklindetanımlandırılır.(Stewart ve Robinson,1998, s. 83) (1)

Ailədaxili şiddətin səbəbləri bunlardır : aşağı səviyyədə evliliyə mecburi razılıq, ailə fərdlərinin aqressiv hərəkətlərsərgiləməsi, ideolojik-düşüncə, irq və din fərqlilikləri, evlilkdə xüsusi iləqadının məsləyinin həyat yoldaşındandaha yaxşı olması, daha çox gəlirinin olması, ilətişim- ünsiyyət qurma yoxsulluğu(özəlliklə uşaqlarda ve yaşlılarda), hərcür güçsüzlükdür. Ailə daxili şiddətə məruz qalmış şəxslərdə əsasən bu xüsusiyyətlərin olduğu görülür: Aile içinde bəlirginbir rolları vardır (ən kiçik ya da ən böyük olmaq kimi). Ailə içində çox zamanhər şeyin suçlusu görülmə , günah keçisi olaraq qəbul edilmədir. Bu şəxslər qarşı Şiddətin təkrarlandığı və şiddətə təkrar təkrar məruz qaldıqları müşahidəedilir. Aile içi şiddətə məruz qalanlar təməldə qadınlar, uşaqlar və yaşlılardır . (Vahip I :EvdekiŞiddet Ve Gelişimsel Boyutu: Farklı Bir Açıdan Bakış.Türk Psikiyatri Dergisi.2002; 13(4): 312-319 )(Sağlık Bakanlığınca Dünya Sağlık Günü İçin HazırlananBasın Bildirisi.10 Ekim 2002,Ankara. Erişim Adresi: . Erişim Tarihi:14.7.2004.)(2)

Şiddətəməruz qalan qızlar və qadınlar bu hala etiraz etmək istədikləri zaman isə ailədaxilində qınaq hədəfinə çevrilir və ailəninfərdləri etdikləri fiziki , eyni zamanda pisixoloji siddətin normal hal olduğu ,hər ailədə bu halın baş verə biləcəyi kimi safsatalarıqadınların beyninə aşılamağa çalışırlar. Əgər qadın bu safsatalara uymayıb vəetirazına davam etməkdə qərarlı olarsadaha çox zorakılığa və şiddətə məruz qalır. Bəzən də " namus təmizliyi” adı ilə qəlt edilir ya da intihara məcbur qalır. Bu fəlakətlərdənqurtulam üçün qadınlar səslərini lazımi Dövlət Orqanlarına duyurmaqda qərarlıolmalıdırlar. Çünki Şiddətə məruz qalanqadın,uşaq və bütün insanlar bunu etirafetməkdən çəkinməməli və ” el-aləm” deyiləngərəksiz , boş-bekar insanların qınağından qorxmaq əvəzinə, cəsur və iradəli şəkildəbu qınaqları və sahiblərini susdurmalıdırlar.Çünki bizim müstəqil Dövlətimiz var və Hüquq Orqanlarımız var. Bizlər hüquqlarımızıbilməli və müdafə etməliyik. İnanın, Allahın c.c endirdiyi heç bir ayədə "insanları öz eqolarınız və çıxardığınız ədalətdən uzaq qərarlar üçün döyə və ya öldürəbilərsiniz” deyilmir , ya da heç bir ayədə"Erkəkdir –KİŞİDİR hər istədiyini edər” də deyilmir və AzərbaycanRespublikasının Konstitusiyasında heçbir maddəsində də " Qadınlara, uşaqlara ,gücsüz insanlara qarşı şiddət göstərməkgüclülərin haqqıdır” deyə yazılmır! Bütün bunlar şiddətin Yaradan tərəfindən də , Dövlət tərəfindən də qəbul ediləmədiyini açıq- aydın əks etdirir.

Dünyanın ən saf varlığı olan və bizlərin gələcəyiolan uşaqlar da çox zaman fiziki vəpsixoloji şiddətə məruz qalırlar. Bu hal ya ailə daxilində ,ya da məktəbdə,bağçada və.s baş verir. Çox zamanvalideyinlər övladlarına sözdə "tərbiyə”üsulu olaraq şiddəti seçirlər. Əslindəbu ən böyük cinayətdir.Uşaqların ruhunda dərin yaralar açan bu "tərbiyə”üsulunu normal hesab edən valideyinlərin çoxu özlərini müdafiə edərkən " Məni dəanam ,atam və ya qardaşım döyüb.Burda nə var? ,sən məndən qiymətlisən? mən dədöyülmüşəm ,sən məndən dəyərli deyilsə,adam ol deyə döyürəm” deyirlər. Sanki döyülmək(şiddət) nəsildən-nəsləötrülməsi lazim olan bir mirasmış kimi dəyərləndirilir. Zorakılıq ,zülm və şiddətin ailə daxili tərbiyəninbir hissəsi kimi görənlər də var.

Məhz şiddət sorununun (probleminin) ən canalıcı nöqtələrindən biri də, nəsildən -nəslə ötürülmə özəlliyidir. Ailedaxili şiddətə məruz qalan uşaqların əksəriyyəti,böyüdüklərində şiddət göstərən ərə və qadına ( yəni eşlərə) , ana atalaradönüşürlər.

Bəzi şiddətəmeyl edən yetişkinlərin büyük bölümününuşaqlıqda ailə içi şiddətə məruz qaldıqları gərcəyi təsdiqlənmişdir. (Kaufmanve Zigler 1987) (3). Yeni nəslin şiddətəməruz qalması gələcəyimizin məhvi deməkdir.Belə ki, ailəsində ardıcıl bir şəkildə fiziki və ya psixoloji şiddət görən şəxslərdədepresiyaya daha çox rastlanılır. Şiddətməruz qalmaq nəticəsində öfkənin bir şəkildə dəf edilməsi ilə ortaya çıxan depressiya, bu şəxslərdəimpulsif suisid yəni bir anda intiharetməyə səbəb olur.(Aile ve Toplum Yıl: 7Cilt: 2 Sayı: 9 Ocak-Mart 2005 ISSN: 1303-0256.(4).

Dəyərliqadınlar və şiddətə məruz qalan bütün insanlar ! Şiddətə məruz qalmağa məcburdeyilsiniz! Öncədən də qeyd etdiyimizkimi insanın insana verdiyi qərəzli zərəriheç bir qüvvə verə bilməz. Bəzən bizə ən güclü zərəri ən yaxınlarımız verir. Bu zərərin normal hal olduğunu da müdafiəedirlər.Çünki, hələ də şiddəti,təhqiri və təhdidi normal hal hesan edən bədəvi ərərblərlə eynidüşüncədə olan va ya şəxsi eqolarını doyurmaq üçün " qanunlar" çıxaran və özləriniçağdaş hesab edən barbarlar var. Əslindəmən bu mövzuda "EL-aləmin , xalqın və camaatın sayəsində puç olan həyatlar” isimliməqaləmdə geniş bəhs etmişdim. Şiddətə məruz qalan qadın,uşaq və ümumilikdə insanlar bunu etiraf etməkdən çəkinməsinlər. Örnəkolaraq mən çəkinmədən bir zaman ailə daxilipisixoloji və fiziki şiddətə məruz qaldığımı etiraf edirəm. Bu şiddəti məndən5 yaş kiçik olan qardaşım mənə qarşı həyatakeçirirdi və valideyinlərim də eynifiziki və psixoloji şiddəti təhqir və söyüşlə dəstəkləyərək , baş verən şiddətinnormal hal olduğunu və hər ailədə ola biləcəyini müdafiə edirdilər. Ama mən bunun qanuna zidd olduğunu bilirdim vəetirazımda da qərarlı olduğumdan çox boş-bekar insan tərəfdən qınandığım olsada ,bu səviyyəsiz qınaqların boş olduğuhəqiqətini unutmadım.

Şiddət görən insanların(mən də daxil olmaqla) vücudunda olan izlər,yaralar zamanlakeçsə də, ruhularınada fiziki və pisixoloji şiddət edən insanların açdığı yarahər zaman aci verməyə davam etdir.

Bəzən şiddət göstərən və buna pisixoloji şiddətlədəstək olanlar tərəfindən, şiddətə məruz qalan insana " bizim üçün darıxmırsan, heç ağlına gəlmirik?”kimi suallar da verilir. Düşünün, bir insanın bədəninə və ruhunaşiddət göstərənlər, zaman keçicənyaraladıqları ve daha təsirli desək qətletdikləri ruhdan-ruhun sahibindən hələonları düşünməsini istəyir və özlənilməyiumurlar. .Bu həqiqətən dəhşətdir...

Bu da açıq bilinir ki, Azərbaycan Türk qadınıhər zaman ailəsinə sadiq və ailə sevər olur.Çox zaman ailəsi və övladları üçünhər fədakarlığı etməyə razı olur. Məhz qadınlarımızın ailəsinə və ailə fərdlərinəqarşı olan bu sevgisini anlayan qiymət verənlər olduğu kimi, bu sevgidən suiistifadə edərək qadınlarımızı aşağılayanlar da olur.Sözsüz mənəviyyat sahibiolan və düşünmənin önəmini anlayan alicənab insanlar qadına və uşaqlara qarşı əslasiddət göstərməzlər. Bizim atalarımız da əsla qadına şiddəti dəstəkləməmişdir vəhər daim Azərbaycan Türk qadınını uca tutmuşlardır.Əlbəttə sözün əsl mənasındaAzərbaycan Türk igidinə, qəhrəmanına ,ərinə də bu yaraşar.Eynən atalarımız kimiqadini uca tutan igidlərimiz ,erlərimizə-ərənlərimizə,qardaşlarımıza mən bir Azərbaycan Türk qizi olaraq xüsusi təşəkkür edirəm.

Aparılan araşdırmalara görə çox zaman ailələr qızlarına təhsil verməyi deyilonları evləndirmyə üstün tuturlar . Bəzəndə "qıza təhsil verək yoxsa verməyək "mövsuzu beləmübahisə edilir və nəhayət qərar verilir ki,buna(qız övladına) təhsil verək,verəkki el- aləm desin "cehizində diplomu var, həm də bu zaman qızı istəyənçox olar, hətta bir pulluya verərik".Əslində bu düşüncə ilə guya ailə qız övladının həyatını qurtarır və ona dahayaxşı həyat vəd edir. Halbu ki,təhsil qız övladına öz ayağları üzərində dursun,yeni nəsli güclü ,təhsilli yetişdirsin,vətəninin, millətinin haqlarını müdafiəetsin deyə verilməlidir. Dəyərli valideyinlər, qızlarınız təhsilverin və çalışın təhsil aldığı təhsil ocağının diplomu vətəndə və dünyanın həryerində keçərli olsun ki, qız övladınız bu diplomdan yetərincə yararlanabilsin. Əks halda sadəcə cehizdə olan bir kağız parçasında fərqi olmaz. Bəzəndəailələr tərəfindən "qız övladınınyaşı 25 və ya 30 -a çatmadan mütləq evlənməsi gərəkər,xalx nə deyər?!"düşüncəsi ortaya atılır. Çox zaman da evlənən qıza getdiyin evdən" kəfəninçıxar" deyilir. Bu isə nəticədə gərcək olur. Qızlarımız ailə içindəşiddətə məruz qalır , övladları dünyaya gəlincə onlar üçün susmaliolurlar. Əgər gəldikləri evdəki ailələri zəngindirsə onlara sahib çıxır,çıxdıqdan sonrda "el-aləmin" sözü ilə qızının başına çaxınc etməyəbaşlayır ki," getdiyin evdə dolana bilmədin" nəticədə isə qızlarımızyenə ya həyatına son qoyur ya da əsəb xəstəsi olur,sosiallaşmaqdan məhrumolur.Ama əgər madii durum yoxdursa söylənildiyi kimi o evdən " kəfənlə"çıxır. Beləcə "el-aləmin","xalxın" istədiyi olur. Yəni həyatlarpuç olur gedir!(5).

Bütünbu faciələrin önünü almaq üçün toplumdakı fiziki və psixoloji şiddətə sonverilməli və şiddət törədənlərin önü alınmalıdır. Dahi dramaturq Cəlil Məmmədquluzadənin "Ölülər”əsərindəki kimi "diri ölülərdən” cəmiyyətimiz özünü qorumalıdır. Cəmiyyətimizin bütün fərdləri öz hüquqularınıbilər və digər fərdlərə qarşı sayqılıolarsa daha rəfah və mədəni bir həyat yaşaya bilərik.Əks halda gələcəyimiz məhvolar. Sağlam ruha və düşüncəyə sahib olmaq üçün özəlliklə qadınlarımızın təhsilalması mütləqdir. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev nə gözəlsöyləmişdir "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qızatəhsil verməklə isə təhsilli bir ailə”.Düşünürəm bu sözlər fikrimi daha təsirli bir şəkildə əks etdirir.

İstifadə edilən mənbələr:

1.Türk Psikoloji Yazıları, Aralık 2008, 11 (22), 84./(Stewart veRobinson, 1998, s. 83)

2. Vahip I :Evdeki Şiddet Ve Gelişimsel Boyutu: Farklı Bir AçıdanBakış.Türk Psikiyatri Dergisi. 2002; 13(4): 312-319 )(Sağlık Bakanlığınca DünyaSağlık Günü İçin Hazırlanan Basın Bildirisi.10 Ekim 2002,Ankara. Erişim Adresi:. Erişim Tarihi:14.7.2004.)

3. Aile ve Toplum Yıl: 7 Cilt: 2 Sayı: 9 Ocak-Mart 2005 ISSN:1303-0256

4. 3-cükaynakla aynıdır.

5. Aynur Talıblı. "EL-ALƏMİN, XALQIN VƏ CAMAATIN SAYƏSİNDƏ PUÇ OLANHƏYATLAR-BUNA DUR DEYƏK” ismli məqalədən.