Sabah 41 dərəcə isti olacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Adalet.az xəbər verir ki, havanın temperaturu gecə 24-29, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.
Digər Xəbərlər
12 Iyul 2026 13:16
Sabah çimərliklərdə hava necə olacaq?
12 Iyul 2026 13:00
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirdi - VİDEO
11 Iyul 2026 18:53
"101 yaş istəyirəm səndən" - Sakinlərlə Prezidentin maraqlı dialoqu + YENİLƏNİB
11 Iyul 2026 17:42


Bakı -°C

