adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Avqust 2014 12:54
3645
MƏMLƏKƏT

Şeyxülislam Gürcüstanda ad günü keçirdir

"Gürcüstanvə Azərbaycan xalqlarının dostluğu və münasibətləri səmimiliyi və mehribanlığıilə fərqlənir”. Adalet.az xəbər verir ki, bunu  Tbilisi aeroportunda jurnalistlərəmüsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam AllahşükürPaşazadə deyib.

 

Gürcüstanasəfərindən şad olduğunu deyən şeyxülislam qeyd edib ki, xalqlarımız, ilknövbədə, ölkələrimizin ərazi bütövlüyünün təmin olunması üçün çox işlərgörüblər.

Xatırladaqki, A. Paşazadə Gürcüstana dostluq səfərinə gəlib və özünün 65 yaşını burada qeydedəcək. Onu II İliya qarşılayıb.

A.PaşazadəAzərbaycan Prezidenti İlham Əliyevin şəxsi salamını bütün GürcüstanınKatolikos-Patriarxı II İliyaya çatdırıb.


Katolikos-PatriarxŞeyxülislamı 65 illik yubileyi münasibəti ilə təbrik edib və onu"Gürcüstan xalqının dostu" adlandıraraq minnətdarlığını ifadə edib:"Sizi ad gününüz münasibətilə təbrik edirəm. Bir-birimizi uzun illərdirtanıyırıq və dostluğumuz getdikcə möhkəmlənir. Mən sizin simanızda Gürcüstanınəziz dostunu salamlayıram".

A.PaşazadəGürcüstanın Prezidenti və parlamentinin sədri ilə də görüşəcək. O, Gürcüstanı sabah tərk edəcək.