Şeyx Küveytə gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də Küveytə səfərə yola düşür.
QMİ-dən Adalet.az-a verilən məlumata görə, səfər BMT Baş katibinin xüsusi məsləhətçisi, İslam xeyriyyəçilik Təşkilatının Direktorlar Şurasının sədri Abdallah Əl-Mətuqun şəxsi dəvəti əsasında həyata keçirilir.
Səfərdə məqsəd Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın himayəsi ilə keçirilən "Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və informasiya mübadiləsi” mövzusunda sayca səkkizinci Konfransda iştirak etməkdir.
Bu dəfəki Konfransın mövzusu "Bəşəriyyət aclıq əleyhinə səfərbər olsun” mövzusudur. Bu mövzu ötən ilin fevralında Vaşinqtonda "Müsəlman cəmiyyətlərində sülh naminə Forum” tərəfindən keçirilən tədbirdə İslam xeyriyyəçilik Təşkilatının Direktorlar Şurasının sədri Abdallah Əl-Mətuq tərəfindən irəli sürülüb. BMT Baş katibinin xüsusi məsləhətçisi statusuna malik İslam xeyriyyəçisi A.Əl-Mətuq "Milyon acın doydurulması” Humanitar aksiyasına çağırış edib.
Noyabrın 26-da keçiriləcək Beynəlxalq Konfransda QMİ sədri Şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57