adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Avqust 2018 17:29
60270
MARAQLI

Şeytana qovuşmaq istəyənlərin dini

Şeytana inananlar

Bəşəriyyət müxtəlif dinlərə, inanclarasitayiş edir. Kimisi Allaha inanır, ibadət edir, kimisi də Allahıinkar edir. Hələ inəyə sitayiş edənlər də mövcuddur. Ancaq qaranlıq, məxfisaxlanılan inanclar da yaşamaqda və gizli şəkildə təbliğ edilməkdədir.

Satanizmhaqqında çox eşitmişik. Satanizm, əsasən xristianlığa, həmçinin bütün dinlərəqarşı çıxan bir hərəkatdır. Terminin mənası "şeytana inanmaq, sitayişetmək" mənasını verir. Başda xristianlıq olmaqla, bütün dinlərə qarşıüsyanı təbliğ edir. Satanizm öz-özlüyündə fəlsəfi cərəyandır. Onunardıcıllarının fikrincə, şeytan yeganə müqəddəs varlıqdır. Cəmiyyətdən, sosialmühitdən kənarlaşan adamlar satanist qruplar yaradaraq öz inanclarını təbliğedirlər.


Satanizm

Qısacası,satanizm – şeytanı və ya şeytan simvolunu təbliğ edən və ona inanmağı əmr edənbir cərəyandır. Satanizmöz-özlüyündə bir neçə məzhəbə bölünür.

Hər bir məzhəbinfəlsəfəsi də digər məzhəblərə nəzərən fərqlidir. Ancaq ən əsas məzhəb AntonLa Veyin adı ilə bağlıdır. Onun dünyagörüşünə görə, Şeytan – azadlığın,fərdiliyin və ədalətsizliyə qarşı mübarizənin simvoludur.

La Vey hesabedirdi ki, satanist olmurlar, satanist doğulurlar. Satanistlər sosialmüxtəliflik, seksual enerjinin açılması və inkişafı, fərdin öz həyatınınmənasını tapması və həyati ideyalarına çatması tərəfdarlarıdır.


Şeytan Kilsəsi

Satanizm ifadəsihərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan"mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi iudaizm və xristianlığa qarşımübarizə aparmaqdır. Kilsə özünü şərin şüurlu daşıyıcısı və xristianlığınantipodu elan edir.

Şeytan kilsəsisatanist sektaların birincisidir.

Buna"Müasir Etiraz Hərəkatı" demək də mümkündür. Bu hərəkat, başdaxristianlıq olmaqla, bütün dinlərə və dinlərin yaratdığı müqəddəs dəyərlərəəksdir.

Bu səbəbdən,başda İngiltərə, Fransa və Almaniya olmaq üzrə bəzi Avropa ölkələrində,xüsusilə də ABŞ-da ortaya çıxan, oradan digər ölkələrə yayılan satanizmşeytanın ən əhəmiyyətli xüsusiyyəti olan müxalifliyi və oyanışı əsas tutur,dinin və dini olan hər şeyə qarşıdır və şeytanın, onun təmsil etdiyi düşüncəninyanındadır.


İlk ciddi satanist film

Anton La Vey1960-cı illərin sonlarında sosial darvinizm ideologiyasını özündə birləşdirənsektanı yaratdı və 1966-cı ildə Kaliforniyada "Şeytan Kilsəsi"niqurdu.

Satanizminbanisi hesab edilən La Vey cərəyanı inkişaf etdirərək, "Şeytan İncili"kitabını yazdı. Kitabda ən əsas ünsür - şeytan və onun mahiyyətindən bəhsolunurdu. Şeytan, insanın bir növ heyvan olduğu düşüncəsini və dinlərin günahdediyi şeyi təmsil edir. Bu səbəbdən La Vey satanizm, dini və əxlaqi olan hərşeyə qarşı çıxma və bunların əksini etmə əsaslarına söykənir.

Satanizmintəşkilati mənada varlığını ən zirvə nöqtəsinə çatdırdığı dövr 1960-cı illərdir.Xüsusilə bu təlim kino, musiqi və media tərəfindən müxtəlif variantlardaişlənib. Məsələn, Anton Szandor La Veyin ssenari məsləhətçiliyini etdiyi, ilkciddi satanizm məzmunlu kinofilmi olan "Rozmarinin Körpəsi" 1968-ciildə çəkildi.


Pişiyin qurban verilməsi

Satanistmərasimlər, ortaya qoyulan pentaqram işarəsi ətrafında şamların yandırılması,baltaların əldə tutulması, tərs xaç işarəsinin çəkilməsi və ya taxta xaçınyandırılması, şeytana dua edilməsi və pişik qurban kəsilməsi, onun qanınıniçilməsi ilə keçir. Ümumiyyətlə, bürcləri eyni olan və ya bir-birinə yaxın qızvə kişilərin cinsi əlaqəyə girməsi də onların adətlərindəndir. Pişiyin qurbanedilməsinin səbəbi isə onun şeytana ən yaxın heyvan olaraq görülməsidir. Bəzənsatanist ayinlərdə şeytana bakirə qızlar da qurban verilir.


Satanizmingündəmə gəldiyi günlərdə bəzi TV kanallarında bir qism satanist ayinlər dənümayiş olunurdu. Bu vaxt bəzi satanistlərin ayinlərində pişiyin qurbankəsilməsi, onun ətini qovrulub yeyiylməsi və qanının içilməsi dəgörüntülənirdi. Əvvəlcə bunu ifadə etmək lazımdır ki, satanistlər yalnız pişikdeyil, xoruz, dovşan kimi heyvanları da qurban edirlər. Çünki satanist ayinindəəsas olan hər hansı bir heyvanın qurban edilməsidir. Lakin ölkəmizdəkisatanistlər daha çox pişiyi seçməkdədirlər. Bunun da fərqli səbəbləri var:

Bəzi fikirlərəgörə, pişik nankor bir heyvandır. Səbəblərdən biri də onun asan ələkeçirilməsidir. İnsanların əksəriyyəti pişiyi sevir və ona dəyər verirlər.

Deməli, pişiyinqurban verilməsi isə ərtafda daha çox qıcıq yaradır, satanistlər də elə bunuistəyirlər. Çünki satanizmin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də daimmüxalifəti təmsil etmək, qarşı tərəfdə olmaq və dinin qadağan saydığı şeylərietməkdir. Bəzi inanclara görə, pişiyin qanını içənə ölümsüzlük verilir. Bununarxasındakı gerçək səbəb isə şeytanın eyni zamanda "qaniçən" kimixarakterizə edilməsidir. Başqa sözlə, adam pişiyin qanını içdiyində şeytanınetdiyini etmiş və ya şeytanla qaynaşmış olur.


Satanizm ideologiyası

Adından da məlumolduğu kimi, satanizm Allahın varlığını inkar edir. Bu düşüncə satanizmideologiyasını azacıq da olsa ateizmə yaxınlaşdırır. Xristian və müsəlman dinxadimləri Allahı inkar edən satanistləri ateistlərlə eyniləşdirmək üçün bufürsəti məqamdan əldə edirlər. Bəli, satanistlər materialistdirlər, yalnızmaddənin varlığına inanırlar. Allahın varlığını və bütün metafizik varlıqları(məsələn, mələkləri) də inkar edirlər.

SatanistlərAllaha, müqəddəs kitablara, mələklərə, cənnət və cəhənnəmə, yaxşı ruhların vəcinlərin varlığına inanmırlar. Bu baxımdan satanizm konkret olaraq islaminancının batil hesab edə biləcəyi inancdır və ateist dünyagörüşü ilə üst-üstədüşür. Ancaq ateizm din deyil. Yəni satanizm ideologiyasında ən vacib məsələşeytanın varlığını dərk edib, inanmaqdır.


Ölkəmizdə satanizm

SatanizmAzərbaycanda 2007-ci ildən yayılmaqdadır. Onun tərəfdarları arasında rokmusiqisi sevənlər və yeni rok dinləməyə başlıyan gənclər üstünlük təşkil edir.İlk öncə yüngül rok janrlarını dinləyən gənclər sonra ağır rok janrlarınakeçirlər. Ən sonda metal-rok janrı – Qara metal (Black M) və Ölüm metal (DeathM) gəlir. Bu da bir çox gəncdə sırf satanizmə maraqla nəticələnir. Bu janrıdinləmək Allaha olan inamı günbəgün azalması ilə müşayiət olunur. Və bundansonra ailədən, cəmiyyətdən uzaqlaşma başlayır. İçinə qapanmalar, pessimizm, rokmahnılar – bütün bunlar gənci satanist olmağa vadar edir. Bununla belə, gəncinhəyat tərzi, dünyaya baxışı, zövqü tamamilə dəyişir. Onun üçün tək inanc yerişeytan olur. Bəzən bu tip adamlar şeytan üçün damarlarını kəsir, intihara meylgöstərirlər. Beləliklə, satanizm ideologiyası mövcudluğunu qoruyur.


Satanizmin təbliğatı

Qonşudövlətlərimizdə də bu cərəyan var. Qardaş ölkə Türkiyədə satanizm internetyoluyla yayılıb. Daha sonralar isə "heavy metal" qrupları vasitəsiyləəsasən də gənclər arasında genişlənib.

Şeytanainananların çoxunun imkanlı ailələrin uşaqları olduğu, bu uşaqların da dini vəbir çox müqəddəs inancları rədd etmələri aşkara çıxıb. Gənclərin bu yoladüşməsinin birinci səbəbi bu tip musiqilərə qulaq asmaları ilə başlayır. Sonraisə məsum dost görünüşlü qruplarla əlaqəyə girirlər.

Əhatələrinigenişləndirərək inanclarını gücləndirirlər. Əsasən maddi vəziyyətləri yaxşıolan, evlərində kompüterləri və özünə aid otağı olan gənclərin bu cür əlaqələriinternetdə çat söhbətləri nəticəsində yaranır. Belə ünsiyyət əsnasındasatanistlər maraqlı söhbətə başlayırlar. Bu, ilk addımdır, sonra isəsatanistlər bu gəncləri məlumatlandırırlar. Məsələn, satanizmin keçmişi vəgələcəyi barədə danışır, gənclərin yaşadıqları yerə yaxın musiqi mağazalarınınünvanlarını verib, bu şəxslərlə əlaqə qurmalarını istəyirlər. Beləliklə də, özistəklərinə çatırlar.

İzmir polisininhazırladığı arayışa görə, satanistlərin gerçəkləşdirmək istədikləri əsasaksiyalar bunlardır: "Sultanəhməd məscidinin dağıdılması. Taksimdə məscidtikilməsi nəzərdə tutulan yerin işğalı. Əlyazması olan Quranın murdar yerlərə,yaxud dənizə atılması. Bütün ibadətxanaların dağıdılması".

Buradan yenəgörünür ki, satanistlər bütün dinləri özlərinə düşmən bilirlər və onlara qarşıhiyləgərcəsinə savaş açırlar. Təəssüf ki, bu savaşın qurbanları məsum insanlar,gənclər, ana-atalar olur. Satanizmə qarşı dünya təşkilatları ciddi bir tədbirgörmürlər.

Hesab edirəm ki,dünyanı idarə edən qüvvələrin bir parçası olan satanistlər hələ uzun müddətinsanlara, insanlığa zərbə vuracaqlar.


Son

Bütün bəhsetdiklərimiz öz övladlarımıza, gəncliyimizə, cəmiyyətimizə ötürülən birinformasiyadır. Satanizm bizim ölkədə elə də ciddi şəkildə yayılmayıb. Buradasiz nadir hallarda satanist şəxslərlə üzləşə bilərsiniz. Həm də ona görə ki, onlarinsanların arasında olmurlar. Təkliyə və ya qaranlığa qapılırlar. Deməkistədiyim odur ki, valıideynlər öz övladlarına, dostlar öz dostlarına dəstəkolmalı, onun yanında olmalıdırlar. Heş kəsi sevgimizdən, qayğımızdan məhrumetməməliyik.

İnsan tək qalmağabaşlayanda hər şeyin dadına baxmaq istəyir. Ona görə çalışaq ki, sevib-sevilək.Həyat sevməyə və zövq almağa dəyər.