adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Iyul 2020 15:22
45105
LAYİHƏ

ŞƏRUR YALLILARI

Əzizim Naxçıvana,

Yol gedir Naxçıvana.

Şərurum bir tamaşa,

İndi gəl Naxçıvana.

Elə ki, hava qaraldı qaranlıqgecənin bağrını dələn bir səs yüksəlirgöyə. Yallının səsi. Onda nə hikmət, nə ululuq varsa adamı tez əfsunlayır,sehrinə salır. Nağaranın səsi dağlarda, daşlarda əks-səda verir.Hay-harayın kəndləri bürüdüyünün şahidi olursan, çiyinlər birləşir, qollarçarpazlaşır, ayaqlar şimşəkdən sanki güc alır.Mağar boyu halay qurulur, yallı tutulur.

Belə başlanır Şərur toyları.Yaşlı nənələr, sinəsi sazlı-sözlübabalar, müdrik insanlar danışırlar ki, bu qədimlərdə də belə olub. Şərurelinin bütün məclisləri yallı ilə başlayıb, yallı ilə sona çatıb. Bu yurd yerinin suyundan içib, havasından udan hər kəs bu qədim rəqsin bir neçə növünü bacarırmış.

Əslində elə indi dəŞərurda az adam tapılar ki,bütövlük, birlik simvolu olan vətənpərvərlik,mübarizlik təlqin edən bu qədim rəqsibilməsin.

Elə yallı Şərur elinin "milli emblem"idir aforizmi də bu mənadayaranıb. Həm də ona görə ki, Şərur deyiləndəmilli folklorumuzun bu qədim növüyada düşür. Nə zaman keşməkeşləri, nə də müasirləşməyallılarımızı bizə unutdura bilməyib.

Şərurda fəaliyyət göstərənfolklor ansamblları incəsənətimizin bunadir növünü qoruyub yaşadır. Nəsildən-nəslə ötürücü, zənginləşdiricimissiyasını uğurla davam etdirir. Yenidənqurmavə əsaslı təmirdən sonra estetikgörünüşü ilə göz oxşayan Şərur Rayon Mədəniyyət Şöbəsinin binasından ətrafa yayılan gözəlbir musiqiyə hakim kəsilmək isəbir başqa aləmdir.

Yallılar milli pasportumuzolan tarixi abidələrimiz qədər dəyərlidir. Səsi-sorağı sərhədləri aşırŞərur yallısının. Haralarda olmayıb Şəruryallısı?

1924-cü ildən fəaliyyətəbaşlayan bu folklor ansamblı böyük səhnəyə 1936-cı ildə qədəm qoyub.1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündədoğurduğu rezonans isə o zaman dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bumünasibətlə kollektivə göndərdiyi təbrik teleqramında da öz əksini tapıb.

Milli-mənəvi varlığımızın, qəhrəmanlıq, mübarizlik kimi alikeyfiyyətlərinin təcəssümü olanbu qədim sənəti yaşadan kollektivAzərbaycan tarixinin dirçəliş mərhələsinin başlanğıcından fenomenal şəxsiyyət Heydər Əliyevin diqqət vəqayğısı sayəsində respublika ümumittifaqmiqyaslı tədbirlərin fəal iştirakçısına çevrilib.

Azərbaycanın Əməkdar Mədəniyyət işçisi. Kimya Babayeva deyir ki, Azərbaycanınmilli mədəniyyətinin, folklorunun gözəlincilərindən biri yallılarımızdır.Yallılar Azərbaycanın bir çox bölgələrindəyayılıb və inkişaf edib. Amma ənçox yallı növü Şərur mahalında genişyayılıb. Şərur yallısının çox böyük tarixi var. Bir əsrə bərabər yaşı olanrəqs növü bu günümüzədək qorunub, saxlanılıb. Məqsədimiz gələcəknəsillərə təqdim etməkdən ibarətdir. Şərur yallı ansamblı əvvəllər kiçik qrup şəklində olub.

Sonradan dahi bəstəkar ÜzeyirHacıbəyovun SSRİ Ali Sovetinə burayondan deputatlığa namizədliyi irəli sürülüb.

Onun seçiciləri ilə göruşə gəlməsi zamanıkonsert proqramı təşkil olunub.Yallı bəstəkarın çox xoşuna gəlib.Deyib ki: "Azərbaycanda dayallılar var, amma yallıŞərurda doğulub. Yallının məkanıŞərurdur".

Sözsüz ki, belə gözəl fikirlər müəyyən zamanlardaulu öndərimiz Heydər Əliyev tərəfindəndə deyilib. Biz Bakıda keçiriləntədbirlərdə iştirak edəndə, ulu öndərbizim kollektivə yaxınlaşıb bildirdi ki: Şərur yallısı bizim dünənimiz, bu günümüz vəgələcəyimizdir. Şərur yallılarınıqoruyub saxlamalıyıq". Bu fikirlərbu gün də bizim üçün önəmlidir.

Şərur yallı ansamblı doğma Naxçıvanımızı nəinki Azərbaycanda,ondan kənarda, dünyanın bir çox ölkələrində keçirilən folklor festivallarında təmsiletmişdir. Keçmiş SSRİ dönəmində biz Almaniyada, Macarıstanda, Polşada, müstəqillikəldə olunduqdan sonra 2000-ci ildə Misir Ərəb Respublikasında keçirilən folklor festivallarında iştirakçısıolmuşuq. Kollektiv orada yüksək çıxışına görə "Qızıl açar" mükafatınalayiq görülmüşdür. Mədəni əlaqələrimiz genişləndikdən sonra demək olar ki, həril Türkiyə Respublikasına dəfələrlə dəvətolunur, folklor festivallarında iştirak edirik.

Yaxın vaxtlarda türk ulusoyun xətti ilə bu ilin gözəl bir tədbiri milli bayramımızolan Novruza təsadüf etdi və biz 10 gün müddətində həmin tədbirləriniştirakçısı olduq. Hər bir yallı üzvü təşəkkür bəlgəsi ilə qiymətləndirildi.Son 2-3 il ərzində bizim 4-5 unudulmuş yallımız səhnədə ifa olunur. Gözəl musiqi və hərəkətləri var.

Şərur Yallı ansamblı üzvlərininəksəriyyəti Azərbaycanın və Naxçıvanın fəxri adlarına layiq görülüblər. Onlarınarasında Prezident mükafatçıları da var. Biz çalışırıq ki, yüksək diqqət vəqayğıya görə işimizin öhdəsindən layiqincə gələk.

Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri Vasif Talıbov demişdir: Naxçıvanın üç incisi bizim üçünxüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları". Buna görə dəbiz bu inciləri qoruyub saxlamalıyıq.

Xalqımızın yaratdığı belə rəqslərsaysız-hesabsızdır. Əsas məsələ yallının, rəqsin milli üslubunu qoruyubsaxlamaq, təlqin etdiyi fikri, emosional təsir gücünü incə, zərif çalarlarla gənclərəçatdırmaqdır. Mənbələrdə göstərilir ki, yallı rəqs növünün tarixi çox qədimdir.

Yazılı mədəniyyətdən əvvəlkidövrlərə təsadüf edir. Oğuz ellərinin həyat tərzi, məişəti, dünyagörüşü DədəQorqud boylarında sözlə, fikirlə, yallılarda isə rəqslə, ritmlə, hərəkətlərlə ifadə olunur.Mütəxəssislərin fikrincə bir vaxtlar Şərur bölgəsində yallının 100-dən çox növüolub.

(ardı gələn sayımızda)

Adilə Səfərova,

Naxçıvan Televiziyasının

baş redaktoru

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.