adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Sentyabr 2018 12:07
16979
ƏDƏBİYYAT

Şərif Ağayarın ovsunlayan romanı - Orxan Saffari yazır…


Adalet.az gənc yazar Orxan Saffarinin "Şərif Ağayarın Ağgölü” yazısını təqdim edir.

Ağ göl Azərbaycanın ənməşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığıərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu dagöldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sınavə Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişquşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimimiqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində"Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olansulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "RamsarSiyahısı"na daxil edilmişdir.

.....Bütün buyazılanları unudun.

Çünki haqqındadanışacağım "Ağ Göl" başqa bir "Ağ göldür".

O, 2017-ci il də ŞərifAğayar tərəfindən yazılıb və bir çox oxucular romanı son vaxtlar yazılan ənyaxşı roman kimi qiymətləndirib.

Kitabı əlinizə alıboxuduğunuz andan əfsanələrlə aşıb-daşan "Ağ gölün" kənarındakıPircahan qəsəbəsinin sakinlərini görəcəksiniz.

Əsərdə susqun Camalatanı, doğuş zamanı dünyasını dəyişən Cahan ananı və.s kimi maraqlı obrazlarıtanıyacaqsınız.

Romanı oxuduqcamistik hadisələrin cərəyan etməsi və bunun real həyatda olanlarla əlaqələndirilməsidiqqətimi xüsusi cəlb elədi. Bu cür mistikalara dünya ədəbiyyatında da rast gəlmişəm.Məsələn, Antov Çexovun, Nikolay Qoqolun bəzi əsərləri.

Elə bu hadisələrin ətəyindənbərk-bərk yapışıb, yol aldım əsərin sonlarına doğru.

Deyim ki, özabu-havası olan bu Pircahan qəsəbəsində günlərin bir günü real həyatdakı kimidövranın dəyişməsinin qəsəbəyə təsiri, əsər boyunca oxucunu ovsunlayır.

"Ağ Göl"romanı tam olaraq müqəddəs övliyaların yetirdiyi halallığı, harama dəyişənPircahan qəsəbəsinin sakinlərindən bəhs edir.

Burada təsvir olunanboz, kimsəsiz Pircahanın Ağ Baba adlı bir övliya tərəfindən müqəddəsləşməsi əsərəbaşqa bir estetika qatır.

Hansı ki, əsərdə AğBaba şah tərəfindən öz məskənindən qovulur, Pircahana gəlir və günlərin birgünü qeyd etdiyimiz kimi bir anda hadisələrin başqa səmtə yönəlməsi, dövranın dəyişməsindənsonra baş verən hadisələr təsvir olunur.

Oxucu bu əsərdə HacıMikayılın,Qəbzəliyevin,Maarif müəllimin timsalında insanlığın yoxa çıxması, mənəviyyatın məhv olmasınıgörəcək.

Əslində, əsərdəkiobrazların bəzilərini real həyatda da görürük. Məsələn, mən o qədər HacıMikayıllar, Qəbzəliyevlər, Maarif kimi müəllimlər görmüşəm ki, bunlar əsəri mənədaha da doğma elədi...

Və də əsərdə susqunCamal atanın xilas cəhdləri, qaratikan kolları ilə Pircahan qəsəbəsini, oranınsakinlərini qorumağa çalışmağı və bütün bunların heç bir işə yaramadığının daşahidi olacaqsınız.

Sonradan Camalatanın müqəddəs bildikləri iydə ağacını baltalamağı, hördüyü qaratikankollarını yandırmağı da görəndə, inam-iman haqqında təsəvvürlərinizin dəyişəcəyinədə ümid edirəm.

Əsərdə görəcəksinizki, insanlar inanclarını itirməsəydilər, inamlı-imanlı olsaydılar Pircahan qəsəbəsidaha da müqəddəsləşərdi, qəsəbə sakinləri daha da xoşbəxt bir ömür sürərdilər.

Bütün bu mifik,metafizik hadisələr, sizləri əsər boyu təəccübləndirəcək.Məsələn, pircahanlılardan qaçaraq körpəsi ilə birgə qəbirə sığınan Camal atanınəsər boyu susqun obrazı bu yerdə hayqıracaq.

Əsərdəki obrazların,məkanların təsvirinin mükəmməliyindən isə tam olaraq danışmaq istəmirəm.

Ona görə də fikirlərimiburda bitirib, sizlərə kitabı oxuyaraq alacağınız bu həzzi kiçik yazı ilə verməyinə özümə rəva bilirəm, nə də sizin oxumağınıza.

...Şərif Ağayarındigər bir çox yazılarında da kənd abu-havası duyulmaqdadır. Zənnimcə, bu, müəllifinuşaqlığın bütöv, gəncliyinin isə bir hissəsinin kənddə keçməsindən xəbər verir.Əsərlərdə canlandırdığı bir sıra obrazlar və hadisələr də, əsasən kənd həyatındabaş verənlərdir. Magik-realist üslubda yazılan bu əsəri oxumağı, bütünoxuculara tövsiyyə edərdim.