adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Sentyabr 2018 11:00
7819
GÜNDƏM

Şərif Ağayardan CAVAB: “Mövlud Süleymanlının aqrar təfəkkürlü ifadə tərzi...” – QALMAQAL


Bu yaxınlarda Xalqyazıçısı Mövlud Süleymanlı aznews.az saytına verdiyi müsahibədə mənim haqqımda əcaib-qəriabfikirlər söyləyib. Həmin fikirləri təqdim edirəm:

"Şərif nə istəsə deyəbilər. Açığını deyim, əsərlərini oxumamışam, amma qabiliyyətli adamdır. Beləbir məsəl var, yiyəsiz mal qapı tanımaz. Bax o yiyəsizdir... Nə istəsən eləyəbilər.”

Mövlud gözəl yazıçıolub. Xüsusən, "Dəyirman”ı yazan qələm möhtəşəmdir. Bunu danmaq üçün gərək pisadam olasan. Mən də heç vaxt pis adam olmaq istəmərəm.

Nə yazıq ki, onun danılmazistedadına rəğmən düşüncəsi həmişə qüsurlu olub. Həm də bu qüsur o səviyyədəolub ki, adamı mat-məəttəl qoyub. Həmişə fikir-xəyal eləmişəm ki, bir yazıçı,özü də qondarma yox, həqiqi yazıçı niyə belə fikirləşir?

Müsahibədə yəqinmaraqlı söhbət naminə bir balaca təhrif olunaraq sual şəklinə salınan fikrim də,əslində Mövlud müəllimlə bağlı səmimi narahatlığımdan doğmuşdu.

M.Süleymanlı hardasademişdi ki, mən hər il Bakıdan Gürcüstana gedib oradan doğulduğum kəndə baxıramvə ağlayıram.

Mən də yazmışdım ki,əcəba, bu qədər problemləri olan ölkədə ağlamağa bir səbəb yoxdurmu ki, bizimtanınmış yazıçımız bundan ötrü 500 km yol gedir, hələ üstəlik başqa bir ölkəninsərhədini keçib, o ölkədən də başqa bir ölkəyə baxır.

Bilməyənlər üçündeyim, Mövlud müəllim Qərbi Azərbaycanın şimalındakı Cücəkənddə (Qızıl Şəfəq)doğulub və indiki Ermənistan ərazisinə daxil olan bu yaşayış məskəniGürcüstandan görünür.

Təbii ki, mən torpaqitkisinin nə olduğunu yaxşı bildiyimdən dediyim fikirdə Mövlud Süleymanlının özkəndlərinə baxıb təsirlənməsinə yox, onun şan-şöhrət və var-dövlət naminə əbədiolaraq susmasına və cəmiyyətin ən adi problemlərini belə dilə gətirməkdən çəkinməsinəetiraz etmişəm.

O isə fikriməmünasibət bildirməyib, totalitar manevrlərlə üstümə gəlir, məni eyhamlıistehzalarla aşağılamağa çalışır. Bu heç. Bunu keçirik. Bu, məsələnin şəxsi tərəfədir.Məsələnin sosial-mədəni yanları daha dəhşətlidir.

Hörmətli yazıçımızınortaçağ dövrünün elat əhvalatlarını xatırladan ifadə tərzini oxuyanda yadıma ədəbiyyatbilicisi, insan sərrafı Vidadi Məmmədovun bir söhbəti düşdü. Ona deyiblər ki,Mövlud Süleymanlı son romanlarında folklora qayıdır. Cavab amansız olub:"Mövlud folklordan çıxmışdı ki, qayıtsın?!”

Başqa bir sərrast atəş:Mərhum Rafiq Tağı Mövlud Süleymanlının radio rəhbəri olarkən gecə-gündüz efirəverdiyi "Arzunuz başa varsın” tipli istifadə müddəti keçmiş alqışları ilə məzələnərəkyazmışdı ki, Azərbaycanı düşdüyü bəlalardan qurtarsa, qurtarsa, Mövludunalqışları qurtaracaq.

Və heç bir təhqirolmayan bu cümləyə görə Mövlud Süleymanlı Rafiq Tağını ömür boyu dindirmədi.

Bəla bu da deyil əslində.

Mövlud Süleymanlınınaqrar təfəkkürlü ifadə tərzi onun yazıçı azadlığına münasibətinin yanında toyagetməlidir.

Demək, heç kimin adamıolmayan, tituluna baxmayaraq istənilən şəxs haqqında azad fikir ifadə edən,buna görə məhrumiyyətlər yaşayan, var-dövlətə və mükafata həsrət qalan qələmsahibi Mövlud Süleymanlının nəzərində qapı tanımayan sahibsiz mal kimidir.

Bu fikri Folknerədesən və belə bir düşüncənin istedadlı yazıçıya aid olduğunu üstünə əkləsən, yəqinəlini atıb qızdırmanı yoxlayar, həkimə müraciət etməyini məsləhət görər. Ən azısöhbəti dəyişib sənə viski və siqar təklif edər.

Mən tanıdığımdünyada yalqız olmaq, heç kimi və heç nəyi başı üstünə qaldırmamaq, əl öpməməksənətkar üçün üstün məziyyət sayılıb.

Bizim hörmətliyazıçı hansı kitabları oxuyaraq bu qənaətə gəlib, anlaya bilmirəm. Kitab cəhənnəm,bu pirolmuş öz həmyerlisi Aşıq Ələsgərin məşhur "Yoxdu bir kimsənəm mənim”misrasını da eşitməyib?

Sual verirəm:Tolstoyun yiyəsi kim idi?

Cavabım hazırdır: Özistedadı.

Başqa sözlə,tapındıqları, yazdıqları, inandıqları.

O, heç zaman MövludSüleymanlı kimi "Pulum var” deyib öyünməyib. Əksinə, qocalanda bizim xalqyazıçılarının yuxusunda da görmədiyi var-dövlətini və mülklərini kilsəyəbağışlayıb.

Xalxın yazıçılarıyaşlandıqca müdrikləşir, dünya cifəsi ilə arasını soyudur, bizimkilər osminoqkimi səkkiz əllə qamarlayır, üstəlik vicdanının səsini dinləyənlərə eyhamla həqarətedir, onları axmaq sayır.

Sonra da deyirik,dünyaya niyə çıxa bilmirik.

Bu düşüncə ilədünyaya yox e, AzTV-nin "Məclisi-üns” verilişinə də çıxa bilmərik.

Söhbəti uzatmaq istəmirəm.Mənə elə gəlir, hər şey hamıya gün kimi aydındır. Sadəcə hörmətli Mövlud müəlliməonun çox sevdiyi loru dildə bircə cümlə yazıram və bununla da yazımın jalüzünüendirirəm.

Yiyəli malınboynunda həmişə çatı olur. /qafqazinfo.az/