adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Fevral 2019 17:19
12176
SİYASƏT

Şərif Ağayar: “Ermənistan alçaldıcı sülh təklif edir”

Tanınmış yazıçı Şərif Ağayar bu yaxınlarda müsahibəverib. Həmin müsahibədə Azərbaycan və Ermənistanın sülh məsələsi haqda fikirlərinibölüşüb:

"Bir yazıçıheç vaxt müharibə arzulaya bilməz. Amma elə məsələlər var ki, orada yazıçınınmünasibəti əhəmiyyət daşımır. Mənim nə düşünməyim önəmli deyil. Tarixin min yoltəcrübədə yaşanmış gerçəkləri var. Əgər torpağını itirən bir ölkə sülhə gedirsə,bunun adı alçaldıcı sülhdür. Biz BMT-nin tanıdığı sərhədlərə qədər müharibə etsək,bunun adı ədalətli müharibədir. Ermənistan adlanan ölkənin ərazisinə keçsək,bunun adı ədalətsiz müharibə olacaq. Lakin Antarktidadakı pinqvinlər də bilirki, Ermənistan Azərbaycan ərazilərinə soxulub, ədalətsiz müharibə aparır vəalçaldıcı sülh təklif edir. Mən öz vətənimə alçaldıcı sülh arzulamıram. Müharibədə istəmirəm. Çıxış yolu deyirsiniz? Bilmirəm. Bu yolu bizə tanıdan varsa, niyədə getməyək?”