Şəmkirdə qəza nəticəsində 8 nəfər xəsarət alıb
Şəmkirdəki zəncirvari qəzada 2-si uşaq olmaqla 8 nəfər xəsarət alıb. Hadisə Bakı-Qazax magistralının 397-ci km-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Adalet.az xəbər verir ki, Ukrayna vətəndaşı 46 yaşlı Yevgeniy Kaçkovun idarə etdiyi "Kia Sorento” markalı avtomobillə "VAZ 2106” və "Range Rover” markalı maşınlar toqquşub. Zərbənin təsirindən "Kia” yolun hərəkət hissəsindən çıxaraq aşıb, "VAZ” tam yararsız hala düşüb. "Range Rover"ə isə qismən ziyan dəyib.
Ukrayna vətəndaşının həyat yoldaşı Yevgeniya Kaçkov, övladları 11 yaşlı Milana və 8 yaşlı Gelb, eləcə də VAZ-da olanlar, Şəmkir rayon Kür qəsəbə sakinləri – sürücü 67 yaşlı Ziyad Əkbərov, 51 yaşlı Zəminə Zeynalova, oğlu 25 yaşlı Ülvi Zeynalov, qohumları 27 yaşlı Turanə Əliyeva və 49 yaşlı Zümrüd Zeynalova müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstənaxasına çatdırılıb.
VAZ-ın sürücü və sərnişinlərinin xəsarəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdiriliblər. Fakt Baş DYP İdarəsinin istintaq və tədqiqat şöbəsində araşdırılır.
Digər Xəbərlər
29 Aprel 2024 17:09
Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51Türkiyədə dəhşət: Gəlin və qaynana təndirdə yandı
28 Aprel 2024 21:30