adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Iyul 2018 14:45
12242
HADİSƏ

Şəmkirdə maşın oğurlayan yeniyetmə saxlanılıb

İyulun 4-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən Əliyaqublu kənd sakini Saleh Məmmədova məxsus "VAZ-2106” markalı avtomobil qaçırılıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Morul kənd sakini olan bir yeniyetmə qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.