Şəmkirdə ağır qəza - ölənlər və yaralananlar var
Şəmkir rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Adalet.az "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb. Qəza zamanı daha 2 nəfər - Şəmkir rayon Seyfəli kənd sakini Qənbərov Mərdan Mikayıl oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Qurbanova Sevda İskəndər qızı müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Qənbərovun vəziyyəti ağır qıymətləndirilir.
Ölənlərin kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər Xəbərlər
30 Aprel 2024 11:53
Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02Sumqayıtda 5 ədəd qumbara tapıldı - VİDEO
30 Aprel 2024 09:53