Şəkidə xəsarət alaraq paytaxta gətirilən əcnəbilərlə bağlı YENİ XƏBƏR
Şəki Xan Sarayında baş verən hadisə ilə bağlı, Kliniki Tibbi Mərkəzdə müalicə alan əcnəbilər özəl xəstəxanaya köçürülüb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Suriya vətəndaşları Farik Al Hasan, Sara Hasan və Samirə Hasan öz xahişləri ilə özəl xəstəxanaların birinə köçürülüb.
Bundan başqa Kliniki Tibbi Mərkəzdə hazırda İlkin Məmmədovun müalicəsi davam edir. O, reanimasiya şöbəsindədir.
Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan şəxslərin üzərinə düşüb.
Hadisə nəticəsində yaralanan 4 nəfər helikopter vasitəsi ilə paytaxta gətirilib. Digərləri isə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15