adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Dekabr 2019 16:57
11883
HADİSƏ

Şəkidə ana və uşaqları dəm qazından zəhərləndi

Şəkidə ana və azyaşlı övladları dəm qazından zəhərlənib.

Hadisə 20 Yanvar küçəsi, ev 5-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 36 yaşlı Abbasova Nurlana Əhməd qızı, uşaqları 10 yaşlı İslam Abbaszadə və altıyaşlı Abdulla Abbaszadə evin hamamında yuyunarkən halları pisləşib.

N.Abbasova bu barədə qonşusu Kəmalə Cəfərovaya məlumat verib. K.Cəfərovanın köməkliyi ilə onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətləri normal qiymətləndirilir.(oxu.az)