adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 May 2020 10:01
42334
MƏMLƏKƏT

ŞƏKİ və KARANTİN - Bir qonağın qeydləri

Karantin rejimiyumşaldılandan sonra, artıq bir həftəyə yaxındır ki, Şəkidə qonağam. Hər ilyeni il qabağı, "Novruz bayramı” və isti yay aylarında ailəmlə birlikdə Şəkiyəgələr, Şəkidən olan dostumla birlikdə şəhərə çıxar, ğözəl təbiətdə özümü çoxrahat hiss edər və bütün yorgunluğumu çixarmağa çalışardım.

Əvvəlki illərdə həftəsonları Şəki özlərinin dili ilə desək Parijə bənzəyərdi, həm respublikamızınsakinləri, həm də xaricdən gələn qonaqlar Şəkidə keçirilən möhtəşəmfestivallara tamaşa edər, bütün günü şəhərdə gəzər, meşə kimi hündür ağaclarla əhatəolunmuş parklarda istirahət edər, adı ilə tanınmış çayxanalarda pürrənci çay içərdilər.

Şəkiyə gəlib Şəkipitisindən yeməyən çətin ki, tapılardı. "Qaqarın”, "Cənnət bağı”, "Arı Məmmədinpitixanası” kimi öz dadlı pitisi ilə tanınmış yerlərdə piti yemək üçün 1 gün əvvəldənxahiş etməli olurdun. "Marxal”, "Narınqala”, "Cənnət bağı”, Şəki Park”,”İssamOtel” və sairə bu kimi yerlərdə sıxlıq olar və 10-15 gün əvvəldən tanışlıqlagecə qalmaq üçün yer saxlayardılar.

Bu il başqaları kimi, məndə Şəkidə olduğum bu 7 gün ərzində tam başqa mənzərənin şahidi oldum.

Bu gün turistləri və Şəkininqonaqlarını, üzlərində qoruyucu maska, əllərində qoruyucu əlcək olan və gün ərzindəşəhərın sıx olduğu yerlərdə və obyektlərdə, sakinlərə işləri olmadığı təqdirdəevdən çıxmamaları, 10 nəfərdən çox sakinin bir yerə toplaşmaması, qoruyucuvasitələrdən istifadə etmələri barədə tövsiyələr verən və koronavirusa qarşı təbliğatişləri ilə məşğul olan rayon icra hakimiyyətinin rəsmi şəxslərı əvəz edir.

Əvvəlki illərdə şəhərinküçələrində sərbəst gəzən turistləri, bu gün xüsusi paltarda olan və əhalininsıx olduğu yerləri, bankları, bankomatları, bazarı müntəzəm olaraq dezinfeksiyaetməklə məşğul olan, əhali arasında "İntiqamın işçiləri” kimi tanınan kommunaltəərrüfatı idarəsinin əməkdaşları əvəz edir.

Əvvəlki illərdə şəhərə gələnqonaqların avtomobilləri o qədər sıxlıq yaradardı ki, hərəkət etmək belə çətinləşərdi.Bu gün isə həmin avtomobilləri, yerli icra hakimiyyəti və polis şöbəsinin, üzərindəsəsgücləndirici qurğular quraşdırılmış və gün ərzində bir neçə dəfə sakinlərə tələbolunan qaydalara əməl etmələri ilə bağlı çağırışlar edən avtomobillər əvəzedir.

Bu gün bərbər, dərzi,mağaza, restoran, kafe və s. hara getsən onların qapısında və ya pəncərəsində icra hakimiyyətinin əməkdaşlarıtərəfindən karantin rejimi ləğv olunandan sonra tətbiq olunan qaydalar barədətövsiyyələrin vurulduğunu görərsən.

Əvvəlki illərdəqonaq-qaralı Şəkidə əhalinin şıxlığını hiss etməyənlər, bu gün boş qalmış küçələrdəsanki darıxır, özlərini öz dilləri ilə desək "yetim” kimi hiss edirlər.

Şəki həmişə qonaq -qaralı olub. Elə bir ev, elə bir ailə olmayıb ki, o ailənin Novruz bayramı ərəfəsində,yay aylarında, xüsusi ilə də Şəkidə müntəzəm keçirilən festivallar dövründəqonağı olmasın. Bu gün isə Şəkidə qonaq olan 5-10 nəfər varsa, onlardan da birimənəm və mən də özümü tam rahat hiss edə bilmirəm. Çünki Şəki öz qonaqları vəqonaqvərvərliyi ilə daha möhtəşəm, daha cazibəlidir.

Bu gün koronaviruslabağlı respublikamızın hər yerində olduğu kim, Şəkidə də imkansız ailələrə"H.Əliyev fondu”, müəyyən holdinq, şirkətlər və şəhər İcra hakimiyyəti tərəfindənyardımlar paylanılıb və hazırda da həmin ailələrin diqqətdə saxlanıldığıbildirilir.

Lakin, həmişə evindəqonağı olması ilə fəxr edən şəkililərin qonaqların gəlişinə, onlarla ürəkdəndeyib-gülməyə daha çox ehtiyacı var.

Mən də bu 7 gün ərzində gördüklərimdən sonra,şəkililərə onların da ürəklərində olan arzularımı çatdırıram:

- AllahŞəki və şəkililəri qonaqsız etməsin!

-eviniz həmişə qonaq-qaralı,

- süfrənizhəmişə bərəkətli,

-üzünüz həmişə gülər olsun!


Ə.Rüstəmov.Şəki-Bakı