adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Avqust 2016 14:24
13448
ƏDƏBİYYAT

Şeir və mahnılardan bu sözlər çıxarılmalıdır!

Sözüninsan psixologiyasına və aqibətinə təsiri dəfələrlə sübut olunub. Amma hər dəfədə sözün qüdrəti nəinki sıravi insanları, hətta alimləri də heyrətləndirib. Birqrup filoloq və psixoloq heyəti araşdırmalardan sonra belə qənaətə gəlib ki, təkcəadi danışıqda deyil, şeir və mahnı mətnlərində də ağır, bədbinlik aşılayansözlərdən uzaq olmaq lazımdır. Hərçənd şairlər demiş, "dərd olmasa, şeir əmələgəlməz”, poeziya daha çox bədbin ruhda yazılar. Amma madam ki, psixologiyamızatəsir edir, gərək şairlər Moşu Göyəzənli kimi "xoşbəxtliy”ə qafiyə axtarsınlar.

Mütəxəssislərhəmçinin pis təsirli sözləri də saf-çürük ediblər. Bundan sonra "yandırmaq(yanmaq), kül”, "qışqırmaq, bağırmaq, fəryad etmək”, "iblis, şeytan, ruh, mələk”,hətta "nəfəs almaq, sıxılmaq, boğulmaq” kimi sözləri şeirlərdən çıxarmaqlazımdır. Ən azından, belə şeirlərdən uzaq gəzilməlidir. Hər halda, alimlərpoeziyanı məhv etmək üçün toplaşmayıblar, bizim yaxşılığımızı istəyirlər.