adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Aprel 2019 17:48
23328
MƏDƏNİYYƏT

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCADAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ”HEKAYƏTLƏRİNİN

ÜSLUBUNASALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA 


MİNÜÇÜNCÜ GECƏ


eləki, gəlib çatdı, Dünyazad üzünü bacısına tutub dedi:

-Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa,nağılını davam etdir.

Şəhrizadda bacısına cavabında dilləndi:

-Şahım icazə versə, davam etdirərəm.

Padşahbuyurdu:

-Danış.

Qıznağılın mabədini danışmağa başlayıb dedı:

-Ey bəxtiyar şah və ədalətli hökmdar, belə rəvayət edirlər ki, Allahın böyükqüdrətindən və inayətindən idi ki, istedadlarla bol olan bu şəhərin gündüzləriminbir sirli mahnılarla və muğamlarla nəfəs alır, gecələri əsrarəngizmelodiyaların və təranələrin qoynunda şipşirin röyalara baş qoyub yatırdı.

Ramizinuşaqlıq çağları məhz belə zəngin musiqi əhatəsində keçərdi. Axşamlar Aysütunlara sarılmış tənək və sarmaşıq yarpaqları arasından süzülərək, artırmanıişıqlandırar, baxça dərin sükut içində olardı.

Birdən,ansızın olaraq həyətlərinin o başından - qonşudan sədalanan, yarpız, lilpar, ətirlibaldırğan bitkilərinin arasından süzülə-süzülə gələn bulaq suyunun şaqraq sədalarıkimi eşidilən tarın avazı onu ahənrüba kimi özünə çəkər, "xəyalını dərk eləmədiyi,ancaq əsrarlı şirinliyini duyduğu ruhi bir aləmə aparardı".

Əvvəlcəhəzin melodiyalarla başlayan musiqi getdikcə güclənərək sehirli bir ahəngləaxıb gecənin içinə tökülərdi. Ramizin üzündəki təbəssüm tədriclə çəkilər, gözləriqəribə ifadə alardı. Bu aydınlıq gecədə tarın səsi ona "uzaq bir əfsanə təsiribağışlayardı. O, bu səsdən nəhayətsiz bir zövq alardı".

"Buaydınlıq gecələrin mehriban sükunəti, mavi üfüqlərdə itən genişliyi" Ramizəbənzərsiz ürək yazıçısı İlyas Əfəndiyev (Onun ruhu şad olsun!) demişkən"anlaşılmaz bir təsəlli, məchul bir ümid təlqin edərdi".

"Segah"muğamı çalınanda isə həyət bağçası da elə bil canlanır, müqəddəs bir yerolurdu. Bütün güllər musiqinin sədası altında açılır, ətrafa ətir yayırdı. Sanki bu ətirdən məst olmuş musiqi də öz ürəyiniçiçəklərə açır, ruhunu güllərə saçırdı. Şirəyə dolmuş, məst olmuş ağaclarmusiqinin şirin melodiyası altında "nəşədən xumarlanırdı, muğam sevgi, məhəbbətsözünü söyləyirdi, ağaclar bundan titrəyirdi".


Baxça"xoş bir yuxuya dalmış kimi idi. Qurbağaların qayğısız səsi eşidilirdi.Gecə çox gözəl idi. Gecə musiqinindili ilə onu bürüyən Ay işığı kimi aydın və əbədi bir məhəbbətdən danışırdı".

Musiqinin busevgi sözü nə idi? Bu ətirli, duyğulu meh - "Segah" idi. Təbiətisarsıtmaq, həyəcana gətirmək üçün bu meh - "Segah" kifayətdir. Busözləri dinləməklə, yaxud səlnamədə oxumaqla əlbəttə ki, muğamın sehirli qüvvəsinibaşa düşmək, duymaq olmaz.

Gərək bu"Segah"ı canlı dinləyəsən - özü də Ramiz Quliyevin ifasında! Hələ bumöcüzə, bu sehirli ehtişam çox-çox illər sonra baş verəcəkdir! Hələlik isə...

Muğamı duyduqcaRamizin qəlbinin dərinliklərində qaynayan və zahirə çıxmağa çalışan gizli hisslərinqabağı açılardı. Ona elə gələrdi ki, ömründə ilk dəfədir bu qədər dərin mənalarlaçırpınan musiqi eşidir. Ürəyi birdən-birə anlaşılmaz, riqqətli duyğularla titrəyərdi.

Oğlanın mavibüllur kimi parıldayan gözləri uzaqlara, aydınlıq gecənin dərin sükutu içindəröyaya dalmış, bağların üzərindən enişə doğru əyilən ulduzlu göy qübbəsinəbaxardı. Nəcib bir həyəcanla çırpınan bu gözlərdə xülya kimi uzaq bir məna olardıvə solğun Ay işığında üzü həlim və nurlu görünərdi. Muğam pərdə-pərdə axıbgetdikcə Ramiz hiss edərdi ki, simasındakı həlimlik də artıb yüksəlir və munisolur.

Və həmin o kimsəhər axşam, göy qübbəsinin "min bir çiçəkli, min bir yarpaqlı" ulduzluvədəsində tarı götürüb simlərini kökləyərək hicranın ayrılığından həyəcanlatitrəyib üzülən, çırpınan "Segah"a dil verib dilləndirəndə adamınağlı başından çıxardı. Simlərin dilsiz şikayəti isə gecənin qəlbində çırpınar,çırpınardı.

Ay işığında sürməyiməxmər kimi görünən qızılgüllər, tutqun mavi rəngə çalan yasəmən salxımları,mürgüləyən ağacların kölgəsi, baxçadakı suların şırıltısı, təbiətdə hər şey...hər şey "insan qəlbini nə isə məchul, şirin bir intizar hissi ilə döyündürərdi".Bir anlıq Ramiz sanardı ki, sanki qarşıda onu nəhayətsiz sirlərlə dolu qəribəbir aləm gözləyir. Və o, həmin aləmə tez çatmağa tələsərdi...

"Zalım"ıçıxmış qonşu isə gözlərini yumub tarı köksünə elə sıxardı ki, deyərdin bəs,mizrabı simlərə deyil, ürəyinin tellərinə vurub ürəyini çalır. Tar sanki insankimi dil açıb, "müztərib insan məhəbbətinin böyük taleyindən" qəmlibir hekayə nəql edər, "itirilmiş ilk sevginin ələm və hicranından"danışardı !!!

Göy tağbəndinəkimi ulduzlu fəzada on dörd gecəlik aypara "Sineyvaz" qovunundan kəsilmişsarı bir qıça kimi ağ buludlar altında üzərdi. Aşağıda isə həmin ayparanınişığına qərq olmuş baxçada bir budaq da tərnənməzdi.

Hər şeydə birintəhasızlıq, əbədi bir lallıq hiss edilərdi. Hər şey məxmər kimi yumşaq sükutadalaraq bu muğamı nəhayətsiz bir mehribanlıqla dinləyərdi. Təkcə ağaclarınsalxım-salxım sallanan yarpaqlarının ipək kəlağayı kimi xəfif və mülayim səsindən,incə xışıltısından başqa.

Elə bil cazibədarbir sərinlik və təravət vəd edən axşam mehinin ətirli nəfəsi ilə, sevinc və nəşəylətitrəşib yırğalanan narın yarpaqlar uzaqdan Ramizə xoş sözlər söyləyərdi.

Hələ indiyə qədərgöylər belə ulduzlu, ağaclar belə titrək, otlar belə ətirli, yarpaqlar arasındayatan quşların hənirtisi belə zərif, kainatın sakit ahəngdarlığı sevginin(Ramizin muğam sevgisinin) daxili musiqisi ilə həmahəng olmamışdı. Ramiz hələ indiyənə kimi muğama beləvurulmamışdı, belə xoşbəxt, belə məftun olmamışdı.

Bu"Segah"ın yaratdığı hallüsinasiya idi!

Muğam onuniqtidarını əlindən aldıqca Ramiz anlaşılmaz bir intizarla başını qaldırıb çəpərino tayına boylanar, üzü mehribanlıq ifadə edər, tarın cadugər cazibəsilə qəlbininuzaq dərinliklərində axşam qəribliyinə bənzər, səbəbini özü də bilmədiyiduyğuların alışan qoynuna düşər və ya ona elə gələrdi.

"Segah"ilk andanca onun ürəyinə elə bir qüdrətlə işləyərdi ki, gənc oğlan sarsıdıcı,coşğun bir hissin sel kimi axıb qəlbinə dolduğunu və bir anda damarlarınayayılaraq onu titrətdiyini duyardı.

Onda musiqiyə oqədər qızğın maraq və məhəbbət doğurdu ki, bu məhəbbət heç vaxt sönməyəcəkdi.

Bu yerdə bənzərsizürək yazıçısı İlyas Əfəndiyev (Onun ruhu şad olsun!) demişkən: "...heç birqüvvə bizim qəlbimizə musiqi qədər hakim ola bilmir. Heç bir qüvvə bizdə bu qədərpeşman mərhəmət hissləri oyatmır".

Mən yazılı mənbələrdərast gəlmişəm ki, tarın danışıb "oxumağı"nı lirik duyğular şairiMikayıl Müşfiq (Onun ruhu şad olsun!) bir şerində çox gözəl qələmə alıb. Şəhrizadşaha işarə ilə avazla həmin şeri dedi:

Oxu, tar, oxu,tar!..

Səsindən ən lətifşerlər dinləyim.

Oxu, tar, birqadar!..

Nəğməni su kimialışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unutar?

Ey geniş kütləninacısı,

şərbəti -

Alovlu sənəti!

...Çarparaqçahargahın divardan-divara

Yolçunu yolundaneyləmiş avara.

Çalxanmış dərələr,təpələr,

Səs vermiş səsinələpələr.

Oxu, tar,fikrimdə oyansın

Baharın, Seyidinqəzəli;

Oxu, tar,ruhlansın

Şirvanın, Gəncəninmehriban gözəli!

Damaqdan düşənlər,

Ürəyi şişənlər,

İlk bahar seyrinəçıxmayan,

Özünü dağlarındöşünə yıxmayan

Sinəsi dağlılar,

Vəfasız bireşqin dağınıq zülfünə bağıllar

Dəxilinolmuşıar,

Qapında təsəllibulmuşlar.

Zilin var, vəsətin,bəmin var;

Sənin dəquşların dəmindən ayrılan

Bir özgə dəminvar.

Səni də avaraeyləmiş

Dağınıq tellibir "zərəfşan".

Onunçun segahındanışır

Pərişan, pərişan...

Oxu, tar! Alovluizlərin

Əcaba, neçə şuxdilbərin

Yasəmən üzünüpul kimi qızartmış?

O sarı simlərinlisanı

Salmazmı heyrətəinsanı?..

...Mizrab dilaçıb danışdıqca boylu-buxunlu, şirmayı görkəmli tarın on bir simi od olub şölələnər,iyirmi iki pərdənin hönkürtüsü, harayı, yanğıları, zərifliyi yavaş-yavaş çırpınar, dinləyəni alazlayardı .

Tarın gözəl səsiisə gecənin qəribliyinə, bəlkə də uzaqlara uzaqlara yayılardı. Bu sehrli səslərtəkcə tarın simlərindən deyil, ifaçının xalq məhəbbəti ilə döyünən qəlbinin zərif,həssas tellərindən qopardı.

Naməlum tarzənçalardı...

Musiqidəki ənkiçik melodik cümlə, ən xırda guşə, ən balaca ibarə belə, özlüyündə çox zərif,çox incə bir poetik məna kəsb edərdi.

Muğamlarınsirli, sehrli, ecazkar, nakam gəlini olan "Segah"ın dərdi, kədəri təsirlibarmaqların nəfəsində hönkürtüyə çevrilərdi. Belə məqamda üç ağlayan bir-birinəqoşulardı: bir mizrab, bir pərdə, bir də sim. Və sonra bu yanğıya, qüssəyə tabgətirməyən, dözməyən tar da, tarzən də kövrələr, kövrəldərdi...

...Çalğı, tarınsəsi qarabağlıların sözü olmasın elə qəribə idi ki, daha nə deyim! Bu muğamıdinləyə-dinləyə Ramiz elə fikirləşirdi ki, evlərinin qapı-pəncərəsi, divarlar,xülasə, otaqlarda olan hər şey çəpərin o tayındakı tarın səsinə səs verib, onahətta elə gəlirdi ki, bütün əzaları, paltarı tarın sədasına qoşulub.

Hər dəfə"Segah"ın "həyatımızın bizə bəlli olan əbədi ahəngi" barədə danışdıqlarını bitab halda eşidərkən kiçikuşaq oturduğu yerdə karıxıb qalır, ürəyi bir anlıq donur, nə dinib-söylənəbilir, nə də yerindən tərpənməyə halı olurdu. Sonra bu "don" açılır,qəlbi həyəcanla döyünür, vəcdə gəlirdi. "Nə böyük yanğı varmış bu dəli"Segah"da!"

Həqiqətən də"Segah" dərdlər, yanğılar tablosu imiş!

Bu haqda mənoxumuşam, fikir şairi Bəxtiyar Vahabzadə (Onun ruhu şad olsun!) çox yaxşı bir qəzəl yazıb. Onun qəzəlindəki bu kəlamlar necə də düzimiş:

Nə deyir könlümüoymaqla, oyulmaqla "Segah"?

Gözə göz yaşlarıtək bir belə dolmaqla "Segah"?

Könülhıçqırtısı, qəlb atəşi, can yanğısıdr.

Sən mənim gözyaşım ol, çağla "Segah", çağla "Segah".

Anamın öz südü təksən halalımsan, halalım,

Nə deyirsən, məniməndən belə almaqla "Segah"?

Bizi dünyanın odar çərçivəsindən çıxarır,

Dəli xallardakıhönkürtüyə dalmaqla "Segah".

Onun hər pərdəsiah, hər bəmi qəm, hər zili od,

Qəlbə atəş çiləyir,hökm eləyir ağla "Segah".

Bəxtiyarın dakönül telləri titrər beləcə,

Deyər ahəstəcəhey: "Ağla, "Segah", ağla "Segah".

Qibleyi-aləm,vallah bu elə bir çalğıdır ki, onu dinləyərkən dərdiməndlər şəfa tapırlar. Vətarın nisgilli, "şəfa"lı sədaları kiçik Ramizin ürəyində onun özünündə hələ dərk etmədiyi yanıqlı bir cığır açıb, yol salırdı. "Segah"muğamı kimi hələ heç bir muğam musiqidə Ramizə bu qədər təsir eləyə bilmirdi.

Bu muğamdamla-damla qəlbinə axıb tökülür, qanına, iliyinə işləyir, can evində tarçalmaq "həvəsi alovlanır", musiqiyə hədsiz istək və tükənməz birsevgi yaranırdı.

Allah (Şüküronun kərəminə!) tarın məhəbbətini onun ürəyinə salırdı (gənc tarzənin bəxtulduzu da elə buradan bərq vurmağa başlamışdı!). Ondan sonra oğlanın həvəsidaha bu sözdən deyildi.

Ramizin bu cür cənnətməkandaeşitdiyi muğamlar və mahnılar - çox oynaq və axıcı melodiyaları, dərin təsirliliyivə qəlbə işləyən sözləri ilə diqqət cəlb edən musiqilər gələcək tarzənin ürəyindəözünə isti bir yuva qururdu.

O uşaqlıqdanxalq musiqisinin gözəl və izahedilməz səciyyəvi cəhətlərini duyurdu. Xüsusən dəilk körpəlik təəssüratları ilə Ramizin hafizəsində nəqş olunan muğamlara qulaqkəsiləndə tamam başqa bir aləmə düşürdü.

Muğamlar görməyivə dinləməyi bacaran Ramizin hafizəsində güclü iz salır, ona qüvvətli təsirgöstərirdi. Bu muğam və mahnılarda o, qəlbini çağlayan kədərsiz şənliyi vəgizli acısı olmayan dalğınlığı dahacanlı hiss edirdi...

Şəhrizad bu yerdəsəhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.

(ardı növbətisayımızda)