ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCADAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ”HEKAYƏTLƏRİNİN
ÜSLUBUNASALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA
MİNSƏKKİZİNCİ GECƏ
gəldikdəDünyazad üzünü bacısına tutub buyurdu:
-Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılın mabədini danış.
Şəhrizadda bacısına cavabında dedi
:
-Şahım icazə versə, davam etdirərəm.
Padşah buyurdu:
-Danış.
Şəhrizadnəzakətlə dedi:
-Baş üstə, gözüm üstə! Şah sağ olsun, belə rəvayət edirlər ki, muğamat azərbaycanlılarınzövqünü oxşayan dərin məzmunlu, füsunkar bir musiqidir. Xalq onu çox sevir vəasanlıqla dərk edir: hətta xüsusi musiqi təhsili olmayanlar da muğama müəyyən dərəcədəbələd olur, onu hər hansı bir çalğı alətində, mükəmməl olmasa da, əzbərdənçalır və yaxud da zümzümə edə bilir. Bu, muğamların Azərbaycan xalqına çoxyaxın və doğmadan da doğma olduğunu göstərən faktlardan biridir.
Xalqmusiqisinin elə bir nümunəsi yoxdu ki, onda muğamların melodik, ritmik ünsürlərivə bir sıra başqa xüsusiyyətləri özünü göstərməsin.
Muğamlarxalq arasında hələ qədim zamanlardan, əsas etibarı ilə vokal vəvokal-instrumental əsərlər kimi yayılıb. Lakinbununla bərabər, Azərbaycanda muğam bir instrumental əsər təki də yayılaraqinkişaf edib. Bu da bir sıra muğamlarınçalğı alətlərində, xüsusən tar və kamançada solo - fərdi ifa olunması iləizah olunur.
Muğamatın birinstrumental janr kimi inkişafı onun xaql çalğı aləti olan tarda dəstgah şəkilindəifa edilməsi ilə əlaqədardır. Məhz bu janrın inkişafında tarzən Ramiz Quliyevin də müstəsna xidmətivar. Onun bu janrdakı rəngarəng ifaları insanlarda milli-mənəvi dəyərlərəbağlılıq və yüksək estetik-bədii zövq aşılayır.
Qibleyi aləm,muğamların instrumental janr kimi inkişafında tarın rolunu nəzərə alıb buradakiçik bir haşiyə çıxaraq tarın özü haqqında sizə qısa məlumat vermək, sonrada onun 11 siminin qurluşu və kökü barədə danışacağam. Çünki tar hələki bizim məclislərimizdəsəslənmədiyi üçün bu haqda bilgimiz çox azdır.
Tar üç hissədənibarətdir: kəllə, qol və çanaq (kiçik və böyük çanaq). Kəllənin üzərində 6böyük və 3 kiçik aşıq, baş tərəfində isə ona yaraşıq verən tac yerləşir. Tarson dərəcə təkmilləşmiş çalğı aləti olub 22 pərdəyə və 11 simə malikdir. Onda rəngarəngvə dinamik melodiyalar (ikiqat notlar, akkordlar və s.), habelə texnikipassajlar ifa etmək mümkündür. Çanağı səkkiz rəqəmi formasında olan tarın ümumiuzunluğu 780-960 mm-dir.
Mən indi söylədiklərimisə musiqişünasların yazılı mənbələrindən əxz edib öyrəndiklərimdir. Bir də irəlidəkisöhbətlərimdə yeri gəldikcə bu simlərin adamın qanını donduracaq məqamlarını şərhedəcəyimə görə istəyirəm qısa şəkildə dəolsa anlayış verim.
Tarın sarı və ağsimləri aşağıdakı qayda ilə düzülür və köklənir: birinci cüt ağ simlər kiçikoktavadakı si səsi ucalığına; ikinci cüt sarı simlər kiçik oktavadakı fa diyezsəsi ucalığına; üçüncü cüt ağ simlər birinci oktavadakı fa diyez səsiucalığına, yəni sarı simlərin zilinə köklənir; dördüncü cüt ağ simlərin ucalığıisə birinci cüt ağ simlərin zilindən ibarətdir, yəni bunlar birinci oktavadakısi səsi ucalığına köklənir.
Sarı simlə ağsimin zilindən (bir oktava yuxarı ucalıqda) ibarət olan üçüncü və dördüncü simlərə"cingənə" və yaxud zəng simləri deyilir. Bu dörd simin ucalığı daimiolaraq tarın əsas kökünü təşkil edir. Bundan əlavə tarın qolu üzərində ağ vəsarı ilə cingənə simləri arasında hərəsi bir teldən ibarət olan üç sim dəvardır ki, ifa olunacaq muğamdan asılı olaraq bunların ucalığı (kökü) müxtəlif,dəyişilən olur. Bunlara "kök simlər" deyilir. Beləliklə, siz tardadaimi və dəyişilən olmaq üzrə iki kök olduğunu bildiniz.
Adətən tarçımuğamı ifa etmək istədikdə tarı çaldığı muğama kökləyir. Bunun üçün o, əvvəltarın ağ və sarı simlərini, habelə cingənələrin kökünü yoxlayır ki, bundansonra o kök simləri lazım olan muğama kökləsin.
Tarın müəyyənmuğama köklənməsində əsas şərt kök simlərdən hər birinin muğamın əsas şöbələrinəaid olan pərdələrə müvafiq olmasından ibarətdir. Belə olduqda tar müəyyənmuğama köklənmiş olur.
Çalğı zamanıtarzənin işlətdiyi mordent (iti), forşlaq (çarpma), "lal barmaq" vəs. kimi melizm növləri obrazlı dillə desək musiqinin möhtəşəm imarətinə zinətverən naxışlardan - ornamentlərdən ibarətdir.
Ramizin tardançıxardığı məlahətli, şaqraq səs çox gur, zəngin çalarlığı, rezonansın ahəngdarlığıvə qüdrəti ilə adamın başını döndərir. Tarda olan rezonans heç bir xalq çalğıalətində yoxdur. Mülayimlikdə də başqa alətlər ona çata bilmir. Ramizinmizrabında isə elə bir əzəmətli qüvvət və nikbinlik var ki, onun cazibəli ifasını dinləyəndə, deyirsən ki, sanki bütövorkestr səslənir.
Bədiiyaradıcılıq ilə çalan Ramiz təbi gələndə, həvəsə düşəndə texnikada onunqarşısında durmaq olmur. Bu mənada onda səsi "saxlamaq","uzatmaq" kimi nadir bacarıq qabiliyyəti var. Məhz Ramizə xas olan buüsullar çox vaxt ona tarla elə rəftar eləməyə imkan verir ki, yaxşı tarzənlərinbir çoxu bunu edə bilmirlər. Tarzən, hətta bir səsdə çalarları dəyişdirməyibacarır.
O, fortedən(güslü səsdən) pianoya (zəif, yavaş) keçidləri bariz şəkildə diqqətəçarpdırmaqdan əlavə, tonları səslənməyə vadar etməyi, onları"canlandırmağı", uca səslənməni (forte) zəif səslənmə (piano) ilə əvəzedərək səsin dinamikasını həm tədricən, həm də qəfildən gücləndirməyi, yaxudazaltmağı, tarın gövdəsini silkələməklə səsin müəyyən hallarda daha çox titrəyişinənail olmağı bacarır. Bəzən ayrı-ayrı səsləri mizrabsız, yəni, pitsikato üsuluilə (barmaqlarla) çıxarır və bu səslər qırıq-qırıq yox, ahəngdar olur.
Tarzənin çox itiəllərə, son dərəcə elastik biləyə və çevik barmaqlara qabil olmağı, sərrast,güclü mizrab vurmağı, yaxşı tremolo çalmağı, musiqiyə mükəmməl, dərindən bələdliliyivə oxuyanı müşayiət etməkdə bacarığı başqalarından fərqlənir.
Bu barədə SSRİxalq artisti, Sosialist Əməyi Qəhrəmanı maestro Niyazi (Onun ruhu şad olsun!)belə deyib:
"Ramiz Quliyevinsənətə gətirdiyi yeniliklər tar ifaçılığını daha da zənginləşdirdi. Onun özünəməxsus, orjinal dəst-xətti var. O, tarzənlərarasında yaradıcı sənətkardır. Ramizin yaradıcılığı yalnız muğam ifaçılığı iləməhdudlaşmır. O, eyni zamanda həm gözəl ansambl solisti, həm də ən müxtəlif repertuarla çıxış edən orkestrsolistidir".
Muğamlar Ramizinifasında əzəmətli bir musiqi əsəri, əsrarəngiz səs dünyası, bitkin birsimfoniya təsiri bağışlayır. Onun tarı keçmişdən, bu gündən, sabahkıarzulardan, sevgidən, məhəbbətdən asta-asta söhbət açan möhtəşəm Səs muzeyidir.
Xalqın mərdlik vəqəhrəmanlıq haqqında hekayətini əzəmətli bir sənət tablosu kimi zənginboyalarla əks etdirən və muğamların anası sayılan "Rast"ı möhkəm biləklitarzən yüksək şövqlə çalır. Bu muğamın ifasında melodiyanı zənginləşdirən, onarəngarəng çalarlar verən xallar, gəzişmələr mühüm yer tutur.
Dəstgahın ifaçıqarşısında böyük improvizasiya üçün geniş meydan açan birinci şöbəsində -"Maye"də tarzən yaradıcılıq imkanlarını tam şəkildə göstərir. Ramizmelodiyanı melizmlə zənginləşdirir, ritmik və melodik baxımdan ona bənzərsizçalarlar əlavə edir. Ən gərgin, ən mürəkkəb şöbə olan "Vilayəti"dəRamiz yaradıcılıq təxəyyülünə tam sərbəstlik verərək fərdiliyi, improvizasiyaustalığı ilə misilsiz ifaçılıq nümayiş etdirir.
Ümumiyyətlə bu dəstgahınifasında Ramizin muğamın şöbələrinə daxil etdiyi və onlara xüsusi təravət verənəlavələri, xalları, gəzişmələri, mizrabişlətməyi çox maraqlıdır.
Daha genişyayılan və xüsusi emosionallığı, zərifliyi, poetikliyi, lirik çalarlığı ilə fərqlənən,ən sanballı, çoxtərkibli, irihəcmli "Şur"un ecazkar aləmini "əlvan-əlvançiçək olub, pərdələrə səpilən" Ramiz çalğısına xas olan xüsusiyyətlərlə -yaradıcılıq həyəcanı, lirik səmimiyyət və nikbin gümrahlıq hissi ilə dinləyiciyəçatdırır.
O, öz dinləyicisinəmuğamın cazibə qüvvəsindən uzaqlaşmağa bir an da olsa belə imkan vermir, şöbədənşöbəyə keçdikcə çalğısındakı insanın həyəcanlarına, ruhi aləminə yaxın olanaxıcılıqla qəlbləri ehtizaza gətirir.
Tarzən "Hicaz"şöbəsində üst mizrablar və güclü tremollar ilə elə çalır ki, deyirsən bu ifa iləo, ayrılıqdan, hicrandan doğan çağrışı, fəryadı xatırladır. "Sarənc"dəhəzinliyə, yumşaq mizrablara diqqət yetirən Ramiz "Nişibi-fəraz"daüst mizrablarla ağ simi dartıb ehtizaza gətirməklə pərdələrdə aramla, fasilələrlə"Şur"a ayaq verir.
Qəhrəmanlıqxarakterli və dərin dramatik məzmunlu "Çahargah" dəstgahının ifasızamanı isə muğamın emosional açıqlığı, məna dolğunluğu Ramizin yaradıcılıqfantaziyasına və virtuozluğuna geniş üfüqlər açır. Bu çalğısında tarzənsemantikasına görə çox az işlədilən üsulları tətbiq edir.
Qeyri-adi təxəyyülə,yüksək zövqə, təşəbbüskarlığa malik Ramiz sevinc, şən əhval-ruhiyyə bəxş edənbu muğamı dinləyicilərə fundamental ustalıqla işlənmiş, çox çeşidli al-əlvan rəngləriilə ürək oxşayan, könül sevindirən melodik sənət tablosu kimi təqdim edir.
Ustad sənətkarınmisilsiz virtuozluğu ən mürəkkəb muğam sayılan və olduqca təntənəli, cazibədarvə coşqun bir tempdə çalınan "Orta Mahur"un solo ifasında daha parlaqvə əyani şəkildə özünü göstərir. Muğam öz ifaçısından böyük texniki imkanlarlabərabər, həm də incəlik, zəriflik, xalların cilalanmasını tələb edir. Bu tələbiyerinə yetirməkdən ötrü tarzənin hər iki əlinin eyni səviyyədə işləməsi, eyniimkana malik olması çöx mühümdür.
Dəstgahınkompozisiya qurluşuna, hər şöbə və guşənin xarakterinə dərindən bələd olanRamiz ifa zamanı texniki cəhətdən yüksək ustalıq və özünəməxsus nadir ifaçılıqmanerası nümayiş etdirir, öz tapıntılarını, yaxud da ona qədər olan, lakin çətinliyinəgörə tez-tez işlədilməyən üsulları tətbiq edir. Burada tarın açıq simlərindənistifadə olunur. Kök simin köməyi ilə güclü üst mizrablardan, səsin getdikcəgücləndirilməsindən və zəiflədilməsindən, yüksək texniki piryomlardan istifadəedən Ramiz "Bərdaşt"da təntənəylə, "Üşşaq"da,"Hüseyni"də həzinliklə, yumşaqlıqla, "Vilayəti"də ağırtempdə fasilələrlə, yanıqlı sədalarla, "Şikəsteyi-fars"da daha dolğunvə tərs mizrablarla, "Mübərriqə"də bir qədər cəld, dayanmadan,ardıcıl səslənməylə, "Əşiran"da dolu üst, tərs mizrablarla əvvəlgüclü, sonra getdikcə zəif ştrixlərlə ümumi səslənmədə təntənəli xarakter, əzəmətcoşqunluq əldə edir.
Bu məqamda bir cəhətixüsusilə vurğulayım ki, tarzənin ifasında səslənən bu muğamların əsl yeniliyi məzmunda, fikirdə,onların estetik təbiətindədir. Onlar xalqın, müasirlərin nəcib, ülvi, gözəl surətini,qəhrəmanlıq əməllərini, ictimai mühitin estetik ənənələrini, tarixi, mənəviyyatızinətləndirən hadisələri qeyri-adi parlaqlıq və inandırıcılıqla əks etdirir.
Burada yeridirki, söyləyim: Ramiz tarın dilini çox əla bilən kamil ustdaddır. Onun səhnədəduruşu, baxışı, hərəkətləri, üzünün bütün mimikası yaxşı mənada ölçülüb -biçilib, ürəyə yatımlıdır. Təmkinli şəxs olan tarzən xalq ifadəsi ilə desəm,ağır oturub - batman gələn adamdır.
Mən növbəti gecəmizdə,inşallah, sizə Azərbaycan musiqisində daha çox inkişaf etmiş "Segah"muğamı və onun Ramiz Quliyev tərəfindən bənzərsiz ifa olunması, tarzənin özünündaxili aləmini və təkrarolunmaz, orjinal üslublu ifa tərzinin həzin lirizmçalarlı ecazkar incəliklərini gözəl əks etdirməsi barədə bir qədər ətraflıdanışacağam...
Şəhrizad bu yerdəsəhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.
(ardı növbətisayımızda)
Digər Xəbərlər

"21 AZƏR İNQİLABI" - İRADƏ TUNCAYIN FİLMİ - VİDEO

Aqil Abbas Qədir Rüstəmovu xatırlayanda kövrəldi... - "Şəxsi Əşyalar" - Vasif Ayan ilə - VİDEO

Vüsal Murtuzəliyev əməliyyat olundu

London Dizayn Biennalesi 2025-də Azərbaycan pavilyonunun rəsmi açılışı oldu

"Azerçay" ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir - FOTOLAR

Kahramanmaraşda konfrans salonuna Nizami Gəncəvinin adı verildi

Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin - FOTOLAR
