adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Fevral 2020 10:44
47231
GÜNDƏM

Şəhid kursantların anım günüdür - İmarət Qərvəndin müdafiəçiləri

"1993-cü ilin 13 fevralı- soyuqqış günlərindən biri idi. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin(BAÜKM)kursantları həyəcan siqnalı vasitəsilə ayağa qaldırıldı. Bir andabütün kursantlar məktəbin həyətində "farağat” komandasında düzüldülər. Yüzlərləkursantların içərisindən yalnız 62 nəfərboy-buxunlu, xüsusi hazırlıqlı seçmə kursantlar seçildi. Azərbaycan RespublikasınınMüdafiə Nazirliyinin baş qərargah rəisinin əmri ilədöyüş bölgəsinə- Ağdərə rayonuna, oradan isə Aterk (Həsənriz) yaşayış məntəqəsinəgöndərildi. Həmin kursantlar biz idik”.

Adalet.az xəbərverir ki, bu sözlər BAÜKM məzunu, II qrup Qarabağ mühariəsi əlili, mayor BakirAbdullayevə məxsusdur. O, 1993-cü il 13 fevralda Ağdərə rayonu İmarət Qərvənd kəndiuğrunda kursantların göstərdiyi rəşadətdən, canları bahasına verdikləri mübarizədən,döyüşün gedişi haqqında və silahdaşlarının anım günündən söhbətaçacaq.

Qeyd: Ağdərə, Kəlbəcər istiqamətində erməni hərbibirləşmələrinin kəskin hücumlarının qarşısını ala bilməyən Müdafiə Nazirliyininrəhbərliyi ölkə prezidentinə ( Əbülfəz Elçibəyə) müraciət edərək, əlavə canlıdöyüş qüvvələri istəmişdi. Bu döyüş bölgəsində ən böyük təhlükə ondan ibarətidi ki, vaxtında zəruri tədbirlər görülməsə idi 4000 mindən artıq Ağdərə cəbhəbölgəsinə cəlb edilən qoşun birləşmələri erməni döyüşçülərinin mühasirəsinə düşəbilərdi. Ağdərə cəbhə bölgəsində yaranmış acınacaqlı döyüş vəziyyətindən haliolan ölkə rəhbərliyi, 13 fevral 1993-cü il tarixində səhər saat 7 iradələrindəMilli Qvardiyanın şəxsi heyətini ölkə prezidenti Əbülfəz Elçibəyin birbaşa göstərişiilə həyəcan siqnalı ilə ayağa qaldırılmışdı.



Qarabağla- Ağdərəilə tanış olmayanlara bildirirəm ki, kursantların yerləşdiyi Aterk kəndi milliordumuzun, (ortada olan İmarət Qərvənd kəndi neytral zona) Vəng kəndi isə Ermənistan Silahlı bölmələrinin əlində idi. Biz Aterkəçatdıq və 14 fevral səhər tezdən bizə hara getdiyimiz haqqında məlumat verilmədənyük maşınlarına doldurulduq,

Aterkdən Kəlbəcərəgedən yolla Vəngə tərəf yola düşdük. Düz İmarət Qərvəndə çatana qədər heç birmaneyə rast gəlmədik. Amma kəndin aşağı hissəsinə çatarkən ( əvvəlcədənhesablanmış oriyentlərə uyğun olaraq avtobus dayanacağı) 120-mm minaatanlardan 6 ədəd atəş açıldı və 3 maşınımızdəqiqliklə vuruldu. Maşınların biri ərzaq, digər ikisi isə şəxsi heyət daşıyanyük maşını idi. Qəfil həmlədən özümüzü itirmədik. Ətrafa səpələnmiş 8 şəhid , 15 yaralı kursantıatəş altından çıxara bildik. Bir nüansı heç unuda bilmirəm. Şəhid və yaralılarıdöyüş meydanından xeyli aralı bir əraziyə, arxadan gəldiyi üçün vurulmamışmaşına daşıyırdıq. Minalar ətrafımızdapartlayır, avtomat güllələri başımızınüstündən uçuşurdu. Bu ərazidə çox qalmaqda yeni bir itki demək idi. Elə həmin vaxt şəhid kursant Emil İsmayılovu yolunuzaq və qarlı olduğundan aparmaq mümkün deyildi. Emil hamımızdan həm hündür idi, həm canlı. Ayaq üstə duranda elə bilirdin başının üstündə bir dağ dayanıb. Yorulmuş, həyəcanlamışdıq . 2 ildi, necə deyərlər, bir qabdan yemək yediyimiz,bir otaqda yatdığımız dostlarımızıncansız , qana bulanmış cəsədlərini daşımaq mənəvi əzab idi. Belə birvaxtda Emilin nəəşini qarda sürümək də alınmırdı. Üstünü ağaclarla, qurumuşyarpaqlarla örtük ki, tezliklə geri gəlib Emili də əzizlərinə təhvil verək.Sonralar başımıza gələn hadisələrə görə, o yerə bir daha dönə bilmədik. Bilmirəm,bəlkə də indi də Emilin nəəşi kimi ruhu da yolumuzu gözləyir”.


Müsahibim xeyli susdu. Başını əlləri içərisinəaldı. Xeyli elə beləcə durdu. Səsikallaşmışdı. Bəlkə də qəhər danışmağa manə olurdu. Amma özünü ələ alıb yenidənsöhbətinə başladı:” Yerdə qalan qüvvə iləİmarət Qərvəndin müdafiəsini təşkil eləməyə çalışırdıq. Düz 10 gün ordaqaldıq. Bizimbölük kənddə döyüş əməliyyatlarındaciddi tapşırıqlar yerinə yetirir, qarşı tərəfin hücumlarının qarşısınınalınmasında xüsusi rol oynayırdı. İtki vermədəndöyüşürdük. Qeyri- bərabər döyüş,hər dəqiqə gözlədiyimiz amma arxamızca gəlməyən əlavə qüvvə və zəiflədiyimizi hiss edən qarşı tərəfin güclühəmlələri ...Artıq düşmən qüvvələri cəsarətlənmişdi.



Döyüşün ənqızğın vaxtında qərargahla bütün əlaqələrimiz itdi. Eyni hərbi geyimlə təminolunmuş erməni və azərbaycanlı əsgərləri bir-birindən ayırmaq cətinləşdi.. Haranıvurmaq, hansı tərəfi atəşi tutacağımızı bilmədik. Bizim əraziyə nəzarətetdiyimiz yüksəkliyin ətrafı hərbi transpartyorlarla, tank və PDM-lərlə mühasirəyəalındı. Elə bir kritik durum yaranmışdı ki, nə qərar verəcəyimizi də bilmirdik.Üstə gəl, mənfi 10-15 dərəcə şaxta, sıldırım qayalıqlar, gəldiyimiz yolda isədüzülmüş erməni əsgərləri…Anladıq ki, mühasirəyə düşmüşük və bu "ölüm-qalım” məngənəsindənçıxmaq hərbçi soyuqqanlığı tələb edir. Odur ki, ayın 24-də mühasirəni yarıb keçmək üçün iki dəstəyəayrıldıq. Birinci dəstə12 nəfərdən ibarət qrup Kəlbəcər istiqamətində, (sonradan bildik ki. həmin dəstədəndə 4 kursantımız şəhid olub) qalanları isəTərtər çayı boyunca üzü aşağı - Sərsəng Su Anbarına tərəf getməyə qərarlaşdırdıq. Anlayırdıq ki,qurtulmağımızın yolu ancaq dağlardan enib Tərtər çayı boyunca irəliyə-çayınaxarı tərəfə getməkdir . 2 gün dağlarda həm üstümüzə hücuma keçən ermənilərlədöyüşdük , həm uşaqları sağ-salamat geri qayıtması üçün qarla-şaxta ilə,sıldırımlı yollarla mübarizə apardıq. Çəkməm ayağımdan cırılıb çıxmışdı. Sol ayağımı donvurmuşdu. Gödəkçəmin qolunu cırıb ayağıma bağladım ki, şaxtada donub qalmayım,uşaqlarla mənzilbaşına sağ –salamat çatdıq. Düzdü həmin döyüşdə 8 kursantı itirdik. Ammaermənilərin gələcəkdə hərbi zabit kimi püxtələşəcək o biri kursantları tamamiləməhv eləmək planın baş tutmasına imkan vermədik. Mühasirədən çıxdıq.

Bu gün həmin fevraldan, həmin döyüşlərdən sağ çıxabilən bütün kursant yoldaşlarım adından şəhid kursantlarımızı ehtiramla anıramvə onlara Allahdan rəhmət diləyirəm ! Əziz dostlarım biz-keçmiş kursantlar siziunutmadıq, hər zaman yanımızda, yadımızda oldunuz! Ruhunuz qarşınızda baş əyirik!

Şəhidkursantlar:

Kapitan Aydın Rəhimov

Əbdülrəhmanov Əbabil

Sarvan Məmmədov

Emil İsmayılov

İlqar Əmiraslanov

Vüqar Şirinov

Yalcın Məmmədov

Fuad Əyyubov

Səlim Piriyev

Okean Seyidov

Afiq Əsədov

Eldəniz Mehdiyev



SöhbətləşdiƏntiqə Rəşid