adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 May 2019 11:51
13943
ƏDƏBİYYAT

ŞƏHƏRCİK

TEFFİ


Bu balaca bir şəhərcik idi – qırxmin nəfərə yaxın əhalisi, bir kilsəsi və saysız-hesabsız aşxanaları var idi.

Şəhərciyin içindən çay keçirdi. Çox qədim dövrlərdə adına Cekvana,sonralarsa Sena deyilirdi.Üstündə şəhərcik salındıqdan sonra sakinlər onu "onlarınNevası” adlandırmağa başladılar. Amma buna baxmayaraq,aradadabir köhnə adını dadilə gətirirdilər. Güzəranlarından söz düşəndə deyirdilər: "Pis yaşayırıq –Senadakı itlər kimi”[1].

Əhali ya Pasya, ya da ki, Riqovoş qəsəbələrində cəmlənmişdi – sıxlıqidi. Gənclər əsasən yük daşımaqla məşğul olurdular – sürücülük edirdilər.Yaşlılaraşxana saxlayır və yaxud həmin aşxanalarda çalışırdılar: qarayağızlar qaraçı vəqafqazlı, sarıyağızlar maloroslar[2] qismində.

Qadınlar bir-birlərinə paltar tikir, şlyapa düzəldirdilər.Kişilərsəbir-birlərindən borc alırdılar. Şəhərciyin əhalisi kişilər və qadınlardansavayı bir də nazirlərdən və generallardan ibarət idi. Onların çox az qismi yükdaşıyırdılar, əksəriyyəti borclanmaq və memuar yazmaqla məşğul olurdu.

Memuarlar öz adını tərifləyib göylərə qaldırmaq və silahdaşları ləkələyibrüsvay etməkdən ötrü yazılırdı. Memuarlar arasındakı fərq ondan ibarət idi ki,bəziləri əllə, bəzilərisə yazı makinalarında yazılırdı.

Həyat çox yeknəsək idi.

Bəzən şəhərcikdə hansısa teatr peyda olurdu. Orda hay-həsir qopardantarelkalar və rəqs eləyən saatlar göstərilirdi. Vətəndaşlar özlərinə havayıbiletlər tələb edir, tamaşalarasa qərəzli yanaşırdılar. Müdiriyyət havayıbiletlər paylayır və kütlənin təntənəli söyüşləri altında sakitcə itib-batırdı.

Şəhərcikdə qəzet də var idi. Hamı onu müftə almaq istəsə də, qəzetbuna mətanətlə sinə gərir, təslim olmur və yaşayırdı.

İctimaihadisələrlə az maraqlanırdılar. Daha çox rus borşu şüarı aldında, özü də kiçikqruplarla toplaşırdılar, çünki hamı bir-birinə o qədər nifrət edirdi ki, onnəfəri digər on nəfərlə düşmən olmayan iyirmi adamı bir yerə yığmaq mümkündeyildi. Olsa da tezliklə onlar da düşmənə çevrilirdilər.

Şəhərcikçox qəribə məkanda yerləşirdi. Onu nə boş düzəngah, nə meşələr, nə də vadilərəhatə eləyirdi, onu möcüzəli muzeyləri, rəsm qalereyaları, teatrlarıyladünyanın ən gözəl paytaxtının küçələri dövrələmişdi.Ancaq şəhərciyin sakinləripaytaxt əhalisiylə qaynayıb-qarışmırdılar, yad mədəniyyətin bəhrəsindənfaydalanmırdılar. Hətta maqazinləri də ayrıydı. Muzey və rəsm salonlarına nadirhallarda kimsə ayaq basardı. Kimsə, nə vaxtsa...bir də axı nəyə lazımdır– yoxsən də, təkcə elə muzeyimiz çatışmır.

Paytaxtsakinləri nə vaxtsa mədəni dünya asteklərlə maraqlandığı kimi əvvəl-əvvəlonlara maraqla tamaşa edir, davranışlarını, vərdişlərini, məişətiniöyrənirdilər. Nəsli kəsilməkdə olan qəbilə... Bəşəriyyətin qürur duyduğu həmin oböyük, şərəfli insanların nəsilləri!

Sonramaraq söndü.

Onlardanyaxşı sürücülər və bizim sexlər üçün tikmə tikənlər çıxıb. Rəqsləri məzəli,musiqiləri maraqlıdır...

Şəhərciyinsakinlərinin qəribə jarqonda danışsalar da , filoloqlar orda asanlıqla slavyankökləri tapırdılar.

Öz tayfalarından kimsə oğru, dələduz və ya satqın çıxanda şəhərciyinadamları sevinrdilər. Bundan əlavə onlar kəsmiyi və telefonla uzun-uzadıdanışmağı da xoşlayırdılar.

Onlar heç vaxt gülmürdülər,daim acıqlı və hirsliydilər.

Tərcümə: M. Cavadoğlu



[1]Rus dilindəki "kak na sobakana sene” ("özüyeməyən, özgəyə də verməyən it kimi”) məsəlinəişarədədir.

[2]Maloros – kiçik ruslar. Əvvəllərukraynalılara belə deyirdilər. Malorossiya, yəni Kiçik Rusiya toponimindən.