“Şəfa” stadionu satıldı

AFFA-nın başkatibi Elxan Məmmədov "Şəfa” stadionunun "İnter” klubuna satış məbləğiniaçıqlayıb. Baş katibin "Het-trik news” qəzetinə açıqlamasından məlum olur ki, federasiya böyükkompleksi su qiymətinə satıb: "Şəfa” stadionunun satış məbləği ƏDV xaric 4milyon 250 min manatdı. Satış hələ tam başa çatmayıb. Daha dəqiq,stadion AFFA-nın balansından klubun balansına tam keçməyib. Bu proses hələdavam edir. Klub məbləğin 50 faizini ödəyib və tam ödənişdən sonra "Şəfa”onların balansına keçəcək.
Bir məqamı da qeyd edim - "Şəfa” stadionunu satarkən məbləğdə "İnter”klubuna müəyyən güzəştlər etmişik. Bunun da səbəbi odur ki, klub neçə il idiki, bütün kompleks üçün aylıq 20 min manat icarə haqqı ödəyir. Digər tərəfdən klubun "Şəfa”nı futbol məqsədləri üçün istifadə etməsinidə diqqətdən qaçırmamışıq. "Şəfa”nın satılması prosesi tam başa çatmadığındanəldə olunan məbləğ son maliyyə hesabatında göstərilməyib və xüsusi bəndlə işarəolunub. Məbləğ tam ödənildikdən sonra AFFA-nın növbəti hesabatında gəlir kimiöz əksini tapacaq".