Şəbəkə “qəhrəman”ları - VİDEO
Yataqxanada yaşadığını deyən piket iştirakçısının evi var
Bu, Yaşar Cəfərovdur. O, Zəngilan rayonundan məcburi köçkündür. Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin binası ətrafında keçirdiyi piketdə evsizlikdən, yataqxanada çürüməsindən şikayətlənirdi.
REALYaşar Cəfərovun problemi ilə maraqlanmağa çalışıb.
Araşdırmamız nəticəsində məlum oldu ki, Yaşar Cəfərov AMEA-nın Kimya İnstitunda bağban, həyat yoldaşı Kifayət isə BDU-da xadimə işləyir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Yaşar Cəfərova Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən yaşayış massivindən ikiotaqlı mənzil verilib – 6-cı binanın 5-ci mənzilində yaşayır. Yaşar Cəfərovun oğluna da eyni massivdən mənzil verilib.
Yaşar Cəfərovun özü ilə də danışdıq və aqressiv cavabla rastlaşdıq.
Göründüyü kimi, Yaşar Cəfərovun piketdə internet kanallarının kameraları qarşısındakı çıxışı, özünü məhrumiyyətlər içində təqdim etməsi həqiqət deyil. Yaşar Cəfərovun özü də tək deyil. Belə aksiyalarda çıxış edənlərin böyük əksəriyyətinin danışdıqları həqiqət deyil, sosial şəbəkə qəhrəmanına çevrilmək cəhdidir.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57