adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Dekabr 2014 12:16
4992
ƏDƏBİYYAT

Şamaxıda söz-sənət ustaları bir arada

Şamaxırayon Mədəniyyət Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi,Əməkdar Mədəniyyət İşçisi, Şirvan Aşıqlar Birliyinin sədri, aşıq AğamuradŞirvanlının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. AMEA NizamiGəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən Adalet.az-a daxil olan məlumata görə, tədbirdə Şirvanın aşıq, saz-söz sənətindən, Qorqudirsinin davamçısı Aşıq Ağamurad Şirvanlının yaradıcılığı haqqında ətraflıməlumat verilib.

SonraŞamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova qurumunFəxri fərmanını Aşıq Ağamurada təqdim edib.

Tədbirdəçıxış edən Milli Məclisin deputatı Ərəstun Cavadov, Azərbaycan AşıqlarBirliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub, akademik Vasim Məmmədəliyev,professorlar Məhərrəm Qasımlı, Qəzənfər Paşayev, Buludxan Xəlilov, SeyfəddinQəniyev və filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli aşıq AğamuradŞirvanlının şəxsiyyəti və yaradıcılığının özəlliyindən danışıblar.

Tədbirinbədii hissəsində Xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Əməkdar artistBəsdi Sevdiyeva, Əməkdar mədəniyyət işçiləri aşıqlar Ulduz Sönməz, ƏhlimanŞirvanlı, Gülara Azaflı vədigər xanəndə və ustad aşıqlar çıxış ediblər.