adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Iyul 2019 16:35
21599
ƏDƏBİYYAT

ŞAİRLİK CAN YANĞISIDIR

Mən köhnə dostun, gözəl yazıçı, incəruhlu şair,kamil ədəbiyyat adamı (bu insan ədəbiyyatın bütün lanrlarında qələmini sınağa çəkmişdir)Əziz Kərim haqqında bir neçə dəfə yazmışam.

Nəşriyyatımızda çap olunan çoxsaylı kitabları gözləriminütüsündən keçib, o kitabların bir çoxu mənim "Ön söz”lərimlə işıq üzü görüb.

Bax, indi də onun bu növbəti kitabının da ("Odlu nəğmələrim”)odu, hərarəti mənə sirayət elədi, bir neçə kəlmə deməyi özümə vicdani borcsaydım.

Hələ ilk gənclik illərindən amansız göz xəstəliyinədüçar olan, gözünün birini tamam itirən, sonralar o biri gözünün işığı da çəkilməyəbaşlayan bu ədəbiyyat fədaisi tək, zəif gözünün olub-qalan işığı hesabına bütünömrü boyu yazıb-yaratmış, çox məzmunlu və gərəkli, çoxsahəli bir ədəbi irsəsahiblənmişdir. İndiyədək onun iyirmi kitabı çap olunmuş və bir çox əsərləri dəöz nəşrini gözləyir.

Onun demək olar ki bütün yaradıcılığına bələd olsamda, bu kitabı sənətkarlıq baxımından mənə daha yaxşı təsir bağışladı.

Şairlik can yanğısıdır.

Sözləri, cümlələri sadəcə qafiyənləndirmək hər birpeşəkarın əlindən gəlir, elə peşəkar olmayanın da.

Əziz Kərimin həcmcə iri, bu qalın kitabında çoxnazik, incə duyğuları dilə gətirən şeirlərə, misralara bol-bol rast gəldim vəbu məndə onun içdən gələn şairliyinə həqiqi bir inam yaratdı.

...Tənhalığınbu daşlarından

Oyanarkönlüm.

Eşidərəm birürək yanğısını,

Bir gözyaşlarının nəğməsini.

Eşidərəm nəğməmdəsənin səsini.

Yaxud:

...Bir nəğməeşqiylə mən

Hər günalovlanıram.

Kamanda inildəyib

Sarı simdəyanıram.

Belə yaranırmənim

Sevimli nəğmələrim.

Bir gün gələrki, yəqin

Günəşdənboylanaram.

Dodaqlardansüzülüb

Ürəklərdəyanaram!

Əziz Kərimin şeirlərindəki poetik bitkinlik bədiiliyin,çox hallarda lirizmin bütün şərtlərini özündə ehtiva edir. Bu şeirlərinyazıldığı tarixə baxıram. Ən azı qırx il, otuz il bundan əvvəl qələməalınmasına baxmayaraq bu gün də təzədir, yenidir. Yaxşı deyirlər ki, əsilşeirin yaşı olmur.

Əziz Kərim bir şair kimi öz məsuliyyətini əlinə qələmgötürdüyü gündən dərk edib. O, yaxşı bilib ki, əsil şeir sevgidən doğulur,sevgi qədər yaşarlı olur.

Əzizin öz şeirinə müraciətiylə dediyi misralara üztuturam:

Əllərini ver əlimə,

Barmaqlarındanovucuma

Səssiz birsevgi axsın.

Gözlərini çəkindirməgözümdən

Ömrüm mənimqoy mənə baxsın.

Yaşarsanxatirələrimin

Heç kəsin görəbilmədiyi

Varaqlarında.

Gəl,

Həsrətə sonqoyulası

Bir ömürlük məhəbbətgətir

Dodaqlarında.

Gəl yazım ol,səpələn üstümə

Od ol,yandır, alışdır məni,

Qoy aləmbaxsın tüstümə!

Külək ol,

Sındırqapılarımı,

Gəl, hələyaza bilmədiyim

Şeirlərim mənim.

Gəl mənimböyük məhəbbətim,

Amansız "düşmənim”!

Məncə heç bir izaha ehtiyac yoxdur. Bu şeir müəllifinşeirə hansı bir qayə, hansı bir daxili ehtiyacla yanaşmasının əyani sübutudur.

Şeirimizin minillikləri ötən ədəbi və əbədi örnəkləribir şair kimi Əziz Kərimi daim düşündürür, bu örnəklərə özünün də qatılmasınıcani-dildən arzulayır:


Bilirəm ki,böyükdür

Xalqımın sözqüdrəti.

Kaş yaşadabiləydim

Mən də bu səadəti.


Əziz Kərimin "Köçür, sevgilim” şeiri lirik şeirlərimizinsonsuz imkanlarından yaddaqalan, dəyərli bir nümunədir. Onun bir şair kimisevgisi, romantikası bu şeirdə daha çox gerçəkləşir, 44 il bundan öncə yazılmışbu şeir bugünki məhəbbət lirikasının ən yaxşı örnəklərindən biri sayıla bilər.


Məni uzaqlaraköçür sevgilim,

Orda çəmənolsun, orda dağ olsun.

Məni uzaqlaraköçür, sevgilim,

Orda bütünyollar çilçıraq olsun.


Məni uzaqlaraköçür, sevgilim,

Ora nə səsqatsın, nə əl, nə ayaq.

Məni uzaqlaraköçür, sevgilim

Orda yazıqışı, bir qarşılayaq.


Qoy gedim əntəmiz duyğularımla,

Bu nəayrılıqdır, nə həsrət, nə qəm,

O yerin biranlıq od-alovunu

Yüz baharoduna mən dəyişmərəm.


Məni uzaqlaraköçür, sevgilim,

Baxıram ürəyimhəsrətlə vurur.

Ordayazılmamış misralarım var,

Ordaoxunmamış min nəğməm durur.

Əziz Kərim yaradıcılığında öyüləsi, önə çıxarılasışeirlər, misralar yetərincədir.

Bu kitabın özəlliyi, gözəlliyi bundadır ki, bütövbir ömrün töhvəsidir, şair indi ömrünün bu ixtiyar çağında keçdiyi poetikcığırlara təzədən nəzər salır, haçansa yazdığı nəğmələrin oduna-közünə təzədən bələnir,yaşadığı işıqlı duyğuların sehrinə, möcüzəsinə yenidən heyran kəsilir.

Mən bu kitabın ilk oxucusu, redaktoru, naşiri kimionu deyə bilərəm ki, "Odlu nəğmələrim” həm Əziz Kərimə, həm də qədirbilənşeir-sənət bilicilərinə dəyərli bir hədiyyə olacaqdır.