ŞAİRLƏR HAQQINDA ŞEİR
İt unu misalı dağılıb dünyaya,
tək səbir kimi hayana baxırsan şair, şairg
vurana əlsiz, söyənə dilsiz,
hərəsi bir meyxana dibində,
illərin, ayların, mövsumlərin dışında
gəlincik kimi qənirsiz bir həyat peşində
çaxırı sirkəyə çevirən zamandan
mərhəmət gözləyir, imdad diləyir.
şeir yazır, elə bil qovğada baş yarır,
həmişə hamıdan gileyli,
içində insan deyə güvəniləcək kimsə yox,
bir-birinin ətini yeməyə meylli,
qan-qarğış, biçarə, tüfeyli.
amma, itlər boğuşunca
yolçuya yol verir Allah,
yürü şer yazmayan erkək!
hərdən binəva şairə
fitrədən, sadağadan fırlat,
çünki, bu dünyadır, dostum,
üsul və ərkan budur-
qananlar qanmazlara borcludur.
çünki, cəhənnəmin veyil dərəsi
onsuz da şairlərlə doludur.
QARA - QIŞQIRIQ
duymadım bəli,
heç duymaq belə istəmədim.
eşitmədim, görmədim,
umrunda deyildim çünki,
bilmədim, görmədim, eşitmədim deyə,
öldürəcəksinizmi məni indi?
yəni mənimçünmü vurulur bu davullar,
mənə aidmi bu qarğışlar,
lənətləmələr, nifrinlər,
mənəmi oxunur bu hökm, əcəba,
nədən əyilmiş insanların sir-sifəti,
lənət şeytana!
bir durun,
qarğa bazarı deyil ha bura,
bir Allah şahiddir sevmirəm tünlüyü,
biriniz deyin, biriniz eşidin Tanrı eşqinə,
öldürdüyünüzü adam kimi öldürün.
bəs o eksklüziv podiumdakı kimdi,
carçımı,
cəlladmı,
dilmancmı?
biz hansı əsrdəyik hazırda görəsən
mən kimə ərz etməliyəm son amacımı?
olsun kig
suyun başını kəsdirmiş əjdarha,
qurban istəyirp şəhərdən.
bəlkəg
əşşi dayanın,
duymadım bəli, heç duymaq
belə istəmədim,
eşitmədim, görmədim,
umrunda deyildim çünki,
bilmədim, görmədim, eşitmədim deyə
öldürəcəksinizmi məni indi?
SİZ ÜZÜ SULUYKƏN
QEYB ETDİNİZ HƏR ŞEYİ
siz üzü suluykən qeyb etdiniz hər şeyi,
ufacıqlar!
yağmur kimi, rüzgar kimi,
rüzgarda
titrəyən yarpaq kimi, sis dumanı tək,
doğal bir hadisə
olduğunuz vaxtlarda eynən.
bir sürü qartmış köpək
bilməm nə deyə
hər şeyi qapdılar, aldılar əlinizdən,
hanı bir istəyiniz vardı, ufacıqlar,
neçə türlü şeylər keçirdi könlünüzdən,
yuxular görürdünüz qızılı, narıncı,
novruz yumurtaları kimi boyalı,
bir-birindən seçməli, sayalı
hanı gün görməyə gəlmişdiniz,
ufacıqlar!
gördünüzmü?
ikiqat oldular yekə-yekə adamlar
sizinlə salamlaşmaq üçün,
heç fərqində oldunuzmu?
yox, bu siz deyildiniz vallahi,
nagahan ətrafa endirilmiş
ağabəy salamına müştaq,
ev-eşiyin, dost-qardaşın yanında
ikiüzlü Yanus kimi
bir üzü qara, biri ağ.
haşa, ki bunda da illət-filan yox.
ğuya böyüdünüz, ağıllandınız guya,
ğuya sirr pərdələri yırtıldı, ama
bir ləhzə fikirləşməyə aman yox.
siz üzüsuluykən qeyb etdiyiniz hər şeyi
ufacıqlar!
yağmur kimi, rüzgar kimi,
rüzgarda
titrəyən yarpaq kimi, sis dumanı tək,
doğal bir hadisə olduğunuz vaxtlarda eynəng
AĞRILI ADAM
içində bir ağrısı vardı,
onu müvazinətdən çıxarmaq,
dəngəsini pozmaq, yerə yıxmaq
və yerlə yeksan eləmək istəyirdig
ağrı və can,
can ağrı tapmasın, dostlar,
tapdısa ömrü-billah
qıllı köpək keçməz aralarından.
içini gəmirən ağrıdan
qarımış səsilə göyləri çağırdı
- Allah, Allah!
imkan et, gözünün ucuyla mənə bax,
mən də sənin bənzərinəm, inşallah.
ama, göyüzüg
sonsuza qədər hər şeyi yerli-yerində.
gündəyməz yerlərdə yaşayan
zülmət kimi lal-dinməz, soyuq,
əyil, qalx, min təzə söz fikirləş, de -
bilinməyən, cansız porpetum-mobile.
devikdi sağına-soluna,
elliklə harasa
tələsirdilər adamlar:
- salam, bir quruşun qurumsağı!
qaranəfəs yüyürüb getdi.
- hey, eheyy, köhnə kişi,
ol zamanların adamı!
deyəsən duymadı, eşitmədi, getdi.
adıyla tanınan,
külli-ibadət sahibisə
ibadətə tələsirdig
içində bir ağrısı vardı,
onu müvazinətdən çıxarmaq,
dəngəsini pozmaq, yerə yıxmaq
yerlə yeksan eləmək istəyirdig
o isə, axmaq adam,
çıxmayan cana ümid çoxdur deyə
hələ yaşamaq istəyirdig
P,S, Doğum günün mübarək, şair!


Bakı -°C

