adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
26 Dekabr 2012 01:16
27311
ƏDƏBİYYAT

Şair Kələntər Kələntərlinin xatirəsinə

Əlimdə bir şəkil var, xatirələrlə dolu bir şəkil.Bu vaxti ilə mərhumşair Kələntər Kələntərli ilə çəkilən şəkildi. Xəstə idi. Ona baş çəkməli idim,odur ki, dostumla şairin yaşadığı"Yeni Bakı" massivinə gəldik. Avqust ayı idi, rayonların birinədostumla bir neçə günlük istirahətəgedirdim.Bakını çıxmagımıza az qalmışdı,Masazır qəsəbəsində idik,ani olaraqKələntər müəllimi görmək istədim. Dostumdan xahiş etdim ki,Kələntər müəllimləgörüşək, ona bir baş çəkək və sonrayolumuza davam edək. Şair bir az nasaz idi.

Bir neçə adamdan şairin evini soruşduq,kimisə axtardıgımızı görən birqonşu bizə yaxınlaşıb,şairin hansı binada yaşadıgını lap dəqiqliyi ilə,hətta neçənci mərtəbədəqaldığını da dedi.

Mərtəbələri saya-saya pilləkənləri qalxdıq. Qapı açıq idi, amma nəzakətxətrinə qapını döydük. İçəridən şair biraz da xəstə-hal səslə "gəl"dedi.

İçəri daxil olduq,hal-əhval tutduq,haradan gəlib hara getdiyimizi dəsöylədim.Xoş gəlmisən, qardaşoglu, deyib bizə əyləşməyə yer göstərdi.Mənə şirinləzgi ləhcəsiylə həmişə "qardaşoglu" deyirdi. Əyləşdik.Otagın birgüncündə böyük bir kitab rəfi var idi və bu rəfdə də zəngin kitabların oldugunugördüm. Maşallah zəngin kitabxananız var,-dedim.Kələntər müəllim isə özünəməxsus bir cavab verdi,hələ bu gördüklərin mənim kitablarımın dörddəbiridir.Hər dəfə mənzil dəyişəndə kitabları özümlə daşıya bilmirəm,çoxu it-batadüşüb.

Yeridir deyim ki, Kələntər müəllim uzun illər boyu kirayələrdə yaşayıb.Şəhərin neçə-neçə yerində kirayənişin qalıb. Hər yerdə də hörmət-izzət yiyəsiolub. Məhləyə daxil olanda hamı ayağa durub, hörmət ifadə eləyib.

İndi bu şəhərdən uzaq yerdə təzə binada məskun olduğu mənzili onayerlisi, jurnalist, iş adamı Etibar Sturvia bağışlayıb. Şəraiti də pis deyil.Buna görə də Etibar müəllimə sağ olsun deyirik. Şairin bu qoca, xəstə çağındaona əl tutub, qulluğunda durub. Başqa məişət qayğılarını da çəkib. İşlədiyi Teleradio QSC şairdəndiqqətini heç vaxt əsirgəməyib, o, şəxsən bir rəhbər kimi Arif Alışanovdanhəmişə razılığını ifadə eləyib.

Söhbətimiz kitablardan başladı,söhbət əsnasında ondan dostum üçün birkitabını istədi.Evdə kitabın olmadığını dedi,lakin sagalım dostuna səninvasitənlə yollayaram.Sagliq olsun,- dedim.

Balaca otaqda şairin radiosu gözumdən yayınmadı, yarızarafatla dedimKələntər müəllim radionuz varsa demək hər şey qaydasındadı, cavabı isə beləoldu: "radiom 24 saat işləyir, onsuz bir anım yoxdu, özümü radioyaya eləöyrətmişəm ki..."

Radio demişkən,mən Kələntər müəllimi bir yaradıcı adam kimi radiodantaniyiram, yəni radioya işə gəldiyim vaxtdan. Əmək fəaliyyətimə başlayanda ilkxeyir-duamı da ondan almışam. Kələntər Kələntərlini atamın dostu, evimizinqonagı kimi isə lap uşaqlığımdan tanıyıram. Bir dəfə də onunla Dərbənddə toydaolmuşuq,onda yaşım az idi. Şairin kimliyinio vaxtlar bir o qədər də anlamırdım və heç vaxt da aglıma gətirməzdimki, illər sonra mən bu ağsaqqal, nurani adamla bir kollektivdə işləyəcəm vəyaxud onunla səmimi münasibətdə olacam.

Onun haqqında o vaxtkı təəssüratım belədir. Bakıdan Dərbəndə gedənə kimiyolda onu kim görürdüsə saxlayıb hal-əhval tuturdu. Vaxtı ilə Dərbənddə toydaçəkdirdiyimiz şəkil də bu gün mənim arxivimdədi, o şəkilə baxanda o illərixatırlayıram. Dərbənddə iştirak etdiyimiz toy bir video lenti kimi gözlərimönündən keçir.

Bayaq qeyd etdim ki, Kələntər müəllimdən iş əmək fəaliyyətimə başlayandaxeyir-dua almışam. İşə təzə başladıgım vaxtlar idi. Əməkdaşı oldugum "Xalqyaradıcılığı" redaksiyasına gəlmişdi. Redaksiyanın bütün əməkdaşları daonun xətrini çox istəyirdi. O ərəfələrdə də ilk verilişim efirə getmişdi.Söylədi ki, verilişini dinlədim, bu mərtəbəyə də ona görə qalxdım ki, sənə birdaha uğurlar olsun, - deyim. Sözün düzü, redaksiyanın ən gənc əməkdaşı kimi bumüdrik, ustad şairdən, qocaman radio işçisindən xoş sözlər eşitmək mənə bir qol-qanad verirdi.Düşünürdüm ki, nə vaxtsa ondan bir müsahibə alaram, ancaq onunla müsahibəyəhazırlıqlı olmağı da qarşıma məqsəd qoymuşdum, çünki o radio-televiziya işinimükəmməl bilirdi, düşünürdüm ki, onunla hazırlıqsız həmsöhbət olsam müəyyənsəhvlərə yol verərəm. Özümdən özüm üçün bir az da vaxt istədim. Bu vaxt ərzindədə yaradıcılığı ilə daha da yaxşı tanışolmağıma qərar verdim.

İllər keçdi, dörd ildən sonra müsahibə almaq üçün ona zəng etdim,hal-ehval tutandan sonra verilişimə dəvət etdiyimi söylədim, dəvətimi qəbuledib məmnunluqla sabah gələcəyini dedi.

Səhərisi günü görüşümüz baş tutdu. O, vaxtından qabaq gəlmişdi. Həmişəoldugi kimi bu dəfə də KələntərKələntərli özünəməxsus səliqəli geyimdə idi. O, hər mövsümdə zövqlə vəsəliqəylə geyinərdi. Cibində gəzdirdiyi daraqla da əlverişli şəraitdə saçınıdarayardı. Əlində də həmişə balaca bir çanta gəzdirərdi.

Geyim insanın bütün xarakterini ifadə eləyir, hər kəsi yaxındantanımayan adam insanın geyiminə baxıb, xarakterini müəyyənləşdirə bilər. Qəribəbir deyim də var, insanı geyiminə görə qarşılar, ağlına görə yolasalarlar.

Deyirlər söz vaxtına çəkər; doğurdan belədir. Bu il isə ondan aldığımradio müsahibənin iki yaşi olur. Nə yaxşı ki, vaxtında onun səsini lentinyaddaşına köcürə bildim. Bəzən adama elə gəlir ki, hələ qabaqda vaxt çoxdu, hərşeyi yerbəyer eləməyə vaxt çatacaq, tələsməmək də olar. Ancaq sən saydığınısay.

Kələntər Kələntərli enişli-yoxuşlu, ağrılı-acılı bir həyat yaşayıb. Lapkörpəliyindən atasını itirib, ailənin yükü üzərinə düşdüyünə görə azyaşlıvaxtında bazarda tənbəki satıb, ailənin müəyyən ehtiyaclarını ödəyib. Lakin heçvaxtı həyata baxışları dəyişməyib, həyat eşqindən uzaq düşməyib, daim yazıb,yaradıb. Görünür onun qarşılaşdıgı çətinliklər həmişə ona mübariz olmağıaşılayıb. Əslində elə həyatın fəlsəfəsi də budur.

Müsahibə zamanı ondanistədiyim suallara cavab aldım, ancaq gördüyü yaxşılıqları, qənşərinə çıxanxeyirxah adamları heç vaxt unutmadığını söylədi. Səməd Vurğuna rast gəlməsəydimSayat nənəmin nağıllarını, söylədiyi bayatıları, əzbərlətdiyi şeirlərıyaddaşımdan silib atacayqdım, dedi.

Danışdıqca kövrəlirdi, yadına tez-tez rəhmətlik Sayat nənəsini salırdıvə dəfələrlə də nənələr qənimət olur deyirdi. Axır vaxtlar nənəsini yuxusundatez-tez gördüyünü də söyləmişdi.

Söhbətimiz əsnasında doğulduğu yurddan da söz düşdü, yurdabaglılığından, yurd canlılığından dadanışdı. Hətta yarızarafatla dedi: "Sudur kəndi Amerikanın ştatlarıkimidi. Hər məhləsi bir obadı, gör neçə yerə bölünüb, mən də Güney deyilenyerdə doğulmuşam. İndi o sakinlər dünyanın hər yerinə səpələnib".

Noyabr ayının 22-si idi, atam axşam evə gec gəldi. Kədərli və yorğun görünürdü, bir az da kövrək səslə:"Kələntər müəllim rəhmətə gedib, orada idik, - dedi, səhər tezdən dəQusara dəfnə getməliyik. Allah rəhmət eləsin.

Dəqiq bilirdim ki, Kələntər müəllim Qusar rayonun Sudur kəndindən idi.tAxı bayaq qeyd etdim ki, vaxtı ilə aldığım radio müsahibədə odoğulduğu,boya-başa çatdıgı kəndindən danışmışdı. O kənd Şah dağının qoynunda,ucalığında yerləşir.

Noyabr ayının 23-ü isə onu doğma Suduru gözləyirdi. Bu dəfə torpaqla əbədi görüşə gedirdi, onu qaratorpaq qoynuna alacaqdı. Həmin gün vaxta uyğun olmayan bir rüzigar olub, Günəşdağları isidibmiş, şairin gəlişini qarşılamaq üçün. Amma kəndliləri deyib ki,dünən dağlar qan ağlayırdı. Eşitdim ki, şairi Küzün kəndində anasının yanındadəfn eləyiblər. Vəsiyyət edibmiş.

Şairin ölüm xəbəri məni sarsıtmışdı. Bir xeyli bu həyatsevər insanın,böyük şairin ölümünü qəbul edə bilmədim. Düzü, bu ölümə inanmağım gəlmədi.Həyat eşqi böyük olan bu adamın ölümü elə bil ki, zarafat idi...g

Mən onun duzlu, koloritli söhbətlərini çox eşitmişəm, radioya çox bağlıidi. Bütün verilişlərimizi dinləyirdi. Müsbət işlərimiz onu uşaq kimisevindirdi. "Bulağın" ən sədaqətli dinləyicisi idi. Dilin qatlarınıvə qaynaqlarını bildiyi üçün Bulağın vurğunuydu. Atamla tez-tez maraqlısöhbətləri olurdu: "Tahir Talıblı, bu sözləri hardan tapırsan",-deyirdi.

Onun şairliyi qədimlərdən gəlmişdi. Azərbaycan ədəbiyyatının dəyərlərinitam mənimsəmişdi. Dünya ədəbiyyatını yaxşı bilirdi. Oxumadığı əsər az olardı.

Azərbaycan xalq poeziyasını əzbər bilirdi. Şeirləri Azərbaycan dilindədoğulsa da ləzgicə yazmağı da unutmurdu. Çoxlu kitablar müəllifi oldu. Nə yaxşıki, səkkiz cildliyi işıq üzü gördü. Hələ çapını gözləyən çoxlu əsərləri durur.

Onun Azərbaycan yazıçılarının həyatından, yaradıcılığından yazdığımemuarlar xüsusi diqqətə layiq əsərlərdi.

Allah rəhmət eləsin.

Savalan Talıblı