adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Iyul 2015 12:20
4683
ƏDƏBİYYAT

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış şair Əli Kərimin oğlu Orxan Kərimov ötən gün axşam saatlarında 47 yaşında dünyasını dəyişib. Bu barədə şair Qulu Ağsəs sosial şəbəkədə məlumat yayıb.
 
Qeyd edək ki, O. Kərimov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ürəyindən əməliyyat olnmuşdu.  
 
Mərhumla vida mərasimi  bu gün saat 13:00-da, Murtuza Muxtarov, 45 ünvanında yerləşən evində keçiriləcək. 

Xatırladaq ki, Əli Kərim də vaxtsız - 38 yaşında vəfat etmişdi.