Şair Ağa Ramazan - 55
Ramazanov Ağaəli Məmməd oğlu 1964-cü il iyunayının 30-unda Şəki şəhərində anadan olmuşdur. Şəkidə orta təhsilini başavurduqdan sonra 1981-86-cı illərdə Azərbaycan Neft Akademiyasında təhsil almışvə 1986-89-cu illərdə təyinatla Qırğızıstana göndərilib. Həmin respublikanınpaytaxtı Frunze-indiki Bişkek şəhərindəmaşınqayırma zavodunda müxtəlif vəzifələrdə çalışmış və sonra vətənəqayıdarak Şəkidə Yerli Sənaye Kombinatında mühəndis işləmişdir. 1992-ci ildən kommersiyailə məşğuldur.
Ağa Ramazan yaradıcılığa orta məktəb illərındənbaşlamışdır. İndiyə qədər Ağa Ramazanın dörd kitabı oxuculara təqdim edilmişdir.Onun şeirləri müntəzəm olaraq respublika və rayon qəzetlərində cap edilir. AğaRamazan səmimi, həyati şeirləri ilə öz oxucuları tərəfindən sevilir. O, 2010-cuildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Əzəmətli Böyük Oafqaz dağlarını qarış- qarış gəzə- gəzə təbiətvurğunu olan Ağa Ramazana dünyaya gəlişinin 55 illiyi münasibəti ilə təbriklərimiziçatdırır və onun son şeirlərini oxuculara təqdim edirik. Salam-əleyk, Alp Ağaşeiri sevimli oğluna həsr edilib.
Salam-əleyk,Alp Aga!
Günü11-ci gün,
O gün sankitoy-düyün.
Ürək səndə bir öyün!
Fərəhlənibdön dağa,
Salam-əleyk,Alp Ağa!
Ayı 11-ci ay,
Allahım, əngözəl pay!
Oynayırama bay-bay!
Keflənmişəmay qağa,
Salam-əleyk,Alp Ağa!
İli 11-ciil,
Ötürsən səndə dil-dil.
Qabaqdadır çox şey bil!
"Tıstaba”yox, tısbağa.
Salam-əleyk,Alp Ağa!
Yıgmısan11-ləri,
Görəsən ərənləri.
Görmə məngörənləri.
Çatasangözəl çağa,
Salam-əleyk,Alp Ağa!
Fəsillər
Bugün yazdı,
Keyfim sazdı.
Nəolsun ki,
Budünyada,
Kimə çoxdu,
Kimə azdı.
Dünya özü,
Əzəlgündən,
Natarazdı.
Sonra yaydı,
İsti vaydı.
Qapılar da,
Taybataydı.
Buqapıdan
Keçənlərə,
Tanrı bilir
Hansı saydı.
Bupayızdı,
Sarı qızdı.
Yarpaqlar da
Çox halsızdı.
Gah istidi,
Gah da soyuq,
Qəlbimona,
İnamsızdı.
Sonu qışdı,
Hərgünümüz,
Ehtiyaca
Çağırışdı.
Qarı da az,
Keyfim nasaz.
Keçən ömür
Aldanışdı.
Muğayat ol!
Danışdıqca çox bərbaddan,
Umma ağılsən arvaddan.
Düşsə dəsöz bil urvatdan,
Sözündənmuğayat ol!
Gününağdı, ya qaradı,
Əlac, çarəpul-paradı.
Getdiyinyol bil haradı,
Gözündənmuğayat ol!
Bu əyrilərdüzdədisə,
Sayğacımız yüzdədisə,
Abır-həyaüzdədisə,
Üzündən muğayatol!
Çəkildikcəhər bir nazın,
Qədrinibil çoxun, azın.
Hər gələndəbahar, yazın,
İzindənmuğayat ol!
Yeyilənlərdadda qalır,
Yeyilməyənyadda qalır.
Hərə bircür yadda qalır,
Özündən muğayatol!
Şalvarqara, köynəyi ağ
Budünyanın çoxdu rəngi,
Yarımda var ən qəşəngi
Xoşduqəlbə hər ahəngi,
Gahyaxınsan, gah da uzaq,
Şalvarqara, köynəyi ağ.
Sevməyənkəs,bil kəs deyil,
Bu ilmənə,heç nəhs deyil
Incitməyin,de, bəs deyil,
Çəkdirməgəl, sən bunca dağ,
Şalvarqara, köynəyi ağ.
Gözlərində,varsa gözüm,
Tezol, qayıt, çoxdu sözüm
Elə bilmə, yoxdu dözüm
Dözənürək, partlayacaq?
Şalvar qara, köynəyi ağ.
Fikrindəki, o aldanış,
Salır səni,bir az yalnış
Bunnan artıq, olmaz naxış,
Qoymaqapın bağlanacaq,
Şalvar qara, köynəyi ağ.
Ay qızdanış, mənnən barış,
Edimdua, edim alxış,
Tutarsəni, etsəm qarğış,
Getsəndünyam dağılacaq,
Şalvar qara, köynəyi ağ.
Bilirım ki, saf incisən,
SənAğanın sevincisən
Nədənküskün, sən inciksən?
Bəs mənikim saxlayacaq?
Şalvar qara, köynəyi ağ.
Donyas tutub ağlayacaq,
Şalvar qara, köynəyi ağ.
Silsilə şeirlər
( qardaşım Mirzəliyə )
Tez vurdun başa
Sənin hərbaxışın nur, işıq idi
Indi buzülmətə alışmaq olmur
Axşamkiyuxular, qarışıq idi,
Insana boşəllə çalışmaq olmur
Səninyoxluğunla barışmaq olmur.
Yaxşılıqömrünə yaraşıq idi,
Sən axıhamıdan yaxşıydın, yaxşı!
Məqsədin,məramın barışıq idi,
Tapdınhardan belə acı naxışı?
Tutdu yaman səni iblis qarğışı!
Düzü hamısənə çox aşiq idi,
Yaxşını həyatdakim istəməz ki?
Duruşun,baxışın tamam şux idi,
Tanrı öz bəndəsinheç pisləməz ki...
BilmıdikƏzrayıl tez izləməz ki?
Ucalıq gətirdinqohum-qaradaşa,
Xeyirxahişlərin çıxardı başa
Indi mənbu başı, vurummu daşa?
Gözlərdənaxan yaş döndükcə selə,
Ölümün biranda yayıldı elə.
Əfsuski, ömrünü tezvurdun başa,
Ömrün çoxukimi vəfasız çıxdı
Qorxurambu dərdən ağlımda çaşa,
Etdiyinetibar gümanı yıxdı,
Əzəldən bu dünya,zatı qırıqdı!
Sənin hərbaxışın nur,işıq idi,
Yaxşılıqömrünə yaraşıq idi,
Düzü hamısənə çox aşiq idi,
Ucalıq gətirdinqohum-qardaşa,
Əfsuskiömrünü tez vurdun başa.
-2-
Rəsminəbaxmaq ağır
Səndənbir az aralı,
Dünyayox olur itir
Artıqqəlbim yaralı,
Içində dərdlərbitir
Itib-bitən qardaşım!
Görözünə nə etdin...
Andyerim,məhəng daşım,
Yaman narazı getdin
Bu qəbirin,başdaşın,
Rəsminəbaxmaq ağır
Tökübqaş-qabağını,
Baxırsanfağır-fağır
Heyyanıram istinə,
Odlanıram tüstünə
Gözümdən yaşlar axır,
Bu qapqara büstünə
Itib-bitən qardaşım!
Eydünənim,yaddaşım!
Sonvaxt ölüm sətrinə,
Yaman qarışıb başım
Sənisəbrin apardı,
Dünyamızdan qopardı
Buvaxtsız ölümünlə,
Həyatsənə qutardı
Həmarxaydın,həm öndün
Işlərəçəmdin, yöndün
Sənhamının gözündə,
Artıq tarixə döndün.
Biraz səndən aralı,
Dünya yox olur,itir
Artiq ürək yaralı,
Içində dərdlər bitir
Itib-bitən qardaşım!
Rəsminəbaxmaq ağır
Neynəyimmən bu axşam?
Üstünə yağış yağır.
-3-
Üstünə yağış yağır,
Üstünə yağış yağır,
Xəbərinvar yağışdan?
Eytəmkinli qardaşım,
Yarımadın naxışdan
Üstünə yağış yağır,
Islanır hey başdaşı
Əlimdən heç nə gəlmir,
Yastığımda göz yaşı
Indi orda zəhləni,
Tökən yoxdu, qardaşım!
Daha sənin bəhrəni,
Sökən yoxdu, qardaşım!
Bəlkədə anam indi,
Qəbirdəsaçın yolur
Səndemə bu həyatda,
Olanlar bir anda olur
Bəlkədə səndənqabaq,
Ölməsəydi o yazıq
Öldürərdi özünü,
Təzəqəbir qazardıq
Üstünə yağış yağır,
Üşüsən məni çağır
Bu dünyada yaşamaq,
Ordakındanda ağır
Qalxıb hövlank yerimdən,
Üz-gözümü silirəm
Artıq yoxsan həyatda,
Bu mənanı bilirəm
Itirib vuran qolu,
Üstəlik sağı,solu
Gəlirəm evdən çıxıb,
Yolum məzarlıq yolu
-4-
Yolum məzarlıq yolu
Yolum məzarlıq yolu,
Həryan qəbirlə dolu
Fanarım işıq salır,
Seçirəm sağı-solu
Yolum məzarlıq yolu,
Dərdimin boldan bolu
Görürəm şəklindəki,
O biləyi, o qolu
Necədə sağlam idin,
O əzələ, o güclə
Ölüm nə tez dayandı,
Boğazında ülgüclə
Sən dünyaya gələndən,
Səni talan etdilər
Bütün həqiqətini,
Tamam yalan etdilər
Puç olduqca diləklər,
Yıxdı səni kələklər
Aldı səni əlimdən,
Şeytan xislət mələklər
Mən çoxdandı özümlə,
Olammıram, qardaşım!
Yanında bunnan artıq,
Qalammıram, qardaşım!
Səndən ötrü darıxıb,
Qayıtmağım bilki var
Hamı səndən öyrənsin,
Nədir həyat, düz ilqar.
Yolum məzarlıq yolu,
Hər yan məzarla dolu
Burda MİRZƏLİ yatır,
Ürəyidə dopdolu.
Qəlbinə, xətrinədəyməsəm olmaz!
( Xəzangül xanıma )
Sən məni o qədərincitmisənki,
Mən sənin xətrinədəyəsi oldum.
Yumşaldıb o qədərincəltmisənki,
Bir azda qəddimiəyəsi oldum,
Bu qəddi,qamətiəyməsən olmaz?
Sən mənim xətrimədəyməsən olmaz?
Nə deyim sözlərim xoş gəlsin sənə,
Həmişəyaxşılar tuş gəlsin sənə,
Yediyin,içdiyin nuş gəlsin sənə,
Bu sevdayolunda,cuş gəlsin sənə,
Demirsən sənməni,öyməsən olmaz?
Qəlbimə,xətrimədəyməsən olmaz?
Könlümünqismətə etirazı çox
Məəttəlqalmağın bir mənası yox
Mən sevəngözləri görməmişəm tox
Sevdalıbaxışlar,həm iti,həm ox
Eh,dikibgözünü,döyməsən olmaz?
Qəlbimə,xətrimədəyməsən olmaz?
Dünənin səhvləri,bugünə xəta,
Sən mənəbəxşişsən,Tanridan əta,
Bir əldə gül-çiçək,bir əldə buta,
Gəl eləetmə ki,hər bir şey bata
Bu işibağlayıb,düyməsəm olmaz!
Qəlbinə,xətrinədəyməsəm olmaz!
Sıxmışamköksümə nimdaş dərdimi
(Qara Əhmədliyə)
Yaradanyaradıb bu cürə məni,
Eləbil bir məsum uşaq kimiyəm
Yandırıbyaxıbdı hər cürə məni,
Qırılmış bir tarın qəmli simiyəm
Eləbil bir məsum uşaq kimiyəm
Atdılar,getdilər tez tərk etdilər,
Hələdəanamın gözləri yaşlı
Həmişəhər şeyi gec dərk etdilər
Olsadayollarım çınqıllı,daşlı
Hələdə anamın gözləri yaşlı
Unudub bir azca tənhalığımı,
Sıxmışam könlümə nimdaş dərdimi
Yığıb-yığışdırıb başa ağlımı,
Tapaydım namərdlə,həm də mərdimi
Sıxmışam köksümə nimdaş dərdimi
Öldükcə doğmalar,bir də tanışlar,
Qırılır qəlbimdə ruhunyarpağı
Vaxtgələr sevdiyim məni bağışlar,
Tökdükcə qəbrimə göz yaşı,ağı
Qırılır qəlbimdə ruhun yarpağı
Yaradan yaradıb bu cürə məni,
Eləbil bir məsum uşaq kimiyəm
Yandırıb yaxıbdı hər cürə məni,
Qırılmış bir tarın qəmli simiyəm
Elə bil bir məsum uşaq kimiyəm
Vaxt artıq düşmənimdir
Vaxt artıq düşmənimdir,
Zamansılıq istəyirəm
Bir azcada bu qəlbimdən,
Amansızlıq İstəyirəm
İstəyirəm qəzəbimlə,
Haqsızlığa mane olum
İstəmirəm əvvəlki tək,
Hər bir şeyə qane olum
Ölüb-itən vaxtım üçün,
Hesabatda aparmıram
Yatıb-batan baxtım üçün,
Vay-şivəndə qoparmıram
Vaxt artıq düşmənimdir,
Baxt artıq düşmənimdir
Bircəonu bilirəmki,
İkisidə mənimkidi
İki qorxu bir ölümdü,
Demə ölüm lap zülümdü
O avara, mənsə veyil,
Ölüm artıq düşmən deyil
Bəs nədən,niyə?
Şirini,acını dadmışam bir az,
Başımı dərdimlə qatmışam bir az
Üstəlikyorulub yatmışam bir az
Dünənim sabaha çıxmadı yiyə,
Baş aça bilmədim,bəs nədən,niyə?
Bu gündə mənbuyam,sabahda buyam,
Bir əli odamsa,bir əli suyam
İstərəm keflənib lap tamam uyam,
Nələri görmüşdüm oldu fərziyə,
Baş aça bilmədim,bəs nədən,niyə?
Bu həyat işgəncə,ömür işgəncə,
Oyanıb yuxudan gəlmişəm təngə
Gedirəm beləcə sonuncu zəngə,
Dünyanın özüdə ağlar mərsiyə,
Kişisən baş aç ki,bəs nədən,niyə?
De gəlsənə!
Görünmürsən çoxdandı qız!
De gəlsənə,de gəlsənə
Keçən ömür yoxdandı qız!
De gəlsənə,de gəlsənə
Bu sitəmlər nələr yaxdı,
Olanlarda bizə haxdı
İtib-batdın gör nə vaxtdı,
De gəlsənə, degəlsənə
Əsdiklərim mehin üstə,
Gəzdiklərim şehin üstə
Nə deyirsən,başım üstə,
De gəlsənə,degəlsənə
Gözdən yaşlar axdırımmı?
Gedib fala baxdırımmı?
Qapı-qapı axdarımmı?
De gəlsənə,de gəlsənə
Ağız dolu varsa sözüm,
Bu hicrana yoxsa dözüm
Öldürərəm səni özüm,
De gəlsənə,de gəlsənə
Hər oyuna fənd olmağa,
Şirin,şəkər,qənd olmağa,
Ağayada bənd olmağa,
De gəlsənə,de gəlsənə!