adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Aprel 2019 14:40
41009
LAYİHƏ

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

(əvvəli ötənsaylarımızda)

Məhəbbətdə (hələlikbu ifadəni işlətmirəm), daha doğrusu, onun qovuşdurduğu iki cinsdə mənəvi mədəniyyət,etik davranış yalnız Şərqə, Hindistana və sair ölkələrin abidələrinə məxsus xətdir.Məsələn, hindlilərin məşhur "Kamasutra"sını məhəbbət haqqında elmadlandırırlar. Şərqin dahisi N.Tusi (1201-1274) "Əxlaqi-Nasiri"traktatında erotika anlamasının tam bir sistemini yaratmışdır. Belə ki,"Kamasutra"da insan varlığını şərtləndirən həyat fəaliyyətinin 4prinsipi verilmişdir. Bunların sırasında etiklik məsələsidir. Cinsiyyət sahəsindədavranış nigaha bağlılıqda, kamillikdə, aşiqanə münasibətlərdə özünü göstərir.

N.Tusidə intim(seksual) həyatın enişi və yoxuşu dini inamla əks olunmuşdur, tam əxlaqınsaflaşdırılmasına istiqamətləndirilmişdir. Platornun "Şəhvət və ehtiras nəyaman sırtılıbdır" fikrini N.Tusi insanın nəfsi kontekstində şəhvətiinsanın görəcəyi işilə müvazi götürür. Əgər yaxşı nəsə iş görmək istəyirsə vəona şəhvani (seksual) qüvvə maneçilik törədirsə, mütləq bu hissi (qüvvəni) zəiflədən"qəzəb" qüvvəsini köməyinə çağırsın. Yox, buna baxmayaraq şəhvani(seksual) hiss üstün gəlirsə, sahibi bu qüvvəni yerinə yetirdikdə peşimançılıqçəkirsə, deməli, islah olunmağa ümid bəsləməyə dəyər. Romana qayıdaq, maariflənərik:Cahandar ağa Mələkdən qulluq, nəvaziş görür və məst olur, arvadına baxır:"Mələk aşağı əyildikcə kürəyinin ortasındakı hörükləri sağa-sola qıvrılır,gah ilan kimi belinə dolanır, gah da çiynindən sürüşüb, döşüaşağı sallanırdı. Mələksaçını çiyninin üstündən geri atır, yenə də işinə davam edirdi. Bunlara gözqoyan Cahandar ağa Mələyin hörüyü bir də sürüşüb ləyənə sallananda əliniuzadıb, saçı geri elədi". Bu vəziyyəti hər ikisi müxtəlif baxışdan, zövqdənqiymətləndirir. Cahandar ağa davranış - əxlaqilik baxımından qəbul etmir, Mələkisə bu hərəkətiylə ərinin intim zövqünü oyatmaq istəyir: "Arvad onunbarmaqlarının qəsdənmi, yoxsa təsadüfənmi boynunun dalında gəzdiyini duydu vəgözlərini süzdürüb, altdan-yuxarı kişinin üzünə baxdı. Cahandar ağa nəzəriniarvadının sürüşüb çiyninə düşmüş şalı altında görünən ağ boynundan və qızılsırğalarının yanında qıvrılan telindən çəkmədən, hərəkətinə bəraət verirmişkimi qaşqabaqlı dilləndi:

- Bu nədi,başını niyə örtmürsən?

Ərinin halınıgözəl başa düşən Mələk dodağını dişləyib gülümsündü:

- Burada başqaadam yoxdur, özümüzük".

Və Mələk sakitcəşalını irəli çəkir.


Bir də, Tusiyəgörə, belə bir arzu - şəhvanilik iradənin ixtiyarına keçməlidir, əks halda kişi(və ya qadın) həzzalmanın tam hakimiyyətinə düşüb, ona təslim olar. Beləliklə dəşəhvətin təkcə intim həyatın aparıcı rolu meydana çıxmır, eyni zamanda fəziləti,yaxud fitnə-fəsadı görünür. Cahandar ağa Mələyə fiziki toxunduqda iradəsinəuduzur və arvadının belindən qucaqlayıb özünə çəkir: "Qəribə nəvaziş vənamərbut hərəkətlərlə sinəsinə sıxıb, öpməyə başladı. Belə bir hadisəni gözləməyənMələk əvvəlcə ona heç nə demədi. Ani olaraq "bu kişiyə nə oldu?" -deyə düşündü. Onun iradəsinin əleyhinə getməmək üçün ərinin sinəsinə qısılıbdayandı. Cahandar ağanın onu ağuşundan buraxıncaya qədər gözləməyi qərara aldı.Əslinə baxsan onun bu oxşamadan xoşu gəlir, dağ kimi zəhmli bir kişini yerindənoynamaq qüdrətinə malik olmasına ürəyində sevinirdi…" Mələk görünür,"intim oyuna" ya hazır deyildi, ya da ərinin zabitəsi qarşısındaimtina etməli oldu. Hər ikisi intim nəfsə qalib gəlməklə, əxlaqınsaflaşdırılmasına üstünlük verirlər. Ərəb sufisti İbn-əl Cövzi yazmışdır ki,sufizmin ilkin mərhələsi nəfsi təmizləmə rəzil əxlaqı cəmil (gözəl) əxlaqa cəhdindəidi. Çin filosofu Li-Şan-İn (812-853) isə göstərirdi ki, əgər şüurda şəhvətoyanmışsa, onu pozğunluq iblisləri ələ keçirəcəkdir. Deməli, elə olur ki, çoxzaman insan şəhvətin ən coşğun çağında, hissiyyatın ən yüksək anında elə şövqə,ehtirasa gəlir ki, özünü cilovlamağı bacarmır. Və peşimançılıq da baş verəbilir…

Cahandar ağa, Zərnigar,Şahnigar, hətta İmran, Nərgiz də erotik ovqatlarını tənzimləyirlər, şübhəsiz,burada yaşın da rolu danılmazdır. İ.Şıxlı müdrik olmaqla, erotikliyə də alihiss qədərində yanaşır. İmkan vermir ki, erotik (intim) ovqat mikro-mühitdəseksual yaxınlığın tam hakimiyyətinə düşsün, bütün situasiyalarda özlərini"ələ almağı" bacarırlar. Şamxal Güləsəri qaçırır, hər ikisi cavan vətəcrübəsiz olmalarına baxmayaraq, erotik davranışlarını idarə edirlər. İmranlaNərgiz bir otaqda, axşam qaranlığında ikilikdə hisslərinin oyanmasına imkanyaratmırlar. İmranla Nərgiz müəllimə intimliyin - şəhvətin doğurduğu ilğım,ehtiraslı ləzzətalma - həyat - şəxsiyyətin intellektinə, fəaliyyətinpotensialına tabe olur. Hər ikisi bu ovqatda ağılları və davranışları iləerotikliyə qalib gəlirlər və ruhi tələbat üçün ağrı keçirmirlər, olsa da büruzəvermirlər. İ.Şıxlının qəhrəmanları güclü kişi və həssas qadındılar - tərəfmüqabillərarasındakı yaxınlıq erotik atmosferin özünə "tabu" qoyur. Şübhəsiz,bura da islam dininin əxlaq qanunları, o cümlədən tabusu (qadağanı) qrifi əsasamillərdən biridir.

Şahnigar həyatdanakam qadınlardan biridir və onun ölümü oxucunu pessimizmə aparmır. Ona görəki, mənim aləmimdə o, ölümünə addım-addım yaxınlaşdıqca onda həyat eşqi güclənir,dünyanı bütöv şəkildə görür. İ.Şıxlı bu obrazın timsalında bir qadınınmövcudluğunda həndəsi fantomun acizliyini göstərir, fiziki varlığa çevriləcəyiniyəqinləşdirir. Lakin Şahnigarda fiziki cəhd yoxdur, cəsarət onun qardaş məhəbbətininümidindədir; yoxsa qaçmaq, canını qurtarmaq cəhdində olardı. Ona daxilənümidlidir ki, yaşamağın fiziki-maddi ölçüsü bütövə - tama çevrilməlidir və o,buna layiqdir. İ.Şıxlı onun ölümünü suyun dibində, qatı yerində təsvir etmir,nakam məhəbbətinin işığını söndürmür.

Cahandar ağa onunecə qəzəblə güllələmişdisə, elə dərəcədə də təəssüfləndi və dərin peşimançılıqkeçirdi. Şahnigarın isti cəsədi təmiz havaya, diri ağaclara, nəğməli quşlara səsverir, elə bil bir anlığa gözlərini açacaq, qulaqları eşidəcəkdir. İ.Şıxlıbununla həyatın fərdlərdə, tək-tək insanlarda qurtarmadığını təlqin edir:Quşlar oxuyur, bayaqkı bülbül cikkildəyir, ağacların yarpaqları arasından səhərgünəşi süzülür, sular sakit-sakit axıb gedir.

Allahverdi Eminov