adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2019 18:18
43270
LAYİHƏ

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

(əvvəli ötənsayımızda)

Məhəbbətanlayışına İ.Şıxlı nəsrində kompleks yanaşılmışdır: qısqanclıq, cinsi iqtidar,ünsiyyət mədəniyyəti, savad, intizam, etika və sair atributlar. Mən göstərmişəm:İ.Şıxlı dünya psixoloqlarından xəbərdar idi, kişi-qadın münasibətlərində həttafilosofların fikirlərilə tanış olmuşdu. Ona görə də yazıçı "məhəbbət"anlayışına mütləq yanaşmamışdır, ötüb keçən, iz buraxan, yaddaşdan pozulmayan vəəsasən nəyi diqtə edən anlam mənasında. Məşhur psixoanalitik S.Frommun fikrincə,məhəbbət xarakterik strukturu, münasibətlərin indikatoru, müxtəlif bilik,intizam və mənəvi keyfiyyətlərin kompleksidir; məhəbbət insanın subyektivyönümlülüyünü təsdiqləyən, cəmiyyət tərəfindən qəbul edilən ali əxlaq kodeksi,özünüidarə-davranış qaydalarıdır. Məhəbbətdə həyatı yaradan, geneloji hərəkətəgətirən bir qüvvə, təkan, epos mövcuddur. Qarşılıqlı ünsiyyətdə, təmasda insannəslinin davamı kimi kosmoloji dəyər sabitləşir. İnsan ömrü - həyatı nəsillərinbioloji, sosial və əxlaqi təcrübəsini özündə ehtiva edir, genefondunqorunmasını şərtləndirir. Deməli, insan əbədiliyinin morfoloji əsasını müxtəlifcinslərin fiziki təmasıdır.

"DəliKür"də xüsusilə yazıçı "epos" məsələsini qoymaqla erotik hissison dərəcə etik normalar daxilində iki nəslin timsalında verməklə sübut edirki, erotika ən ali müdriklikdir. Bu məsələyə əsərdə aydınlıq gətirmək istəyirdim,ancaq elmi cəhətdən buna hazır deyildim. Əgər roman poetikasından danışıramsa,insana məxsus ali hisslər mövcuddur ki, bunlardan yan keçməyin zamanı ötmüşdür.

Yazıçıictimai-sosial problemlərin bədii həllində ayrı cinslərin - cütlərinpsixoloji-fizioloji çalarlarını təsvir etmişdir. Bunun üçün mən: "Erotika- ali müdriklikdir tezisi" üzərində imkanım həcmində bəhs edəcəyəm. Və təsadüfideyil ki, İ.Şıxlı romanda hadisələrin gələcək konfliktini Cahandar ağanın Mələyiqaçırması ilə davam etdirir. İlk təşəbbüsdə heç bir ictimai, yaxud şəxsi ədavəthissi yoxdur.

Çayın qırağındaikinci dəfə gördüyü Mələyin - qadının çılpaq baldırı, mütənasib bədəni,yaraşıqlı sifəti, sinəsinə səpələnmiş saçları - erotik mühit kişini onuqaçırmaq məcburiyyətinə gətirir.

Elə Mələyin dəat belində ondan su istəyən əsil azəri-türk kişisinə məxsus sağlam bədəni, həbəşidodaqları, zəhmli baxışları onun ürəyincə olur. Mən bir qədər irəli gedirəm, mənbələrəritorik yanaşıram. Yunan filosofu Antisfenin ikibaşlı fikri var:

"Mən dəli olaram, amma bu dünyadan heç bir ləzzətalmaram". Bu sözlərdə nə nəzərdə tutulmuşdur? Yaşadığı Dünyanın ləzzətinigörəndən, kamını alandan sonramı bu qədər sakit nəfəs almışdı? Mən deyərdim ki,əgər insan dünyanın ləzzətini fəzilətiylə, saf əxlaqı və qabiliyyətilə alırsa -nə üçün dəli olmalıdır?! Z.Freyd isə insan varlığının mahiyyətində, bütün fəaliyyətindəintim (seksual) marağın aparıcı olduğunu göstərəndə, bu sualı xatırlamaqda səhvetməmiş ki?!

Z.Freydəqədər Antisfenin həmvətəni Aristipp fərqli düşünmüşdü, demişdi ki, insan nəolursa-olsun, qanını qaraltmamağa özünü alışdırmalıdır.

Bununüçün o, hər şeydən həzz almağı bacarmalıdır: müdrik o şəxsdir ki, hər şeyi həzzmənbəyinə çevirməyə qüdrəti çatsın. Aristipp gizlətməmişdi: - Mənim ruhum onagörə azaddır ki, mən ləzzətin qulu deyiləm, ləzzət mənim qulumdur, yəni ləzzətalmağı haçan, hansı məqamlarda dayandırmaq özümdən asılıdır.

Gizlətməyəehtiyac da qalmır ki, Cahandar ağa, Molla Sadıq, Allahyar, Şamxal - əkscinslərZərnigar xanım, Şahnigar, Mələk, Güləsər - onların içərisində intim meyl, hansıki, erotik mühitin ən parlaq və zərif, şəfaverici qüvvəsidir. Onlar da hələliko məqsəd daşıyıcısıdır - məhəbbətdən, kortəbii sevgidən doğan seksual maraqsosial-mənəvi mövqelərini cəmiyyət üçün (ailə üçün) qoruyur, onların davranış fəaliyyətlərinistimullaşdırır. İnsan mövcudluğuna ayrılmazın, bütövün harmoniyası kimiyanaşırıq, deməli, həzzin atributları kənarda qala bilməz. Bəşər mövcudluğundanbu hissə diqqət kəsilmiş, insanı yaşamaq möcüzəsinin hərəkətverici qüvvəsi kimiqiymətləndirilmişdir. Z.Freyd insan fəaliyyətində təhtəlşüurun "ilkinmarağını" (təəşşüqu, həvəsi) vurğulayarkən, orada seksuallığı vəözünümühafizəni ayrıca fərqləndirmişdir. Və bu təəşşüqun, arzunun əsasını intim(seksual) meyl təşkil etdiyini göstərmişdir. Bu isə hər iki cinsin bütünfizioloji, psixoloji, sosial davranışının ilkin mayasıdır və insan dünyaya gələndəgözünü ətraf aləmə seksual tələblə açır. Qadın və kişi bu sonuncunu bir tələbatkimi tələb edir. Mələk nə qədər təmkinli (bəlkə də Cahandar ağanın zəhmindən özehtirasını büruzə vermir) olsa belə, Cahandar ağanın ayrılığından xiffətlənir.Bir həftəlik həsrət sona çatır: "Bu bir neçə gündə sir-sifəti durulan təzəarvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən qadın azcaqızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşənşalını yavaşca gözünün üstünə çəkdi.

KişiMələyin həm utandığını, həm də gözəlliyini duyan qadın kimi qəmzələndiyini hissetdi. Hətta onun ürək çırpıntılarının qoftasını titrətdiyini də gördü. Büruzəverməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürrələndi. Mələkərini altdan-yuxarı ürkək baxışlarla süzdü:

-Əyə, nə yaman ləngidin?

- Mənsizdarıxıbsan?"

Bu sonuncu eyhamCahandar ağanın davranışını şərtləndirən seksual işarə - rəmz aparıcı vasitəola bilər. Bu baxımdan Z.Freydin tapdığı rəmzlər şəhvaniliklə sıx əlaqəlidir vəburada təəccüblü bir şey yoxdur: seksual meyl təbiətin insana bəxş etdiyi ən əsashəvəsdir. Lakin onu dar mənada yox, geniş mənada, cinslərarası münasibətlərdəbaşa düşməliyik; bu, həqiqətdə insan hisslərinin və ünsiyyətlərin mürəkkəb sahəsinəistinad edir. Mələk intim tələbatın yetişdiyini duyanda kişinin mübhəm eyhamınasevinir, zərif qadın həssaslığından məhrum olmadığını ifadə edir; sadəcə:"Sənsiz lap qəribsəyirdim, yadıma düşəndə burnumun ucu göynəyirdi"demək istəyirdi. Çoxdan bəri qəlbində yatan bir hissin alovlandığını duyancavan qadınlara xas olan şivə ilə ərini oxşamaq istədiyini dərk etdi..."

(ardı növbətisayımızda)

Allahverdi Eminov