adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Fevral 2020 15:38
46462
ƏDƏBİYYAT

Şagird müəllimindən yazdı

Onunla ilk tanışlığım 33 il əvvəl olub.1986-cı ildə Azərbaycan DövlətUniversitetinin (hazırda Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirdikdənsonra təhsil aldığım Lənkəran rayonu Həzi Aslanov adına 3 saylı orta məktəbə təyinatalaraq, tarix fənnindən dərs deməyə başladı. Xoşbəxtlikdən belə bir müəlliminşagirdi olmaq mənə də nəsib olub. Sonralar eşitdim ki, o, pedaqoji fəaliyyətiniLənkəran Dövlət Universitetində davam etdirib. Və bu gün onun elm sahəsində əldəetdiyi uğurlarına sevinməmək mümük deyil. Haqqında söhbət açdığım insan dosent,tarix üzrə fəlsəfə doktoru, professor, AMEA A.A. Bakıxanov adına Tarixİnstitunun "Azərbaycan xalqına qarşı soyqrımları tarixi” şöbəsinin aparıcı elmiişçisi Abışov Vaqif Şirinoğludur.

Vaqif Abışovun tərcümeyi halına qısa bir nəzərsalaq:

Vaqif Şirin oğlu Abışov1955-ci il fevralın 27-də Azərbaycan Respublikasının İmişli şəhərində anadanolmuşdur. 1962-1972-ci illərdə İmişli şəhər N.Nərimanov adına 1 saylı orta məktəbdətəhsil almışdır.

1973-1975-ci illərdə Ordu sıralarında hərbi xidmətdəolmuşdur.

1975-1980-ciillərdə Bakı şəhərində indiki H.Z.Tağıyev adına Toxuculuq fabrikində usta köməkçisivəzifəsində işləmişdir.

1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin(hazırda Bakı Dövlət Universiteti adlanır) Tarix fakültəsində təhsilini başavurduqdan sonra, 1986-1999-cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbdə,eyni zamanda 1992-1999-cu illərdə Lənkəran Dövlət Universitetində (0,5 ştat cədvəli)pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Ailəlidir, üç övladı var.

1995-ci ildə "1917-1918-ci illərdə erməni millətçilərininAzərbaycan xalqına qarşı soyqırımı” adlı tarix üzrə fəlsəfə doktorudissertasiya mövzusu üzərində işləməyə başlayıb və 2007-ci ildə həmin mövzunumüdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2000-2003-cü illərdə AMEA-nın Milli Münasibətlərİnstitutunda elmi işçi, 2003-cü ildən AMEA A.A. Bakıxanov adına Tarixİnstitutunda elmi işçi, daha sonra isə böyük elmi işçi, 2014-cü ildən isəaparıcı elmi işçi vəzifəsində işləyir. Dosent, tarix üzrə fəlsəfə doktoru,professordur.

15 kitab və 36 elmi məqalənin müəllifidir.

Bu yaxınlarda Facebook sosial şəbəkəsindəadını görüb, iş fəaliyyəti ilə bağlı maraqlanaraq görüşüb söhbət etmək qərarınagəldim. AMEA nın Tarix İnstituna gedərək özümü təqdim etdim. Uzun illər keçmişolsa da şagirdini tanıdı. Müəllifi olduğu kitablardan üçünü – "Bakıda 1918-ciil mart Soyqırımı”, "Quba Qəzasında Azərbaycan xalqına qarşı soyqırım”, "AzərbaycanSovet Sosialist Respublikası qurulmasının tarixşünaslığı”nı – mənə hədiyyəetdi. Bu kitabların bir xəzinə olaraq şəxsi kitabxanamda xüsusi yeri var.

Vaqif müəllim yaşa dolmuş olsa da nurlu simasıvə qəribə də olsa kədərli baxışları elə əvvəlki kimi yerində idi. Bu gün buqabaqcıl elm ocağından sorağı gəldiyinə çox sevindiyimi dedim. Vaqif müəllimçox böyük əziyyətlərə qatlaşmış, şagirdlərinə elmlə yanaşı həyat dərsi keçən,onları vətənpərvərlik ruhunda tərbiyə edən, müdrik, ziyalı, intellektual səviyyəli,saf, təmmənnasız bir insandır. Yaxşı insanlar həmişə yaddaşlarda iz qoyur. Mənimdərs aldığım müəllimlər çox olub. Amma Vaqif müəllim hər bir şagirdə fərdiyanaşması ilə seçilib, yadda qalıb.

Onunla söhbət çox maraqlı alındı. Söhbətzamanı məlum oldu ki, Vaqif Abışov elmlə yanaşı siyasətlə də məşğul olur. Beləki, hal-hazırda bir siyasi partiyanın Ali Məclisinin sədri vəzifəsində çalışır. Vaqifmüəllim bu haqda onu qeyd etdi ki, partiyadakı fəaliyyəti elmi tədqiqat işlərinəheç də mane olmur. Bir tarixçi kimi dövrün siyasi hadisələrinin gedişatını izləməsi,bu hadisələrə münasibəti və çıxışları xalqa, vətənə olan məhəbbətinə stimulverir.



Vaqif müəllimlə bağlı xatirələr o qədər çoxdurki, bəlkə də bir kitaba sığmaz. Qəribə, başqa müəllimlərdən fərqli dərs izahıvar idi. Məsələn, o, dərs zamanı bizdən kağız-qələm götürüb onun izahlarını tələsikyazmağı tələb edirdi. ‘‘Bu, sizin yaddaşınızı gücləndirəcək’’ – deyirdi. Bizə qəzetoxumağı, mütaliə ilə məşğul olmağı tövsiyyə edirdi. Vaxtımızı ancaq evtapşırıqlarını yerinə yetirməyə sərf etdiyimizi, qəzet oxumağa vaxt çatmadığınıdeyəndə - "yemək necə, yemək yeməyə vaxtınız varmı?” – deyə soruşurdu. Deyirdik ‘‘əlbəttə, müəllim, yemək yeməsəkgücümüz olmaz axı’’. ‘‘O zaman yemək yeyərkən qəzet oxuyun’’, söyləyərdi...Onun dediklərini yerinə yetirirdik. Bizə adi görünən məsləhətlər illər sonra bəhrəsiniverdi. İndi mən müsahibimlə həmsöhbət olduğum an dinlədiklərimi beynimə,beynimdən də vərəqə köçürürəm. Əgər tarix dərsində müəllimimin dərs izahını tələsikvərəqə yazmasaydım, indi belə təcrübəli ola bilərdimmi? Yazı masasınınarxasında məşğul olarkən televizorda xəbərləri dinləyir, eyni zamanda mövzu iləbağlı fikirlərimi yazıram. Bu an yemək yeyərkən qəzet oxuduğum günlər yadımadüşür və kövrəlirəm.

Həmin illər Vaqif müəllimin maddi vəziyyətiçox da yaxşı olmadığı halda, az təminatlı ailələrin övladlarından dərssaatından əlavə olaraq ali məktəbin tarix fənni üzrə xüsusi hazırlıq dərslərinəgörə alacağı məvacibdən imtina edirdi. Böyük ürək sahibi olan bu insan özhumanizmliyi ilə şagirdlərin sevgisini qazanmışdı. Çox az-az hallarda üzü gülərdi.Həmişə ciddi görkəmdə olurdu. Zəhmli müəllim idi. Ancaq biz onu olduğu kimisevirdik. Davranışı, xoş ünsiyyəti, gənc olsa da müdrikliyi ilə bütün müəllimkollektivinin hörmətini qazanmışdı.

Vaqif müəllim öz vətənpərvərliyi ilə xüsusiolaraq seçilirdi. 1988-ci ildə Azərbaycanda baş verən hadisələrə biganə qalabilmədi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və Sovet hökumətinin başverən hadisələrə qarşı laqeydliyi xalqın qəzəbinə səbəb olmuşdu və baş verənlərəetiraz olaraq Lənkəran İcra Hakimiyəti binasının qarşısındakı meydanda mitinqlərkeçirilirdi. Biz şagirdlər də mitinqlərə gedir, çıxışları izləyirdik. Vaqif müəllimintribunadan odlu-atəşli çıxışları meydana yığışanlar tərəfindən alqışlanır, bizə- şagirdlərinə isə xüsusi qürür hissi yaşadırdı. Amma bu mitinqlər hökumət qüvvələritərəfindən yaxşı qarşılanmır, Azərbaycan Kommunist Partiyasının rəhbərliyimitinqdə iştirak edənlərə və əsasən də mitinq təşkilatçılarına təzyiq göstərir,onları işdən çıxaracaqları xəbəri ilə qorxudur, eksterimist adlandırır, hər cəhdləmitinqlərin keçirilməsinə mane olurdu. 1988-ci ilin son aylarında Vaqif müəllimmüvəqqəti olaraq məktəbdən ayrıldı. Məktəbdə şaiyələr yayıldı ki, onu rus hərbiçiləriaxtarır. Bu xəbər bütün müəllim və şagirdləri məəyyus etdi. Ancaq biz - şagirdlərdaha da qəzəblənmişdik və məktəb müdriyyətindən müəllimimizin tez bir zamanda məktəbəqayıtmasını tələb edirdik. Bunun mümükünsüz olduğunu gördükdə, dərsdən sonramitinqlərə gedərək gur səslə şüarlar söyləyir, təsəlli tapırdıq. Biz özümüzüVaqif müəllimin davamçısı kimi görürdük.



Sabitlik yaranandan sonra Vaqif müəllimin məktəbədönüşü yadımdadır. Həmin gün elə bil məktəbdə toy-bayram keçirilirdi. Vaqif müəllimşagirdlərinin və müəllim kollektivinin əhatəsində alqışlarla qarşılandı.

Dərs zamanı bizə bu müddət ərzində bir neçəköməkçi ilə Lənkəran əhalisi adından toplanan pul və ərzaqın Şuşada olanqaçqınlara çatdırdığını söylədi. Bizim kədərli baxışlarımız altında özünüsındırmır, verilən sualları qürurla cavablandırırdı: "Biz bu gün rus imperiyasnın əsarəti altındayaşayırıq. Amma bir gün gələcək, dövlətimiz müstəqil olacaq. Həmin gün çox dauzaqda deyil. Səbr edin uşaqlar. Məhəmməd Əmin Rəsulzadənin böyük əməyi sayəsindəucalan bayraq yenidən dalğalanacaq. Bu günləri isə heç vaxt unutmayın.Tariximizi sevin, oxuyun. Bu gün SSRİ tarixi adı altında oxuduğunuz tarix dərsliyiheç də 15 respublikanın tarixindən bəhs etmir. Bu tarix sırf Rusiya tarixidir.Amma vaxt gələcək biz öz tariximizi təhrif olunmuş yox, olduğu kimi oxuyub öyrənəcəyik”

Bəli, o hadisələrdən illər ötüb. İndi biz müstəqilbir dövlətin vətəndaşlarıyıq. Biz bununla fəxr edirik. Nə yaxşı ki, Vaqif müəllimkimi vətənpərvər oğullar var. O keçmiş ürəkağrıdıcı hadisələrdən qəlbimizdə bir"Qarabağ” nisgili qalıb. Yaralı yerimizdir və bu yara ancaq Azərbaycan bayrağıQarabağda dalğalananda sağalacaq. İndi biz Vaqif müəllimdən qürurla bu sözlərieşitmək istəyirik: "Darıxmayın, uşaqlar... Biz sizinlə o torpaqları mütləqqarış-qarış gəzəcəyik...”

Bu gün – 27 fevral – Vaqif Şirin oğlu Abışovun 65 yaşıtamam olur. Bu yubiley münasibəti ilə onu mən- 1991-ci il Lənkəran şəhər 3saylı orta məktəbin məzunu Gülər Eldarqızı və eləcə də sinfimizin bütün məzunlarıtəbrik edir, can sağlığı, uzun ömür, elmi-siyasi fəaliyyətində uğurlar diləyirik!

Dünyaya gözaçdığınız gün mübarək olsun, Vaqif müəllim!