Şabranda ana və oğlunu güllələyərək öldürən şəxs saxlanılıb
Ötən gün Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb.
APA-nın məlumatına görə, qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə zamanı N.İslamov həmkəndliləri 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.
Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06