adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Avqust 2020 15:24
60738
ƏDƏBİYYAT

Səyyad Aranın Serbiyada kitabı çap olunub

Tanınmış yazıçı Səyyad AranınBelqradda serb dilində "Zaloq” (Girov) adlı hekayələr kitabı çapdan çıxmışdır.Kitaba müəllifin 9 hekayəsi daxil edilmişdir. Hekayələri serb dilinə BoyanaStankoviç tərcümə etmişdir.

Kitabı "Yovan” nəşriyyatında AzərbaycanınSerbiyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi (təsisçi ZərifəƏlizadə) nəşr etdirmişdir. Kitabın redaktoru Vesna Yevromoviçdir. Kitabındizaynını Zoran Stankoviç vermişdir.

Azərbaycanın Serbiyadakı səfiriEldar Həsənov müəllifə göndərdiyi məktubunda yazır: "...Məmnunluq hissi iləqeyd edirəm ki, hekayələriniz serb ziyalıları və oxucuları tərəfindən böyükmaraqla qarşılanmışdır”.

Sözügedən kitab SerbiyaYazıçılar Birliyi, Elmlər Akademiyası, nüfuzlu təhsil ocaqları, dövlətkitabxanaları və Serbiyada Azərbaycanın dostlarına göndərilmişdir.