“Şeytan kilsəsi”nin sirri çözüldü - Araşdırma
Finlandiyanın şərqində yerləşən “Şeytan kilsəsi” qədim zamanlarda ritual məkan kimi istifadə olunub.
Adalet.az xəbər verir ki, tədqiqatçılar kilsənin niyə bu məqsədlə istifadə edildiyini araşdırıblar.
Finlandiyanın şərqindəki Koli Milli Parkında yerləşən Pirunkirkko və ya adətən Şeytan kilsəsi adlandırılan qədim abidə haqqında Helsinki Universitetindən arxeoloq Riitta Rainio və Şərqi Finlandiya Universitetindən mədəniyyət tədqiqatları üzrə tədqiqatçı Elina Hytönen-Ng tərəfindən yeni bir araşdırma aparılıb. Araşdırmada kilsədə keçmişdə şaman inanclarından niyə istifadə edildiyi araşdırılıb.
Şeytan kilsəsində uzunluğu 34 metr olan dəhlizə bənzər mağara var. Rəvayətə görə şaman inancına malik insanlar mağaraya keçmişdə ruhlar aləmi ilə əlaqələrin qurulduğu bölgə kimi baxıblar. Tədqiqatçılar Rainio və Hytönen-Ng mağaranın akustikasına diqqət yetirərək, onun mistik əhəmiyyətini araşdırdıblar.
Şeytan kilsəsinin dəhlizə bənzər arxa hissəsində aparılan akustik ölçmələr zamanı mağaranın müəyyən tezlikdə səsi gücləndirən və uzadan akustik rezonansa malik olduğunu ortaya qoydu. Bu rezonansa görə, kilsənin keçmişdə şəfa mərasimləri və nağara çalmaq üçün istifadə edildiyi düşünülür.
Məlum olub ki, bölgədə Kinolainen adlı şəxs mağaradan xəstələrini sağaltmaq və şeytanla ünsiyyət qurmaq üçün ayinlər yerinə yetirmək üçün istifadə edib. Rainio deyir ki, bu rituallar tez-tez yüksək səslə qışqırmaq və güllələməkdən ibarətdir.
Mağaranın hamar divarlı hissələri xüsusi bir ton yaradır. Bu ton səsləri daha güclü və uzun edir. Rituallar zamanı yaranan səslər mağaranın rezonansı sayəsində güclənir və mistik ab-hava alır. Bu səbəbdən insanların təsirləndiyi düşünülür.
Vasif Əlihüseyn
Digər Xəbərlər
29 Sentyabr 2026 09:36
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
28 Sentyabr 2026 09:44
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
28 Sentyabr 2026 09:06
Qorxulu yuxuların səbəbi
27 Sentyabr 2026 12:30
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

