adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Yanvar 2020 13:55
35028
SİYASƏT

Səyavuş Məmmədov seçicilərlə görüşüb - FOTOLAR

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığanamizəd Səyavuş Vaqif oğlu Məmmədovtəbliğat-təşviqat kampaniyası çərçivəsində Göygöl rayon seçiciləi ilə görüşə start vermişdir.İlk görüşünü ata yurdu olan Yeni Zod kəndindən başlayan deputatlığa namizəd ilköncə şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanını ziyarət etmiş onların məzarı üzərinətər çiçəklər düzmüşdür. Bundan sonra S.MəmmədovAzərbaycanın Milli Qəhrəmanı Etibar Hacıyevin anasını ziyarət etmişdir.

Deputatlığa namizədin doğma yurdunda, kəndindəgörüşü möhtəşəm və izdihamlı keçmişdir. Görüş zamanı deputatlığa namizədson vaxtlar ölkədə aparılan sosial-iqtisadiislahatlar,regionların sosial-iqtisadi inkişafına yönəli Dövlət proqramları, azərbaycan dövlətinin qazandığı uğurlar barədə kəndsakinlərinə geniş məlumat vermişdir.


Öz növbəsində kənd seçiciləriSəyavuş Məmmədovun elinə-obasına göstərdiyi diqqət və qayğını dilə gətirib onun tərəfindən hər zaman sevgi gördüklərinixüsusi qeyd etmişlər. Seçiciləri həmçinin Səyavuş Məmmədovun kənddə yaranan problemlərinin həllinə çalışdığını, aradan qaldırılmasına səy göstərdiyini, gedənabadlıq və quruculuq işlərində yaxından iştirak ediyini qeyd etmişlər. Onlar əminliklə bildiriblər ki, ölkərəhbərliyinin apardığı kadr islahatları və keçirilən şəffav seçkilər fonunda SəyavuşMəmmədovun Milli Məclisə seçkilərdə qələbəsinəinanırlar və onu dəstəkləyirlər.


Deputatlığa namizədin keçirdiyi növbəti görüşü isə Göygölrayonunun Göyçə kəndində olub. Burada da seçiciləri onu sevgi və məhəbbətləqarşılayıblar. Seçicilərinin problemləri ilə tanışan olan S.Məmmədov öz şəxsinüfuzundan istifadə edərək müvafiq strukturlara müraciət edəcəyini bildirib.Sakinlər namizədə təşəkkürünü bildirərək onu alqışlarla yola salıblar.


Qeyd edəkki, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən öz namizədliyini irəlisürən Səyavuş Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit”üzrə bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilikAkademiyasının "Dövlət və bələdiyyə idarəetməsi” üzrə magistr təhsili alıb. QərbiAzərbaycanda anadan olan Səyavuş Məmmədov dövlət və özəl sektorunda zəngin təcrübəyəmalikdir. Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədəçalışır.