adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Sentyabr 2020 12:03
72988
GÜNDƏM

Səxavət Məmməd: Maarifləndirin ki, panika yaranmasın

Səfərbərlik xidməti açıqlama verir ki, təşvişə əsas yoxdur. Buralarda olun, elə bunu deyən kimi təşviş aradan qalxır axı.
Səfərbərlik xidmətini boş verin, görün mən nə deyirəm. Qanunla dövlət tərəfindən təlimə çağrılan şəxslərin işi və maaşı saxlanılmalıdır. Bunun üçün arayışlar verilməlidir və insanların gözü arxalarında qalmasın. Sonradan xəstəlik qazanan şəxslər, siz də rahat olun, yoxlamadan sonra geri göndəriləcəksiniz. Bunu da qanun deyir.

Qayıdım yuxarıda boş verin dediyim Səfərbərlik xidmətinə, bu işlər əsgər saxlamaq, yararsız çıxarmaq deyil, ciddi məsələlərdir. Zəhmət çəkin, əhalini maarifləndirin ki, təşvişdi, panikadı yaranmasın.