adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Mart 2017 15:45
11752
ƏDƏBİYYAT

Sevinc Elsevərin imza günü olacaq

Tanınmış yazar Sevinc Elsevərin uşaqlar üçün yazdığı "Donu qırmızı” romanı işıq üzü görüb.

"Xan” nəşriyyatında işıq üzü görən kitabda müəllifin "Nuhun gəmisində kosmosa səyahət”, "Donu qırmızı” romanlarıyla yanaşı, "Lokomotiv və vaqonları” adlı pyesi də çap olunub. Kitabın üz qabığında və içində yer alan rəsmlərin müəllifi gənc rəssam Gülbəs Ayvazdır.

Kitabın təqdimat mərasimi aprelin 2-si-Beynəlxalq Uşaq Kitabı Günündə Kitabevim.az-da (Nəsimi r., Puşkin k., 32, AK center II mərtəbə (28 may M) baş tutacaq. Təqdimat mərasimi saat 15:00-da başlayacaq, 18:00-a qədər davam edəcək.