Sevgilisinin qapısını döyən qonşunu bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Yusif Səfərov küçəsində yerləşən binalardan birinin blokunda 1988-ci il təvəllüdlü Bayramov Səbuhi Rafiq oğlu bıçaqlanıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
İlkin araşdırmalardan sonra məlum olub ki, 28 yaşlı Səbuhini qonşuluqda yaşayan qadının qeyri-rəsmi nikahda yaşadığı 1987-ci il təvəllüdlü Muradov Zamiq Məharət oğlu bıçaqlayıb. Belə ki, dünən gecə saatlarında Z.Muradov sevgilisinin evində olarkən Səbuhi Bayramov onların evinin qapısını döyüb. Qapını açan Zamiq Səbuhi ilə mübahisə edib və onu hədələyib. Z.Muradov qonşudan qeyri-rəsmi nikahda yaşadığı qadının qızlarından uzaq durmasını tələb edib. Daha sonra mübahisə qanlı münaqişəyə çevrilib.
Hadisəni törədən Z.Muradov qaçıb.
Bildirilir ki, o, daha əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb.

Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48