adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Noyabr 2017 16:36
15755
DÜNYA

Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, şahzadə Məhəmməd ben Salman Əl Saud İranın ali dini lideri Əli Xamneyini "Yaxın Şərqin yeni Hitleri” adlandırıb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə ABŞ mətbuatına müsahibəsində deyib.

Şahzadə İranın Yaxın Şərqdə nüfuzunun yayılmasına qarşı tədbirlər görülməli olduğunu bildirib:


"Avropanın nümunəsində görürük ki, xoş niyyətlə yanaşmaq alınmır. İstəmirik ki, İranın yeni Hitleri Yaxın Şərqdə Avropada olanları təkrarlasın”.

İran və Səudiyyə Ərəbistanı arasında gərgin münasibətlər zaman-zaman kəskin açıqlamalara səbəb olur.(modern.az)