adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Mart 2017 12:39
5427
MƏMLƏKƏT

SƏRNİŞİNDAŞIMA QAYDALARINI POZAN MİKROAVTOBUS SÜRÜCÜLƏRİ SAXLANILDI

Bakı-Sumqayıt avtomobilyolunda «Ford» markalı mikroavtobusun yükmaşını ilə toqquşması nəticəsində 6 tələbə dünyasını dəyişdi, 18 nəfər də müxtəlifdərəcəli bədən xəsarətləri aldı. Hələ onların bir neçəsi ağır vəziyyətdədir və xəstəxanaşəraitində müalicə alırlar. Qəzanın da yaranmasınaəsas səbəb mikroavtobus sürücüsünün körpünün üstündə ötmə əməliyyatını pozması vəeyni zamanda sürət həddini aşaraq qarşıya çıxan maneədən qurtara bilməməsi olub.Təbii ki, mikroavtobus sürücüsü yol hərəkəti qaydasına əməl etsəydi və normadanartıq sərnişin aparmasaydı, bu faciə də baş verməzdi.

Ümumiyyətlə, Bakı-Sumqayıtavtomobil yolundakı ağır faciə bir «SOS» siqnalı yaradıb. Aydındır ki, respublikanınavtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin edən yol polisi bütün dövrlərdəsərnişindaşıma qaydalarının pozulmasının qarşısının alınması üçün çox ciddi tədbirlərhəyata keçirib. Ümumiyyətlə, tək yol polisi deyil, həm Nəqliyyat Agentliyi, həmdə digər qurumlar sərnişindaşıma ilə bağlı birgə fəaliyyət göstərməlidilər. Əgərbu birgə fəaliyyət baş tutarsa, onda avtomobil yollarında da bu cür qaydaların qarşısını qabaqcadan almaq mümkündür.

Yol Patrul XidmətiAlayının bütün tağımlarında ötən şənbə-bazar günləri normadan artıq sərnişin daşınmasınaqarşı reydlər keçirilib. Demək olar ki, bu reydlər zamanı çoxlu sayda sərnişindaşımaqaydalarını pozan mikroavtobus sürücüləri aşkarlanıb. Məsələnin bir tərəfi də onunlabağlıdır ki, mikroavtobuslar qaydaları pozduğuna görə, stasionar postlarda saxlanılarkənsərnişinlər buna etiraz edir və deyirlər ki, bizim vaxtımızı alırsınız. Amma onlarbir məsələni başa düşmək istəmirlər ki, bu cür qabaqlayıcı tədbirlərin həyata keçirilməsionların təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.

Şənbə-bazar günləriBakı-Qazax avtomobil yolunun Yol Patrul Xidməti Alayının 6-cı tağımının xidmət apardığırespublika əhəmiyyətli avtomobil yolunda da reydlər təşkil edilib. Bu reydlər zamanıbirmənalı olaraq yol hərəkəti qaydasını pozan və eyni zamanda sərnişindaşıma qaydalarınaəməl etməyən neçə-neçə mikroavtobus sürücüsü saxlanılıb. Saxlanılan mikroavtobussürücülərindən biri yol polisi əməkdaşı, polis serjantı Əşrəf Orucovla hətta mübahisəetməkdən belə çəkinmirdi. Sürücü əl-qol atır və əlavə oturacaq quraşdırmadığınıbildirirdi. Ancaq reyd iştirakçılarının iştirakı ilə sübut edildi ki, mikroavtobusunsürücüsü 4 əlavə yer quraşdırıb, üstəlik də onun marşruta çıxması barədə həkim arayışıyoxdur. Sirr deyil ki, bir çox sürücülər xəstə vəziyyətdə, hətta ürəkləri ağrıyarkənsükan arxasında əyləşirlər. Baş vermiş belə hadisələr təsdiq edir ki, sərnişindaşıyanbəzi sürücülər elə ürəktutmasından sükan arxasında dünyasını dəyişiblər. Təbii ki,mübahisə edən sürücü barəsində yol polisi əməkdaşı, polis baş serjantı Əşrəf Orucovinzibati protokol tərtib etdi.

Polis baş serjantıAbbas Abdullayev isə sərxoş vəziyyətdə avtomobili idarə edən bir sürücünü saxlamışdı.Sürücü də deyirdi ki, dünən axşam araq içmişəm. Həkim müayinəsindən keçən bu sürücüyüngül dərəcəli sərxoş olduğu aşkarlandı. Həkim rəiyndən sonra sürücü barəsindəinzibati protokol tərtib edilərək nəqliyyat vasitəsi onun əlindən alınaraq müvəqqətiduracağa qoyuldu.

Yol Patrul XidmətiAlayının 6-cı tağımının iki gün ərzində keçirdiyi reyd zamanı 3 sərxoş sürücü aşkarlandı,15 sərnişindaşıma qaydasını pozan mikroavtobus sürücüsü əlavə oturacaq quraşdırdığınagörə cərimə olundu. Bununla yanaşı, 20-yə yaxın həkim sənədi olmadan mikroavtobusuidarə edən və eləcə də 20-yə yaxın mikroavtobusu idarə edərkən etibarnaməsi olmayansürücü saxlanıldı. Aydındır ki, onların saxlanılması bayaq dediyimiz kimi, birmənalıolaraq hərəkətin təhlükəsizliyinə hesablanıb. Təəssüflə qeyd etməliyik ki, yol polisininkeçirdiyi bu reyd heç də yol hərəkəti qaydalarını pozan sürücülər tərəfindən normalqarşılanmadı. Həmin sürücülər bildirirdilər ki, onsuz da bizim dolanışığımız çətinləşib.Bu reydlərsə bizim başımıza oyun açır.

Urəkağrısı ilə deməliyikki, öz maraqları naminə hər cür yalan danışan və hətta haqlarında qanunu pozduqlarınagörə, müvafiq tədbirlər görən yol polisi əməkdaşlarını görəsən bu cür sürücülərniyə ittiham eləyirlər?! Axı reyd zamanı saxlanılan mikroavtobus sürücülərinin kobudsurətdə yol hərəkəti qaydalarını pozmaları üzə çıxmışdı. Onlar öz hərəkətlərindənnəticə çıxarmaq əvəzinə qanuni tədbir görən və onları intizama dəvət edən yol polisiniqınayırdılar. Ümumiyyətlə, hər bir sürücü sərnişin daşıyırsa, ilk növbədə apardığısərnişinlərin təhlükəsizliyi haqqında düşünməlidir. Əgər öncədən onlar ciddi düşünsələr,Bakı-Quba avtomobil yolundakı faciələr yenidən təkrarlanmaz.

Altıncı tağımın naryadrəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, Yol PatrulXidməti Alayının komandiri, polis polkovniki Balakişi Əhmədov sərnişindaşıma qaydalarınınpozulmasına qarşı mübarizənin gücləndirilməsini bizim qarşımızda əsas vəzifə kimiqoyub. Hər gün də görülmüş işlərin yekunubarəsində biz rəhbərliyə məlumtalar veririk. Elə mənim özüm gün ərzində ən azı yolhərəkəti qaydasını pozmuş 10 sürücü barəsində inzibati protokol tərtib etmişəm. Eyni zamanda tağımımızın hər bir əməkdaşı iş əmsalınınyüksəldilməsi üçün konkret tapşırıqlar alıb. Bu tapşırıqlar da mütəmadi olaraq nəzarətdəsaxlanılır, iş əmsalını yerinə yetirə bilməyən polis əməkdaşları barəsində ciddiölçülər götürülür. Ümumiyyətlə, ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıüçün mütəmadi olaraq tağımımızın əməkdaşları 24 saat müddətində qabaqlayıcı tədbirlərgerçəkləşdirdilər. Məhz bunun nəticəsidir ki, son aylar xidmət apardığımız Bakı-Qazaxavtomobil yolunda ağır qəzalar baş verməyib.


Göründüyü kimi, bucür tədbirlərin və reydlərin kerçəkləşdirilməsi birmənalı olaraq hərəkətin təhlükəsizliyinintəmin edilməsinə xidmət edir. Gərək ayrı-ayrı şirkətlər və o cümlədən mikroavtobus sürücüləri də görülmüş tədbirlərdən nəticə çıxarsınlar, nəqliyyatvasitəsində əlavə oturacaq quraşdırmasınlar, həkim müayinəsindən keçsinlər, sükanarxasında sürücülük vəsiqəsi olmadan əyləşməsinlər. Ən əsası isə onlar sərnişinlərimənzil başına təhlükəsiz çatdırmağa çalışmalıdılar. Sözün açığı son zamanlar əksərsərnişinlər mikroavtobuslarla harasa getməyə qorxurlar.

Reyddə iştirak edirdilər:Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru;Namiq ƏZİZOV – 6-cı tağımın naryad rəhbəri, polis kapitanı Elçin ORUCOV – 6-cı tağımınpolis kaptanı, baş inspektor; Qalib RZAYEV – 6-cı tağımın polis kapitanı, baş inspektor,İlham QURBANOV – 6-cü tağımın polis leytenantı, baş inspektor, Əşrəf ORUCOV –6-cı tağımın polis baş serjantı, inspektor, Xəyyam MUSTAFAYEV – 6-cı tağımın başserjantı, inspektor; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.