04 Oktyabr 2023 17:11
1538
ELM VƏ TƏHSİL

Sərhəddəki uşaq bağçası 30 ildən sonra yenidən istifadəyə verildi

Qazax rayonu Məzəm kəndində 30 ildən sonra uşaq bağçası yenidən fəaliyyətə başlayıb.

Bu barədə Adalet.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsi oktyabrın 2-də istifadəyə verilib.

Qeyd edək ki, Məzəm Qazax rayonunun Ermənistanla sərhəd xəttinə ən yaxın məsafədə yerləşən kəndidir. Kənd 1993-cü ilin aprelində müvəqqəti olaraq Qazax rayonu ərazisinə köçürülüb və həmin vaxtdan Məzəm kənd uşaq bağçasının fəaliyyəti dayandırılıb.

Elm və təhsil nazirinin bu ilin iyul ayında verdiyi əmrə əsasən, Qazax-Tovuz RTİ-nin tabeliyində Məzəm kənd uşaq bağçası yaradılıb. Məzəm kənd uşaq bağçasının inzibati binası lazımi inventarlarla təmin olunub. Binada təmir işləri aparılıb, əlavə olaraq anbar, mətbəx və sanitar qovşaq tikilib.