Sergen Yalçından Mourinyoya cavab
Türkiyəli məşqçi Sergen Yalçın "Fənərbaxça"nın çalışdırıcısı Joze Mourinyonun Türkiyəyə gəlməyinə peşman olması ilə bağlı verdiyi açıqlamaya münasibət bidlirib.
Adalet.az qol.az-a istinadən xəbər verir ki, Mourinyo Superliqanın 10-cu turunda səfərdə "Trabzonspor"a qalib gəldikləri matçdan (3:2) sonra keçirilən mətbuat konfransında Türkiyənin futbol sistemini sərt tənqid edib. O, "Fənərbağça"ya qarşı hakim qərəzi olduğunu bildirib:
"Ancaq biz sistemə qarşı oynayırıq. Bunları söyləyərkən bütün "Fənərbağça" azarkeşləri adından danışıram. Ona görə də coşqulu bir bayram etdik. Mənə bura gəlməzdən əvvəl hekayənin yarısını danışmışdılar. Hamısını danışsaydılar, Türkiyəyə gəlməzdim"
Sergen Yalçın isə "Ekol TV"dəki çıxışı zamanı Mourinyonun bu sözlərinə cavab olaraq bildirib: "Cənab, daha yaxşı variantınız olsaydı, onsuz da bura gəlməzdiniz. Məsələn, "Milan" filan istəsəydi, soruşaram ki, ora getməz, bura gələrdiniz? "Bilsəm, bura gəlməzdim" cümləsi məni narahat edir. Bu, "Fənərbağça" azarkeşlərini də narahat edib. Gəldiyin yer dünyanın ən gözəl şəhərlərindən biridir, İstanbula gəlmisən.
Bundan əlavə, milyonlarla avro qazanırsınız. İstanbulun ən gözəl otelində qalırsınız... Düz deyirəmmi, bilmirəm, Türkiyənin ən böyük klublarından birinə, milyonlarla azarkeşi olan komandaya gəlmisən. Yəqin ki, bura gəlməyi zəhmət olub, gəlib. O zaman "hoca"ya "üzr istəyirəm" deyək".
Digər Xəbərlər
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11


Bakı -°C

