Yampol və Drobışevo azad edildi: Separatçı lider D.Puşilin də təsdiqlədi - FOTO
Hazırda Ukrayna Teleqram kanalları Ukrayna ordusunun Liman şəhəri yaxınlığındakı Yampol qəsəbəsini azad etdiyini deyir. Bu o deməkdir ki, Ukrayna ordusu şərq tərəfdən Limana daha da yaxınlaşıb.
Adalet.az növbəti dəfə Ukrayna Teleqram kanallarına istinadən xəbər verir ki, məlumatı qondarma “dxr”in separatçı lideri Denis Puşilin də təsdiqləyib, O açıqlamasında bildirib ki, Yampol və Drobışevo yaşayış məntəqələrinə nəzarəti itirdik.
Qeyd edək ki, yenə də Teleqram kanalları ard-arda müxtəlif xəbərlər yayır. Bildirilir ki, ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb ki, Ukrayna ordusu Liman şəhərindəki rus ordusunu da mühasirəyə alıb. Məlumata o da qeyd olunur ki, Ukrayna ordusu Stavka yaxınlığında rusların müdafiəsini yarıb və onların Limanı tərk etmək üçün son marşrutları olan Torskoye-Drobışevo yolunu kəsib.
P.S.Yəqin ki, Rusiyanın Ukrayna ordusu tərəfdən cəbhə zonasında sıxışdırılmasını Belarus Prezidenti Aleksandr Lukaşenko da izləyir. Bəlkə də elə ona görə deyib ki, Ukraynada sülhə bir neçə gün ərzində nail olmaq olar:”“Əgər avropalılar bunu həqiqətən də istəsələr, bir neçə gün ərzində sülhə nail olmaq olar”.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C


