SEPAH-ın bir generalı da ÖLDÜRÜLDÜ
Dünən İranın Şiraz şəhərində həyata keçirilən kütləvi raket zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandanı öldürülüb.
Adalet.az xəbər verir ki, bu barədə İranın müxalif media resursları məlumat yayıb.
Hücumun əsas hədəfi SEPAH-ın Şirazdakı "Sarallah" briqadasının nəzdində fəaliyyət göstərən "Bəsic" xalq könüllüləri dəstəsinin komandanı, briqada generalı İbrahim Mörtəzayi Nəsb olub.
Hadisə axşam saatlarında Şirazın mərkəzi hissəsində, hərbi bazanın yerləşdiyi "Müəllim" dördyolunun yaxınlığında qeydə alınıb.
Məlumata görə, strateji hərbi obyektə iki dalğa halında raket zərbələri endirilib. İlk zərbə saat 18:55-də 4 raketlə həyata keçirilib. Cəmi 10 dəqiqə sonra isə əraziyə daha 3 raket buraxılıb. Hücum zamanı hərbi bazada olan general İbrahim Mörtəzayi Nəsb ağır qəlpə yaraları alıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Digər Xəbərlər
25 Avqust 2026 21:00
Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq
25 Avqust 2026 20:55
Hörmüz boğazı minalardan tamamilə təmizləndi - Trampdan AÇIQLAMA
25 Avqust 2026 20:41
Trampdan Kanadaya ağır ittiham - “Bizi illərdir qarət edirlər”
25 Avqust 2026 18:44
Xameneinin qətli ilə bağlı Trampa xəbərdarlıq olubmuş
25 Avqust 2026 17:13
ABŞ onların başına 10 milyon dollar mükafat qoydu - Siyahı
25 Avqust 2026 17:06
Erməni politoloq: Azərbaycanın Köçəryan və Sarkisyana ciddi sualları ola bilər
25 Avqust 2026 15:28
Tramp: İrandakı humanitar böhran dayandırılmalıdır
25 Avqust 2026 15:25


Bakı -°C

