Sənubəri avtobusdan itəliyib yerə salan sürücü Aqillə bağlı QƏRAR...
Yəqin ki, unutmamısınız bir neçə gün əvvəl sosial şəbəkələrdə Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən hadisəni qızğın müzakirəsi gedirdi. Hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş vermişdi. Mübahisə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşandı. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edir və daha sonra əlindəki çanta ilə onun başından vurur. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atır. DİN-in Mətbuat Xidmətindən bildirildi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb. İnsident nəticəsində xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirildi.
İşdən çıxarılan sürücü Aqil Kosayev işinə bərpa edilib.
Adalet.az xəbər verir ki, “ARB Xəbər”ə açıqlamasında sürücü məsələyə hüquqi qiymət verildiyini deyib və baş verənlər haqda danışıb.
“İşıqforda düşməyi tələb edirdi. Mən də ikinci xətt üzrə yaşıl işıqda hərəkət edirdim. Ona görə də qapını açmaq imkanı olmadı. Bir-birimizi başa düşmədik, hadisə baş verdi. İşimiz elə bir işdir ki, birinci növbədə səbirli olmaq lazımdır. Belə bir şey olmamalıydı. Çalışarıq, bir də olmasın”, - sürücü bildirib.
Qeyd edək ki, məsələyə sosial şəbəkədə müxtəlif səpkili fikirlər bildirildi. Çoxluq isə sərnişinin hərəkətlərini qınayır, onun yersiz və məntiqsiz hücumuna görə avtobusdakı dogər sərnişənlərin də həyatını təhlükəyə atması müzakirələrin əsasını təşkil etdi. Sosial şəbəkə izləyicilərinin çoxu qadının cəzalandırılmasını tələb etdi. Çünki avtobusun sürücüsü, sürmə sürəti, standartlara uyğun olmayan digər hərəkətləri ilə bağlı müəyyən edilmiş instansiyalara məlumat vermək üçün telefon nömrələri yazılıb və hər bir avtobusa yapışdırılıb.
Qərarı alqışlayırıq!
Əntiqə Rəşid
Digər Xəbərlər
04 Oktyabr 2026 17:32
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
04 Oktyabr 2026 08:55
Cəbrayılın azad olunmasından 6 il ötür
03 Oktyabr 2026 13:44
Bu yolda maşınların hərəkəti qadağan ediləcək- 15 oktyabrdan
03 Oktyabr 2026 13:20
Bazar günü dolu düşəcək, qar yağacaq
03 Oktyabr 2026 13:19
Sabah bu prospektdəki yolötürücüsündə müayinə aparılacaq
03 Oktyabr 2026 11:23
ADY yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə çağırış etdi
03 Oktyabr 2026 00:13
Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR
03 Oktyabr 2026 00:06


Bakı -°C

