adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Mart 2019 18:14
14304
ƏDƏBİYYAT

SƏNƏTŞÜNAS VƏ ZAMAN

ESSE

Vəcihə Səmədovaadına Sərgi Salonunda görkəmli rəssamların əsərlərindən olan sərginin açılışöncəsi mikrofonla bir ELAN söyləmək (elanın məzmununun açılışı sonraya qalsın)istədiyimi sənətşünas Ziyadxana bildirəndə, bir sayaq ona gənəşəndə o, azcaçiynini çəkərək sakitcə. - De də, orda nə var ki, - söylədi. Bir az çəkindiyimdən,bəlkə bir az da utandığımdan həmin gün mikrofona yaxınlaşa bilmədim. Bir aydansonra yenə də həmin salonda görkəmli sənətşünas Ziyadxan Əliyevin 70 illiyinə həsrolunmuş rəssam, heykəltaraşların əsərlərindən olan sərginin açılış öncəsi sıxdayanmış adamları yara-yara özümü mikrofonun yaxınlığına verəndə, bir də gördümsağımda qocaman şair Oktay Rza, çox güman ki əlüstü-iki daşın arasındaZiyadxana həsr elədiyi şeirini deyəcək, solumdasa yubiliyarçı, onun da yanındamiikrofon önündə Azərbaycan Rəssamlar İttifaqının sədri, heç vaxt qocalmayan,sadə geyimdə Fərhad Xəlilov. "Yoox, deyəsən mən ağ elədim, çağrılmamışqonaq yerində özümü hiss edirdim, hamısı təcrübəsislikdəndir. Məndən xoşu gəlməyənadamlar bu hərəkətimi görsə, gör özünü necə irəli təpir..." düşünəcək. Həyatyoldaşım, yaxud rəhmətlik nənəmsə(anam) "həmişə qaçıb gizlənməsəydin, indiharalardaydın" deyər, deyərdi... Səksənini çoxdan adlamış Oktay Rza gənclikhəvəsiylə bir tədbiri də buraxmır, həryerdə, hər yerdə görünür, nə olsun. Elə bil tikan üstəyəm. Ziyadxan məniyanında görəndə azacıq gülümsəmədi də...

Fərhad Xəlilovsalonu "partladan", burda iynə atsaydın, yerə düşməz deyilsə, tamyerinə düşər, bir-birinə söykənmiş insan toplusuna işarəylə, çıxış edərkən. - Bir baxın, nə qədərinsan yığışıb bura! Son vaxtlar bu qədər adamın gəldiyini yadıma salammıram.Bu, təkcə Ziyadxanın deyil, həm də sənətimizin bayramıdır. Onun bu sözləri biril öncə elə bu salonda rəssam Nağdəli Xəlilovun70 illiyilə bağlı qeyd olunan yubileyini yadıma saldı. "Görəsən, o vaxtçox adam gəlmişdi, yoxsa indi. Bu qədər adamı görəndə Nağdəli qısqandımı?"ağlımdan keçdi. Sağıma baxanda bir az öncə görüşdüyümüz, indisə Oktay Rzadan oyanda dayanmış nurlu sifətli, gülümsəyən Nağdəli gözümə dəydi. İlin-günün buvaxtı, müharibə şəraitində, sosial durumun ağır olmasından gileylənən adamlarınədəbiyyata, inçəsənətə marağının azaldığı bir vaxtda bir sənətşünasın yubileyinəbu qədər insanın yığışması, açığını deyim, mənə qəribə gəlirdi. Bu toplum sovetdönəmində keçirilən məşhur Xalq şairlərinin yubileyini xatırladırdı. Ziyadxanınrəssamlıq akademiyasında dərs dediyini, Azərbaycan Rəssamlar İttifaqı nəzdindəki"Tənqid və Sənətşünaslıq" bölməsinin sədri olduğunu bilirdim. "Bəlkəyenə könüllü-könülsüz tələbələri yığıb gətiriblər?.." ağlımdan keçdi.Doğulduğu Şamaxı rayonunda, daha doğrusu, şəhərində də onunla bağlı keçirilənmöhtəşəm tədbirdən çəkilmiş müxtəlif şəkillərifacebookda görmüşdüm. O tədbirdən çox məmnun qaldığını, ötən görüşümüzdəelə bu salonda Ziyadxanın özündən eşitmişdim. Söhbət əsnasında indiyəcən rəssam,heykəltaraşlardan beş yüzə yaxın məqalə, elmi iş, esse yazdığını demişdi. OnunSəttar Bəhlulzadə haqqında "Sənətin Məcnunu", "Bəhruz bəy Kəngərlitaleyi", xalq rəssamı Eldar Mikayılzadəyə həsr etdiyi "İlmələrin hikməti",Zakir Hüseynova həsr etdiyi "Tənha döyüşçü"... iri həcmlikitablarından xəbərim vardı. Rüstəm Mustafayev adına İncəsənət Muzeyində dövlətindəstəyilə Səttar haqqında yazdığı kitabın təqdimatında mən də iştirak etmişdim.Mərasimin sonunda çıxş edən müəllif Səttarla bağlı yazılmış məqalələrdən, genişaxtarışlarından söz açsa da, nə mənim Səttar Bəhlulzadə barəsində yazıb özhesabıma nəşr etdirdiyim "Qapıları bir-bir döydüm" kitabım barəsində,nə də ssenarim əsasında Azərbaycan Dövlət Kino Studiyası nəzdindəki"YADDAŞ" studiyasının çəkdiyi qısa metrajlı film haqqında bir kəlməsöz dedi. Nə gizlədim, həssas, xeyirxah, güclü yaddaşı olan kimi tanıdığım buinsanın mənə soyuqmu, biganəmi, qərəzlimideyim, münasibəti məni çaşdırdı. Axı mənim doxsan altı səhifəlik o balacakitabcığımı oxucular, xüsusilə Səttar sənətinin vurğunları çox istiqarşılamışlar. Kitab haqqında yığcam da olsa, məqalə yazılmışdı. Həmin kitabınsonunda müəllif-bəndəniz, illərlə soraqlaşıb axtarandan sonra səksən ikiünvanda Səttar Bəhlulzadə rəsmlərinin olduğunu bəlirləmişdi. Axı, o ünvanların bir neçəsinin yerini mənəZiyadxanın özü söyləmişdi. Soyuq qış günündə Piterdə oxuyan oğluma baş çəkməyəgedəndə bir neçə gün evində qaldığım İlham adlı rəssamın mənə ehtiramla göstərdiyiqulluq- qayğı da birbaşa xeyirxah Ziyadxan bəyin zəngiylə bağlıydı. Görəsən,Ziyadxanın mənə üstüörtülü soyuqluğunun səbəbi ona olan hansı səhvim, hansıetinasızlığımla bağlıydı? Bu məsələ məni həmişə rahatsız etmişdi. Sərgisalonunda bu düşüncələr ağlımdan təkrar gəlib keçərkən Fərhad Xəlilovunmikrofona Ziyadxan barəsində ayrı-ayrı cümlələrdə söylədiyi: - O, pojarnı kimiişləyir,- yaxud, o, cəngavər kimi vuruşur, çəkinmədən sözünü deyəndir,prinsipialdır,- üstüörtülü, kodlar şəklində dedikləri elə bil məni diksindirdi."Yooox, deyəcəyim ELANdan öncə Fərhad bəyin çoxuna bəlli olmayan kodlarınıaçmalıyam" fikir ağlımdan keçdi.


Mikrofonun önündəgörkəmli heykəltaraş, Azərbaycan Xalq Rəssamı, Azərbaycan RəssamlıqAkademiyasının rektoru akademik ÖmərEldarovun rus dilində söylədiyi nitqində Ziyədxanı Sovet dönəmində rusincəsənətindən yazan məşhur sənətşünas Stasova bənzətdiyini qulağım çaldı.Sonra, söz Rəssamlar İttifaqının katibi Rafiq Kərimov Ziyadxana həsr etdiyiupuzun şeirini rusca vərəqdən oxudu. Kiminsə pıçıltıyla dediyi "Bu da ənənəsindənqalmır, bütün yubliyarlara qoşduğu şeirini oxuyur" sözləri eşitdim.Bayaqdan bizə tuşlanmış kameranın qarşısını kəsərək, əgər televiziya ekranındagöstərsələr, ancaq burnumdan yuxarı hissəmin görünəcəyini duyduğumdan"ayda, ildə bir namaz, onu da Şeytan qoymaz" məsəlini xatırlayıb,sonradan gəlib önümdə dayanmış gənci itələyərək qabağa keçmək ağlımdan keçsə də,bunu özümə sığışdırmadım. Sağ yanımda olan Oktay Rzanın yerində indi qucağındabəmbəyaz qızılgül daməti tutmuş, dodaqlarına ustalıqla əl gəzdirilmiş(selikonla)bir gözəl dayanmışdı. Hərdən gözümün ip-iti, iynə ucuyla ani olaraq ona baxandagərilib qızmış əsəb tellərimin üstünə elə bil sərin su çilənirdi. Türkiyə səfirliyinin nümayəndəsi İrfan bəyCiftçiyə söz veriləndə bayaqdan qarşımı kəsmiş zil qara saçlı, səliqəli geyimligəncin mikrofona sarı addımladığını görəndə, ona olan münasibətim yüz səksən dərəcədəyişsə də, onun uzun nitqindən ancaq "Ziyadxan beyin kitablarınınTürkiyede de basılacağı amacındayam" dediklərini tuta bildim. Çünkü, mənsöyləyəcəyim ELANımdan öncə Fərhad bəyin Ziyadxan haqqında dediyi kodlarıardıcıl olaraq necə açacağım barədə beynimdə götür-qoy edirdim. Bir yannan dabu boyda izdihamı görəndə, mərasimi rəssamlar ittifaqı sədrinin aparması, otarixi vuruşundan sonra Ziyadxana əməkdar incəsənət xadimi adı verilməsi,baxmayaraq bu ada layiqdir, məndə yenə də şübhə doğururdu, "bütünzamanlarda dünyanın bütün hakimiyyəti ağıllı, cəsarətli, məntiqli, SÖZ deyə bilənləriöz tərəfinə çəkməyə cəhd etmirmi, deyəsən bizim iqtidar da onu öz toruna salıb.Mübarizliyi səngiyib, ancaq bu ixtiyar yaşında yenə də gənclik həvəsi, şövqüyləməqalələrini yazır. Bəzən əlində yanar şam, bəzənsə güclü işığı uzağa vuran"projektorunu" tuşlayıb keçmişin qaranlıq qatında unudularaq qalmış,zamanında haqqını almamış incik sənətçilərin gözəl əsərlərini üzə çıxarıb bugünün insanlarına zövq verir. Bu fədakarlığı azdırmı. Ömrü boyu savaşmaq məyəronun alnınamı yazılıb..."

Fərhad bəy növbətiçıxışçıya söz vermək üçün yan-yörəsindəki adamları tələsik gözdən keçirəndə"yəqin məni unudub" fikirləşdim. 1995-ci ildə Prezident Aparatının onikinci qatında ana dilimizin necə adlanması barədə aparılan müzakirə anlarıyadıma düşdü. Rəhmətlik Zəlimxan Yaqubla yanbayan oturmuşduq, bizim arxamızdasagörkəmli tarixçi İqrar Əliyevlə Fərhad Xəlilov əyləşmişdi. Yuxarıda- kürsüönündə çıxış edənlər kimi, salonda əyləşənlər arasında da dilimizin "Azərbaycandilimi", yoxsa "Azərbaycan türkcəsi" adlanması barədə qızğındartışma gedirdi. Mən arxaya çevrilib: - İqrar müəllim, əgər bizim ulu babalarımız Füzuli, Nəsimi, Mirzə FətəliAxundov, Molla Pənah Vaqif... yaşadığımız yüz ildə Mirzə Cəlil, Mirzə ƏləkbərSabir ana dilimizi türk dili adlandırıbsa, iki-üç saatın ərzində bir qərarla,bir iclasla xalqın və onun dilinin adını necə dəyişmək olar?- deyəndə polad məntiqinqarşısında görkəmli tarixçi açiz qaldığınamı, yoxsa məni küçədən keçənin birisikimi təsadüfən gəlib burada oturduğumu sandığındanmı, mənimlə mübahisə etməyiözünə sığışdırmadığından, əsəbiliklə yerindən qalxaraq Fərhad bəylə gedib bizdənaralı sıraların birində əyləşdilər...

Fərhad bəyləgöz-gözə gələndə tələsik "Məni unutmamısan ki, ELAN məsələsi?.."dedim. Gözünü məndən çəkmədən bir an duruxduğunu görəndə "üzdən tanısa da,görünür adımı unudub" düşünərək"Azər Abdulla" dedim. - Alə, bəgəm səni tanımıram, bura gəl, sənmənnən yazmısan...- gülə-gülə Bakı ləhcəsində deyəndə, gülüşündə azacıq kinayəhiss elədim, bəlkə də zarafat edirdi. "Unuda bilməz, o vaxtkı bir kitab əhvalatından sonra onun güclüyaddaşına yenəmi şübhə edirsən?" Ədəbi aləmdə Nobel mükafatçısı UilyamFolknerin adını o zamanlar çoxları kimi, mənim də tanımadığım vaxt Fərhad bəy onun"QOROD" kitabını oxumağa vermişdi. Aylar ötmüşdü, Fərhad bəy haqqındayazdığım məqalə "Qobustan" dərgisində çap olunandan sonra, o verdiyikitabdan söz salıb geri istəyəndə, kitabın "dalına keçmək" məqsədiylə"bir dəfə də oxumaq istəyirəm" demişdim. Ancaq bir müddətdən sonrakitabı yenə istəyəndə, "Ali Sovetin sədri Xəlilovun oğlunun kitabını verməməkolarmı?" düşünərək, bir gündən sonra qaytaranda, "yoxsul Səttar Bəhlulzadəo boyda əsərini mənə bağışlamaq istəyirdi. Mavi "QAZ-24"ünə mindiribBuzovnaya aparmağına bax bunun. Kitabı qıymadın, heç olmasa, adicə çaya daqonaq eliyəmmirdin? Anar bəy yaxşı eliyib sənnən yazmayıb." içimdəpıçıldayaraq onnan "qisasımı" aldım. Fərhad bəy üzünü mikrofonatutaraq: - Azər Abdulla! Görkəmli yazıçı, publisist, sənətşünas... rəssamlardanyaxşı yazılar yazıb. "Vallah, bu yaxşı adammış" düşündüm. - Mənnən dəilk dəfə o yazıb. Anar yazmağı bir nəfərə tapşırmışdı. Kimin oğlu olduğumu biləndəyazmaqdan imtina elədi. Dedi elə biləcəklər atana görə sənə yaltaqlanıram. Alə,nə ata, o vaxt mən çölləri gəzirdim... "Necə yəni çölləri gəzirdim, hardagəzib dolaşsaydın, lap kosmanavt Qaqarinin yanında oturub Aya uçsaydın da, yenədə Ali Sovetinin sədri Qurban Xəlilovun oğluydun. Fərhadın bu sözündən "həyatımdahər şeyə özüm nail olmuşam" fikrinin qoxusu burnuma dəydi.

Bəziistedadlı, zəhmətkeş, həm də çox görkəmliyazıçılarımızın dediyindən də bu qoxu, yaxud bu ətri hiss etmişəm. Onlarınistedadını, bacarıq və qabliyyətini danmaq ədalətsizlik olardı. Ataları məşhurolduğuna görə onları qınamaq da ədalətsizlik olardı. Ancaq onlar öz yerlərini bərkidib ayaq üstəduranacan, addımlayıb üzlərinə taybatay açılmış açıq qapıların, keçdiklərikeçidlərdə yanan yaşıl işığın məşhur, görkəmli atalarının (Allah atalarına rəhməteləsin) hesabına olduqlarını məyər ağlına gətirməyiblər...

Fərhad bəy üzünümənə çevirib: - Anar dedi özüm yazacam,- söyləyib tamaşaçılara baxdı, sözünədavam edərək: - O da yazası olmadı,-deyib yenə mənə sarı çevrilib: - Azər yazdı, - söyləyib məni mikrofonunqarşısına dəvət elədi. "Məqamdı. ElAN-ımdan qabaq Ziyadxan haqqında niyə dəbir-iki cümlə deməyim...

Bəlkə dünya vəmilli təsviri sənətimizin öyrənilməsində, indiyə kimi elmə məlum olmayanfransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin,holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, görkəmli Azərbaycanrəssamı usta Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovunboyakarlıq və qrafik əsərlərinin sənətşünas Ziyadxanın atribus nəticəsində müəllifindəqiq aşkarlanması... Bu sayaq uğurlu elmi atribusiyanın Azərbaycan sənətşünaslığında və muzeyşünaslığında nadirolay olduğu etiraf edildiyindən... elmi məqalələrinin ABŞ-dan tutmuş Türkmənistanacan neçə-neçə ölkələrdə nəşr edildiyindən...iyirmidən çox monoqrafiyanın müəllifi olduğundan başlayım... Yox, bu yorucuolar..." fikir ağlımdan keçdiyindən, yığcam danışmağıma qərar verdim...

-Tanıyıb-tanımadığım bütün rəssamlar, tişəustaları, sizləri, bu soyuq qış günü ağır, gərgin, yoxsul mühitdə sizlərinvə əsərlərinizin işığına, hərarətinə gələn bütün sənətsevərləri salamlayır,alqışlayıram! Çəkinmədən sizlərə bir etirafımı demək istərdim. Zaman-zaman rəssamlığınyaratdığı şedevrlər hələ bir yana qalsın, görüb tanımadığım adamın uzunsaç-saqqalı, sadə geyimi, çiynindən asılmış etüd çantası, yaxud təbiətin birğuşəsində molbert arxasında dayanıb tablosuna baxıb gözünü qıyması, irəli-geriaddımlaması, əlindəki fırçası, o sehirli fırçayla tablosuna bircə kərə yaxı çəkibdə pələsənk geri çəkilib vurduğu həmin "mazoka" aralıdan baxması,palitrasındakı uşaq sevinciylə oynaşıb səs salan al-əlvan boyaları, başındakıbiretin ortasında antenə (yeni-yetmə çağımda elə bilirdim rəssamlara ilham,istedad, yaratdıqları gözəllik o"antennən" ötrülür) bənzərçıxıntının göyə dirənməsi... uşaqlığımda olduğu kimi indinin özündə də məni əfsunlayıbsehrlədiyindən- rəssamlığa və rəssamlara aşiq olduğumdan, bir də gördüm yetmiş beş yaşımda onları yamsılamağabaşlamışam. Özümlə bağlı bir sirri sizlərə söylədim. İndisə görkəmli sənətşünasZiyadxanın bir cüt sirrini sizlərə açacam. Sayın dinləyicilər, siz də, mənimözüm də hal-hazırda bir vaxtın, bir zamanın içində yaşayıb hər kəs öz işiniasta-asta görməkdə. Son zamanlar vaxt azlığından, zamanın yeyin-sürətlə ötübkeçdiyindən hamı şikayətlənir, bəlkə xəbərimiz olmadan maddi var-dövlətimiz,haqqımız kimi, zamanımızı da talayıb oğurlayırlar. Gözümüz baxa-baxa gün-günü,ay-ayı, il-ili qovur. Vaxtın belə daraldığı məqamda Ziyadxanın televiziya,radio çıxışları, qəzet-jurnallarda incəsənətlə bağlı çap olunan müxtəlif səpkiliyazıları, nəşr etdiyi qalın-qalın kitabları da bir yana, son zamanlar mən onun,az qala hər həftə, günaşırı facebookda rəssam, heykəltaraş, ümumiyyətlə incəsənətləbağlı yazılarını oxuyub çatdıra bilmidəmki, bilmirəm. Bəs Ziyadxan bəy bizim dar zamanımıza sığmayan bu qədər çox-məhsuldaryazının öhdəsindən necə gəlir? Demiyəsən, içərisində bulunduğumuz zamandansavayı, onun başqa bir zamanı da varmış. Bizim zamanımızdan adlayıb o birizamanda yarımçıq işlərini görürmüş. Bizim zamanın sınırını pozub, daha doğrusu,adlayıb orda-başqa zamanda çalışan yaradıçılardan bu dəqiqə yadıma düşənlərdənyazıçı Anarı, Elçini... insafən, gəlin boynumuza alaq, burda onların bol-bolyazıb-yaratmalarında adlı-sanlı atalarının daha heç bir rolu yoxdur, RafaelHüseynovu, Nəriman Əbdürrəhmanlını, Vaqif Yusiflini də xatırlamaq yerinə düşər...

Fərhad bəyinyubiliyar barəsində kodlarla "O, sözünü üzə deyəndi, prinsipialdı, cəngavərdi..."söylədiyi sözlərin açıqlamasını deməklə Ziyadxan bəyin ikinci sirrini açmışolacam. Dostyana əlimi onun çiyninə qoyaraq deyirəm, ötən yüz ilin doxsanıncıillərində bu bəstəboy, çansız-cələfsiz bəy, Maşallah olsun, indi yaşıyla bağlıbir azca sulanıb, (burda gülüşmə) məmləkətin dərə xəlbət tülkü bəy dönəmindəmilyonlarla dəyəri olan incəsənət əsərlərini oğurlamış böyük bir talançı dəstəylə,mafiyayla yenilməz bir çəngavərtəkin təkbaşına savaşa çıxdı. Bu savaş saatlar,aylar deyil, illərçə uzandı. Bu doyüşdən xəbəri olmayanlara anoloji olaraq"heyvanlar aləmi" verilişində bir savaşı xatırlatmaq istərdim. Aslanbir quşun yumurtalarını, yaxud yumurtadan yenicə çıxmış çüçələrini yeməyəaddım-addım yaxınlaşır.

Yaxınlıqda duyuqdüşən ana quş şığıyaraq özündən ölçüyəgəlməz gücdə olan aslanın qarşısını kəsir,gərilmiş qanadlarını açaraq, bütün vücudunu örtmüş yumşaq, zərif leləklərinin hər biri, birdən qabarıb sərt polad qalxanaçevrilmiş halda hücum edib aslanı geri həsləyir, öz azmanlığını, öz gücünüunudan aslan həmin anlarda ona müəmmalı, sirli görünən ana quşcuğazın dirənişinətab gətirməyib addım-addım geriyə həsləyir, sonrasa çevrilərək, tızıxıbuzaqlaşır. O zərif ana quşa yoxdan gələn güc, qüvvət, qüdrət, yenilməzliksirr-xudadır. Ziyadxan ruhundakı təpər, qeyrət, döyüşkənlik, dirəniş, sənətimizəolan havadarlıq, vətənsevərlik mənçə Nəsimi, Xaqani, "bəlkə MəhəmmədFüzulinin də adını buraya əlavə edim. Aqil Abbas Füzulini Ağcabədi, gənc şairHikmət Məliklisə Şamaxının Bayatlısından olduğunu iddia edir. Bəs özünü birşair kimi Füzuliylə eyni, bəzənsə ondan da yüksək qatda dayandığını iddia edənCəbrayıl bölgəmizdən olan gözəl şair Vaqif Cəbrayılzadə..." ağlımdan keçsədə demir, şözümə davam edirəm, - MirzəƏləkbər Sabir, Seyid Əzim Şirvanini... cücərdib yetişdirən Şamaxı bölgəmizinhavasından maya tutmasındandır... Məncə, Ziyadxanın o kişiyana savaşı yüzlərləyox, minlərlə oxucunun ruhundakı yatmış qeyrəti qıdıqlayıb, bəlkə bizləyib, bəlkəislaq əliylə şapalaqlayıb oyadıb...

Sözümü bitiribmikrofonun önündən çəkilmək istəyəndə Fərhadbəy: - Alə, bəs sənin ElANın nə oldu?-soruşdu, mən qəzetimizin Şah İsmayıl Xətayiyəhəsr etdiyi buraxılış sayını tamaşaçılara göstərərək: - Bu seriyadan növbətisayımız dahi şairimiz Füzuliyə həsr olunacaq. Şairlə bağlı əsəri olan sənətçilərdənəsərinin fotosunu çıxarıb mənə çatdırmasını xahiş edirəm...

P.S. İrfan bəyCiftçi əlimdəki jurnala eyhamla pıçıldayaraq "birini bizə göndərin"deyəndə, Ş.İ. Xətayinin sonuncu sayını çantamdan çıxarıb ona bağışladım.

yanvar, 2019