adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Iyun 2019 17:58
23978
ƏDƏBİYYAT

Sənətkarın iradəsi- onun ilhamıdır

Adını dilimdə hər zaman sevgiylə səsləndirdiyimbir universitet var- Bakı Qızlar Universiteti. Hacı Zeynalabdin Tağıyev ənənələrinəsadiq bir təhsil ocağımız- qızlarımızın şərəflə, izzətlə təhsil aldığı, maarifləndiyi,elm dəryasına baş vurduğu bir dəbistan. Bəlkə də universitet yanında dəbistanifadəsi çox kiçik görünə bilər. Amma şairlər şairi Xəqani dilində səslənən dəbistandaelmə, ürfana, insanı hər cür kamilliyə çatdıran savada, elm məxəzlərinə dahaböyük məhəbbət mənzərəsi duyursan. Bəlkə də o dövrün dəbistanı bu günümüzünuniversitetləri səviyyəsində, bəlkə də öz dövrünə görə bundan da üstün olub- kim bilir? Hər halda, universitet də bir məktəbdir-sadəcə ali səviyyədə.

Qızlar məktəbi deyirdik- o bu gün QızlarUniversitetidir. Yalnız qızların təhsil aldığı bir ali məktəb təsəvvüredirsinizmi? Buranın aurası, mühiti, pedaqoji kollektivi, hətta təsərrüfat işlərinəbaxanları da tamam fərqli olmalıdır. Təkcə zahiri görkəmlərindəki səliqə-səhmanladeyil, daxili səliqələri, nizam-intizamları ilə göz, könül oxşamalıdırlar. Vəsıradan hər kəs bu ali məktəbə rəhbərlik edə bilməz. Etsə də, qızların təbiətinə,zərifliyinə, incəliyinə, nəcibliyinə xas olan bir elmi tədris müəssisəsini təsisolunduğu gündən bu günə qədər sağlam qoruyub saxlaya bilməzdi.

Bakı Qızlar Universiteti Respublikadanadir təhsil ocaqlarımızdan biridir. Bu Universitetin rektoru tanınmışpedaqoq-alim, yazıçı-dramaturq Ağarəhim Nüsrət oğlu Rəhimov Ucarın Bayat elindəndir.Oğuzların çox məşhur bir qolu olan Bayat tayfasının türk tarixində, ümumiyyətlətürk dünyasının mənəvi təkamülündə xüsusi xidmətləri olduğunu bilirik. Təkcə eləMövlanə Füzulinin adını çəkmək yetər ki, bu tayfanın tariximizdə nə qədər şərəflibir yeri olduğu aydın olsun. Hələ bir çox tədqiqatçılar deyir ki, Azərbaycanşifahi xalq ədəbiyyatındakı Bayatı janrında yazılmış klassik bayatıların da müəllifibayatlılardır. Sözüm onda yox, ağac kökü üstə bitər. Bu, məsələnin bir tərəfi.Digər bir tərəfi də ondan ibarətdir ki, həmin kök üstə bitən ağac zamanınsınaqlarına necə sinə gərir və bir Bayat olaraq həyat imtahanlarından hansı uğurlarlaçıxır. Ağarəhim müəllim bir sənət adamı, bir yaradıcı insan kimi Azərbaycan ədəbiyyatındaöz sözünü demiş yazıçılarımızdan biridir. Onun çoxşaxəli zəngin yaradıcılıqirsi ədəbi tənqid tərəfindən daim araşdırılaraq, oxucularla yazıçı və ədəbi aləmarasında mühüm bir sənət körpüsü yaradılır. Təbii haldır ki, hələ tənqidimüzakirəyə, ədəbi təhlilə çəkilməzdən əvvəl Ağarəhim Rəhimov yaradıcılığı özünəgeniş bir oxucu auditoriyası qazana bilib. Bunun da çox sadə səbəbləri var.Birincisi ondan ibarətdir ki, yazıçı ədəbiyyata kitablardan deyil, həyatın içərisindəngəlib. Yəni ən azı özü ilə birlikdə, yaşadığı həyatın da ağrılı həqiqətlərini çoxböyük istedadla ədəbi səhnəyə gətirməyi bacarıb. Açığı, bir çox sələfləri kimio da, səmimi desək, həyatın dibindən qopub gəlib. Ehtiyac içindən, yoxluğun hərüzündən bir kədərli səhifə qoparıb və onu hekayəyə, povestə, romana, ədəbiesseyə, bir ağrılı publisistik məqaləyə, bir dramaturji əsərə çevirmək üçünözündə yetərincə güc-qüdrət tapıb. Təbii ki bu da göydəndüşmə bir hal deyil. Yazıçının bəsirət gözünün, həssasmüşahidə qabiliyyətinin yaddaş süzgəcinin varlığı ilə bağlıdır. Onun hələuşaqlıqdan içərisində közərən, alovlanmaq üçün fürsət gözləyən istedad işığı iləəlaqəlidir. Yoxsa bu qədər əsər yazmaq, minlərlə oxucunun sevgisini qazanmaq,üstəgəl, Azərbaycanda və getdikcə respublikamızın hüdudlarından kənardatanınan, xüsusi keyifiyyətlərilə fərqlənən özəl bir ali məktəb yaratmaq və ona ləyaqəthissi, ağıl işığı ilə rəhbərlik etmək təsadüfi hal sayıla bilməz. Bu elə gərginzəhmətin, halal əməyin, torpağa, yurda sevginin bəhrəsi və dünyaya son dərəcəvicdanlı bir baxışla yaşamağın nəticəsi sayıla bilər. Hələ onu da qeyd etmək istəyirəmki, Ağarəhim Rəhimovun şəxsi yaradıcılığı bir yana qalsın, onun haqqında yazılanədəbi-tənqidi kitablar da az qala bitkin bir bədii əsər kimi oxunur. Professor Əlizadə Əsgərlinin, professor BədirxanƏhmədlinin Ağarəhim Rəhimov yaradıcılığına həsr olunmuş kitabları yazıçının əsərlərinəsöykənən bədii-poetik lövhələrlə zəngindir. Hələ müəllifin əsərlərini oxumamışbir oxucu belə adını çəkdiyim sənətkar mövqeyindən, sənət ucalığından yazılmış kitablarıoxusa, yazıçıya heyranlığını gizlədə bilməz. Ən azından ona görə ki, müəllifin əsərləriniədəbi təhlilə çəkən ədəbiyyatşünas və tənqidçilər özləri də bu yaradıcılığa dairmünasibətlərini sevgiylə qələmə almışlar. Çox maraqlıdır ki, həmin kitablardatoplanmış elm aləminin müxtəlif sahələrini təmsil edən ayrı-ayrı müəllifyazıları da Ağarəhim müəllimin şəxsiyyət və sənət düşüncəsini, onun daxili dünyasınısözün rəngarəng ruhu ilə hər kəsə doğmalaşdıra bilmişlər. Nəticədə, bütün hallarda yazıçı ilə oxucuarasında çox sağlam bir körpünün yaranmasına vəsilə olmuş qələm adamları da fəxrimiz,qürur yerimiz olan bir elm məbədinin rəhbəri haqqında qəlbimizdən silinməyəcəktəəssüratlar ortaya qoya biliblər.


Yazıçının əsərlərini təhlil etmək fikrindədeyiləm. Onlarla yazıçı, sənət adamı, sözün ruhuna doğma olan qələmdaşlar onun əsərlərinidönə-dönə təhlil edib rəy və fikirlərini yazıblar. Bu prizmadan yanaşanda, təkrarayol vermək istəmirəm. Onu bilirəm ki, yazıçı istər "Allahla ünsiyyət”, "Ölüm vəölməzlik”, "Zəka simfoniyası”, "Qüdrətdən doğan nur”, "Qoşa qanad”, "İkilidünyam”, "Ovlaq keçidi”, "Xəyanət”, "Haray”, "Əsgər anası”, "Qırmızı qar”,"Canavar balası”, "Gəlinqayada qoşa məzar” və başqa roman, povest, hekayə,esselərilə ədəbi həyatımızda özünəməxsus şəkildə, original üslubda və həyatiepizodlarla zəngin izlər qoya bilib. İzlər deyirəm sənə- elə istər həyatın özündə, istərsə də həyatı əksetdirən hər hansı bədii əsərdə elə izlər var ki, zaman keçdikcə onlar dəyərdəndüşə, silinə bilər. Elə izlər də var ki, onları silməyə nə həyatın, nə dəhansısa bədii-elmi bir idrakın gücü çatmaz. Çünki hadisənin nüvəsində həyatdanbədiiyyata köçən karvan-karvan həqiqətlər dayanır. Ağarəhim müəllim bir yazıçıolaraq əvvəlcə həqiqəti görür, sonra gördüyü, bələd olduğu bu həqiqət ətrafındadüşünür və onu oxunaqlı, cəmiyyət üçün olduqca faydalı bir sənət əsərinəçevirir.

Həqiqəti uzaq məsafədən tanımaq, yalanıyaxına buraxmamaq, insanın iç qiyafəsinin, ruh aləminin əsas nişanlarındansayılır.

Müəlliflərdən biri onun haqqında yazırki, Ağarəhim müəllimi heç vaxt aldatmaq olmaz. Bu müşahidə elə mənim dediyim həqiqətətapınmaq məsələsilə üst-üstə düşmürmü?!

"Hamı fikirləşə bilər ki, Ağarəhim müəllimlədanışmaq, onu inandırmaq asandır. Dəfələrlə onunla ünsiyyətdə olmuşam. Bir məsələniyəqinləşdirmişəm; onunla ünsiyyətdə olmaq asan olduğu qədər də çətindir. Onunlaünsiyyətdə olarkən insan istər-istəməz cümləsində hər sözün ahənginə fikir verməliolur. Çünki Ağarəhim müəllimi aldatmaq, kiminsə haqqında onda mənfi rəyyaratmaq çətindir. Bu, söhbət prosesində də özünü büruzə verir. Bəzən gözləmədiyinhalda sözünü kəsən bu insan həqiqəti ortaya qoyur. Sənin yanıldığını faktlarlasübut edir. Çətin vəziyyətdə qalanmüsahibi başa düşmək asandır. Bəzən isə bir müddət sonra həmin söhbət zamanıetdiyin yanlışlıqlar sənə çatır. Bu zaman ondan qaçıb-gizlənmək, özünə haqqqazandırmaq istəyirsən, amma mümkün deyil. Dediyim kimi, onu aldatmaq çətindir...”

Əslində, bu, böyük səntəkarlara xasolan bir xüsusiyyətdir. Yazıçı müşahidələriinsandan dəqiqlik, həssaslıq, zəngin həyat və elmi təcrübə tələb edir. Nasir,dramaturq Ağarəhim müəllimin sənətə, ədəbiyyata gəlişini atasının Stalinrejiminin sərt qadağaları dövründə həbs edilməsilə, həmçinin 90-cı illərdəalovlanan Qarabağ hadisələrinin başlanması və bu hadisələrdə yazıçının bacısıoğlunun ermənilər tərəfindən öldürülməsilə əlaqələndirənlər də var. Əlbəttə, bu hadisələrin onun yazıçı taleyindəkitəsirini də danmaq olmaz. Bunlar bir insanın sənətə, ədəbiyyata gəlişi üçünilkin mənəvi-psixoloji baza ola bilər. Amma yazıçılıq fitrətəndir, mənə elə gəlirki, bu tale insanla birgə doğulur və taleyini yazıya köçürə-köçürə yetişənyazıçı ədəbiyyatımızda yeni səhifələrə qapı açan əsərlər yaradıb.

İlk avtobioqrafik əsəri olan "Yaddaşda yaşar xatirələr”də müəllifin qüssədolu həyatı, ömür yolu, onun keşməkeşli zamanları qəlbimizi riqqətə gətirir.Oxuduqca, sanki həyata vurğun, mübariz bir insanın qəhrəmanlıq dastanınıoxuyurmuş kimi yaşantılar yaşayırıq. O cümlədən "Ovlaq keçidi” adlı romanı dayazıçının doğma insanları itirmək ağrısıdır. İnsan itgisi, illah da sənə doğmabirini itirmək ən ağır dərddir və bu dərdin ağrısıyla yazılan əsər də təbii ki,yaddaşlardan izsiz ötüşə bilməz.

Tənqidçilərinvə ədəbiyyatşünasların da dediyi kimi, Qarabağ mövzusu ən yeni Azərbaycan nəsrindəilk sanballı ifadəsini Ağarəhim Rəhimovun əsərlərində tapıb. Bu, inkaredilməzbir faktdır. İstər "Canavar balası”, istər "Gəlinqayada qoşa məzar”, istərsə də"Əsgər anası”, "Xəyanət” kimi əsərləri yazıçının torpaq yanğısının təcəssümüdürki, bunu biz ədibin ekran həyatı verilmiş əsərlərindən də ürək ağrısıyla izləyəbilirik.

Pedaqoq,psixoloq, tərbiyəçi, mahir təhsil qurucusu- bunların hamısını özündə birləşdirənyazıçının əsərləri mövzusundan, məramından asılı olmayaraq mənəviyyat və əxlaqməsələləri üzərində qurulub. Yazıçıyagörə, mənəviyyat aşınanda torpaq da aşınır. Ən böyük fəlakət də elə onda başverir. Bu fəlakətin yaranma səbəblərilə heç cürə barışmayan Ağarəhim müəlliminmillilik, dövlətçilik, vətənpərvərlik, vətəndaşlıq, torpağa sahiblik, düşmənənifrət keyfiyyətlərini yüksək dəyərləndirən tələbkeş və əqidəsinə sahib bir cəmiyyətadamı adlandırılması da bihudə deyil. Necə deyərlər, göz görməsə, könül sevməz.

Ağarəhim Rəhimov yaratdığı müsbətobrazları necə sevirsə, necə qoruyursa, elə onun oxucuları da müəllifinə olansevgi dolu münasibətini oxşar hisslərlə qələmə alırlar. Daha doğrusu, yazıçınıniçindən gələn, ona ilham verən vətəndaş səmimiyyəti onu oxucularının gözündəucaldıb bir mənəviyyat abidəsinə çevirə bilir. Özünüdərk səviyyəsi olan oxucuanlayır ki, yazıçı üzərinə düşən məsuliyyəti sonadək yerinə yetirməyə hazırdırvə cəmiyyətin, insanların taleyinin keşiyində dayanmağı özünün ən böyük mənəviborcu hesab edir. Yazıçı cəmiyyətdə mövcud olan bütün naqislikləri əsərlərindəmüxtəlif hadisələrin fonunda məharətlə işıqlandırır və anladır ki, bütün mənəvi karroziyalar öncə davamlı siyasəttərəfindən mənəviyyatda, əxlaqda, mədəniyyətdə aparılır. Milli şüurumuzun, bəsirətgözümüzün dağıdılması, bağlanması nəticədə zehniyyətimizin, yaddaşımızınkorşalması çox ciddi bir unutqanlığa yol açır. Biz kökümüzdən, əcdadımızdan,minillik adət-ənənələrimizdən, özümüzün türkə xas zahiri-mənəvi qiyafəmizdən,görkəmimizdən, ruhumuzda kök salmış mərdanəliyimizdən uzaq düşürük. Üzərində gəzdiyimiztorpaq isə bu yükü heç cürə götürmür və ayağımız altından qaçır. Acizliyimizdən,cılızlığımızdan istifadə edənlər onu hissə-hissə, parça-parça əlimizdən, doğma Azərbaycanımızınbağrından qoparıb aparırlar.

Ayrı-ayrı detallarına varmadan kompleks şəkildəqeyd etdim ki, yazıçının əsərlərinin mahiyyətində mənəviyyat dayanır. Amma bunudetallara ayırsaq, oxucu üçün də aydınlaşar ki, söhbət əslində nədən gedir. Vəyazıçını sinirləndirən, ona bu qədər çeşidli əsər yazdıran nədir. Adbaadsadalasaq, şər, böhtan, yalan, rüşvət, etibarsızlıq, inamsızlıq, mənəvi eybəcərlik,cılızlıq, ədalətsizlik, haqsızlıq və bunlarla mübarizə aparan sayca çox az bir qüvvəvə bu qüvvənin təzyiqlərə sinə gərməsi, mübarizəsi...

Yazıçının fərdi bir keyfiyyətini dəyadıma salıram. Mənə elə gəlir ki, yaradıcılğına bələd olduğum bir çox müəllifdən,lap elə məşhur yazıçılardan fərqli olaraq Ağarəhim Rəhimov yaratdığı obraz vəpersonajları tərbiyə etmək məqsədi güdmür. Sadəcə obrazı olduğu kimi təqdimedir. Ancaq o qədər həyati, o qədər dolğun, öz mahiyyətində, öz rəngində təqdimedir ki, oxucu özü sağlam qənaəti hasil etmək imkanı qazanır.

Yəni kim kimdir- sualına cavabdan əlavə, həttamən kiməm- sualına da oxucu cavab tapır. Onun bir çox müsbət qəhrəmanları, eləqadın obrazları var ki heyran olmaya bilmirsən. Yazıçının özünün də heyranlıqlayaratdığı qadın obrazları ilə tanış olarkən, onların daxili monoloqlarını dinləyərkənyadıma məşhur bir film düşür. O film ki,əsərin baş qəhrəmanı da bir qadın-rühani və cismani gözəlliyi ilə şəfəq saçan bri şahzadədir. Di gəl ki, buşahzadənin taleyi, bəxti üzünə gülmür.Qonşu əyalətlərin knyazları bu şahzadəni ələ keçirmək üçün bir-birləriləqanlı savaşlar aparırlar. Hər iki tərəfdən ölüm-itim sayı həddini aşanda, qızınatası sanki yeganə çıxış yolunu tapmış kimi rahat nəfəs alır; qızı öldürməklazımdır!

Lakin bu işi kimə tapşırırsa, heç kəsin gözəlKrişnanı öldürməyə əli qalxmır. Belə olan halda şahzadə özü intihar edir vəxalqını yadelli qəsbkarların qanlı caynağından qoparır.

Ağarəhimmüəllimin müsbət qadın obrazları da bu gücdə, bu qüdrətdədir. Qarabağ müharibəsizamanı düşmən əlinə keçməmək üçün özünü sıldırım qayalardan, uçurumlardanataraq qeyrət və şərəf mücəssəməsi olan qadınlarımızın, qızlarımızın,analarımızın obrazını yazıçı əsərlərində əbədiləşdirərək onları nəsillərin mənəviyaddaşına təhvil verib.

...Yazdığım bu məqalədə sözsüz ki yazıçınınbütün əsərləri barədə ayrı-ayrılıqda qısaca fikir söyləmək istəsəm belə, bunaimkanım yoxdur. Ancaq onu deyə bilərəm ki, "Səfalət”, "Girdab”, "Cinayət vəetiraf”, "Haray”, "Xəyanət”, "İkili dünyam”, "Qoşa qanad” kimi əsrələrində cəmiyyətiniç üzünü açıb göstərən nasir daha böyük sevgiyə layiqdir. Qeyrət, ləyaqət, şərəfkimi ən ali hisslər obrazların daxili aləmində parlaq bir inci kimi bərq vurmada.Oxucu həmin parlaqlığın izi, sorağı ilə işığa gedən yolu tapır. Cəmiyyətinişığa axınını daha çox ədəbiyyat, ürəklərə yol tapan sənət təmin edir. Ümumiləşmişhalda desək, bir tərəfdə zülmət, bir tərəfdə işıq dayanıb. Yazıçı bu iki qütbüqarşılaşdırır və bu qütblər arasında gedənədalət, vicdan çarpışmalarını ən xırda detallarına qədər sənət güzgüsündəxalqına, millətinə göstərə bilir.

Bu fikrimi tamamlamaq üçün Ağarəhim müəlliminçevik qələmə sahib, isti-isti yazmağı bacaran bir müəllif olduğunu davurğulamalıyam. Bəlkə də elə buna görə onun əsərləri bu qədər səmimiqarşılanır. Çünki ilkin həyəcan, ilkin təəssürat həmişə öz təbii boyasındaolur. Bir var hadisəni müşahidə edibzaman baxımından ondan çox da uzaqlaşmamış qələmə alasan, bir də var, illər ötə,sonra yazasan. Hər iki halda qüdrətli yazıçı ortaya sevilən bir sənət əsəriqoya bilər. Amma mən birinciyə üstünlük verirəm. Ağarəhim müəllimin də Qarabağhadisələrini əks etdirən əsərləri bəlkə də ona görə öz səmimliyini, həyatiliyiniqoruyub saxlaya bilir. Çoxları iddia edir ki, müharibə mövzusunda əsərlərinyazılması üçün qərinələr ötməlidir. Amma Ağarəhim Rəhimov sübut etdi ki, eləmüharibə gedə-gedə də bu mövzuya dair bədii baxımdan sanballı, ədəbi siqləti olanəsərlər ortaya qoymaq mümkündür. Görkəmli yazıçı, pedaqoq Ağarəhim Rəhimovyaradıcılığı dediklərimə yazılı sübutdur.

... Özəl bir xüsusiyyətimin də bu yazıdakarıma gəlməsi məni sevindirir. Sevdiyim yazıçıların əsərlərindən daha çoxonların müsahibələrini həvəslə oxumağım var. Çünki yazıçıya ünvanlanmış suallaryazıçının daxili dünyasını kəşf etməkdə müqayisəsiz bir yardımçı rolunu oynayır.Ən çox qorxduğunuz şey nədir?- sualının cavabı müəllifin əsərlərininideya-amalının bütöv məcmusunu başa düşməyə, qavramağa bir vəsilədir. Yazıçısuala belə cavab verir: "Müxtəlif şəraitdə, müxtəlif situasiyalarda müxtəlifcavablar vermək olar. Adi şəraitdə tərəddüt etmədən mən bu suala- "anaların gözyaşı”, "xəyanət”, "vicdanın susması”... kimi cavablar da verə bilərəm. Bəzən eləekstramal şərait yaranır ki bu cavabların hər biri öz əhəmiyyətini azaldır- desəm,yəqin ki məni qınamazsınız. Ən qorxulu şey insandır da- deyə bilərəm. Əslində,yuxarıda sadaladıqlarım da insanla, onun fəaliyyətilə bağlıdır. Mən "Qüdrətdəndoğan nur” kitabımda demişəm: "Ağıl cəhalətə, zəka qəbahətə xidmət edə bilməz. Bəs ağıldan kənar işlər necə? Məncə, beləhalda insanlar heyvanların ayaqları altında dayanırlar. Əfqanıstanda, İraqdainsanlar (qocalar, qadınlar, uşaqlar, hətta ana bətnində olan məxluqlar)qırılırlar. Onları kütləvi şəkildə məhv edirlər. Bunlara nə ad vermək olar?-özünüz deyin. Bir qarışqanı, çibini yarada bilməyən insan dünyanı qan nəhrindəboğur. Əlbəttə, dediklərim mənim subyektiv fikirlərimdir. Hörmətli oxucular mənimlərazılaşmaya da bilərlər. Onlarla mübahisəyə girməyə də təşəbbüs göstərmirəm.Bir anlığa heyvanla insanın xislətindəki fərqlərə nəzər salın. Öz cinsindənolanla döyüş zamanı maral geri çəkilir, canavar quyruğunu bulayır, meymun üzünügeriyə çevirir və vuruşun dayandırılması xəbərdarlığını verir. Rəqibi dərhalvuruşu saxlayır. Bununla da döyüş səhnəsi sona yetir. Bəs insan neyləyir? İnsandaha da əzazilləşir. Onda rəqibinə nifrət hissi alovlanır. Onu daim təqib edir,alçaldır, hətta bəzən öldürmək üçün fürsət axtarır. İndi özünüz nəticə çıxarın.Ən qorxduğum şey nə ola bilər?”

...Maraqlı tərəfi burasıdır ki, Ağarəhimmüəllimin qorxduğu da insandır, sevdiyi də. Və bu hal paradoks hesab olunsa da,o, bu suala da yazıçı idrakı, pedaqoq məharətilə cavab verir: "İnsanın fəzilətigözəldir, cinayəti dəhşət”.

Müstəqillik dövrünün hadisələrini özündə əksetdirən povest və hekayələrin müəllifi Ağarəhim Rəhimov bir çox səciyyəvi sənətkarlıqxüsusiyyətlərilə yanaşı- şəxsiyyət və sənət vəhdəti yaradan çox az sayda olanyazıçılarımızdan, alimlərimzidən biri kimi də nəsillərin yaddaşına köçəcək. Əsərlərininhamısını oxumasam da, bir çoxunu oxuduğuma görə özümü şanslı hesab edirəm.Çünki həyat həm də kitablardadır. İnsana dünyagörüşünü zənginləşdirmək üçündünyanı gəzmək vacib olduğu kimi çox oxumaq da vacib bir təlabatdır. Hər insanbir kəşfdi, hər kitab bir dünyadı. Mənalı, məzmunlu, özünün bədii-estetikidealı olan insanı kəşf edə bilməsən, onun yaradıcılığı ilə tanış olmasan, heçşübhəsiz ki, özün də natamam görünərsən. Necə ki Ağarəhim Rəhimov yaratdığıobrazları natamam yaratmayıb. Yazıçının özünün də ifadə etdiyi kimi, əsərlərininnüvəsində ən çox qorxduğu və ən çox sevdiyi insan dayanır- yaranmışların əşrəfiolan insan. Sözün qüdrətinə arxalanan ədibin məqsədi, əsərlərindəki başlıca qayəinsanın ruhani görkəmini formalaşdırmaq, onu kamilləşdirməkdir. Yazıçı cəmiyyətisağlam, insanları əqidəli, məsləkli, dürüst görmək istəyir.

Mənə elə gəlir ki, insan üçün sənət zirvəsinəyüksəlmək özü də bir meracdır. Yazıçı oyüksəklikdən cəmiyyətə baxmasa, qələmə and içə bilməz, and içdiyi qələmlə yazıyaza bilməz. Yalnız o zirvədən baxanda təkcə cəmiyyətin yox, hətta toplumuyaradan ayrı-ayrı fərdlərin də iç dünyasını bəsirət gözü olan sənətkar görəbilir və görür. Görməsə, deməz. Deməz ki, insan öz düşmənini bütün hallarda öziçərisində axtarmalıdır.

Bir də ki, insanın könül dünyası birşumdu, bir əkin yeridir. Ora sağlam toxum səpsən, sağlam da bar götürərsən.Ağarəhim Rəhimov bütün əsərlərində sözün ruhuna sevgi toxumu səpir. İnsanalrınnicatı, səadəti naminə daim şövqlə, gənclik ehtirası ilə qələm çalır. O xoşbəxtdirki, təkcə bir yazıçı kimi yox, həm də bir müəllim, artıq Respublikada yetərincənüfuzlu bir təhsil ocağının rəhbəri, bir şəxsiyyət, ictimai fikrin hesablaşdığıbir cəmiyyət adamı kimi də sevilməkdədir. Onun rəhbəri olduğu Bakı QızlarUniversiteti isə elə həqiqətən də təbiətində şahzadəlik olan bir Azərbaycanqızına xas saflıqda, duruluqdadır. Burdakı şəffaf təhsil gələcəyin alimi,yazıçısı, jurnalisti, müəllimi, anası olan qızlarımıza bəri başdan etibarlı birzəmanətdir. Xalqın bir yaxşı sözü də yadıma düşür. Sərkərdə qoçaq olsa, heçverməz ordu bada.

Ağarəhim müəllimin rəhbərlik etdiyiuniversitetdə çalışan müəllimlər onun tələblərinə cavab verən tanınmışsimalardır və mən əminəm ki, Ağarəhim müəllim onların əqidəsinə, məsləkinə bələdolmasa, onlarla birlikdə olmaz.

Hər halda, elin gözü tərəzidir. QızlarUniversiteti də Azərbaycan təhsilində müəllifinin dəmir iradəsi hesabınayaradılmış öz işığı, ziyası ilə seçilən bir elm məbədidir.

Ağarəhim Rəhimov yaradıcısı olduğu bu təhsilocağının simasında olduğu kimi, digər əsərlərində də öz iradəsinin heykəliniqoyub...

...Sənətkarın iradəsi- onun ilhamıdır.

ƏlibalaZaloğlu,

Bakı Qızlar Universitetininmüəllimi, AYB-nin üzvü