adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Yanvar 2020 17:56
113140
MƏDƏNİYYƏT

Sənətin nur işığında

Deyirlər teatr bəşəriyyətin kəşf etdiyimöсüzəsi və ən böyük bir varlığıdır. Dünyanın bütün sevinclərini,insanların arzu və xəyallarını, qüvvətli ehtiraslarını, xeyrin qələbəsini, şərişin, xəyanətin məğlub edilməsini səhnədə görmək, prometey qəlbli insanların qəhrəmanlığındanruhlanmaq tamaşaçılara həmişə xoş gəlir. Düşünürəm ki, teatrın vəzifəsi insandaözünə qarşı qürur hissi oyatmaqdan, onun həyatda ən yaxşı, ən mühüms, ən əziz,müqəddəs bir məxluq olmasını və ondan başqa diqqətə daha çox layiq bir varlıqolmadığını söyləməkdən ibarətdir. Fəaliyyətə başladığı gündən Azərbaycan teatrıöz repertuarının coşğun miqyasını ildən-ilə genişləndirərək teatrlarımızınyaradıcılıq inkişafında xüsusilə Azərbaycan dramaturgiyasının banilərinin M. F.Axundzadənin, S. S. Axundovun, C. Məmmədquluzadənin, H. Cavidin, C.Cabbarlının, Ə. B. Haqverdiyevin, M. S. Ordubadinin, A. Şaiqin, A. Səhhətin, N.B. Vəzirovun, İ. Əfəndiyevin, B. Vahabzadənin, İ. Şıxlının sənət axtarışlarıçox böyük rol oynayaraq əvəzsiz aktyor nəsli sınaqlardan çıxaraq əsl sənət fədaisikimi püxtələşərək hər bir yaradılan səhnə əsəri əlamətdar hadisəyə çevrilib.Klassik dramaturgiyaya müraciət böyük realist aktyor məktəbinin ən parlaqsimalarını Azərbaycan mədəniyyətinə bəxş edib. Aktyor tanıyıram ki, bu sənətişığından nurlanaraq inkişaf edib, püxtələşib və öz sənət yolunu hay-küysüz,vicdanla inkişaf edirib. Ömrünün 45 ilini Azərbaycan Teatr sənətinin inkişafınahəsr edən Sovqat Səmədova tək.

Atasıuzun illər polisdə işlədiyindən əslən Oğuz rayonundan olan Səfər kişi müharibədənsonra 1946-cı ilə kimi Şəkidə çalışıb. 1946-cı ildə isə Xaldan rayonuna işləməküçün göndərilib. Elə bu ildə də Sovqat Səfər qızı Səmədova Xaldan rayonununAşağıbucaq kəndində anadan olub. Ancaq o illərdə ana nənəsinin himayəsində Şəkidəböyüyüb, boya-başa çatıb. 1957-ci ildə Xaldan rayonu ləğv olunduğundan atasıyenidən işləmək üçün Şəkiyə göndərilib. Orta təhsilini yeddinci sinifə kimioxuyan Sovqat məktəbdən erkən ayrılmalı olub. Səbəb isə atasının aftomobil qəzasındansonra işləyə bilməməsi, böyük qardaşının isə həqiqi hərbi xidmətdə olması ailəninböyük maddi çətinliklərlə üzləşməsi ilə bağlı idi. Bu ehtiyac üzündən anası ailəyəkömək məqsədilə onu orta məktəbin yeddinci sinfindən çıxararaq Şəkidə fəaliyyətgöstərən 2 saylı İpəkçilik Kombinatında işləməyə göndərib. Burada üç ay şagirdolaraq çalışan Sovqat sonradan usta olaraq fəaliyyətini davam etdirib. Bununlayanaşı həmçinin Şəkidə fəaliyyət göstərən Fəhlə-gənclər məktəbində də təhsilinidavam etdirib. Bu məktəb o illərdə Şəkidə 11 saylı orta məktəbin gecə növbəsiolaraq fəaliyyət göstərirdi. Orta məktəb illərindən özfəaliyyət dərnəklərinəolan həvəsi müəllimlərinin də diqqətindən kənarda qalmırdı. Məktəbin demək olarki, bütün tədbirlərində yaxından iştirak edirdi. Bu illərdə İpək Kombinatının nəzdindəolan Mədəniyyət evində Xalq Teatrı fəaliyyət göstərirdi. O, kombinatdaçalışdığı müddətdə həmçinin Xalq Teatrına üzv yazılıb. Hətta Xalq Teatrına olanhəvəsinə görə anası tərəfindən verilən müəyyən məbləğli pulu yığaraq fabrikdəonunla yanaşı işləyən işçi yoldaşına verərək bir saat ərzində onun əvəzinə işləməsişərtilə məşqlərdə iştirak etmək üçün icazələr alardı. Çünki onun Xalq Teatrınagetməsinə ailə üzvləri narazı idilər.



Tariximəmbələrə nəzər salarkən görürük ki, 1879-cu ildə İpəkçilər şəhəri olan Şəkidəilk dəfə barama ambarında, maarifpərvər yazıçı Rəşidbəy Əfəndiyevin təşəbbüsüilə M. F. Axundzadənin "Hacı Qara” komediyası yerli həvəskarlarla tamaşayaqoyulub. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə Dövlət Dram Teatrı,1959-1975-ci illərdə isə Xalq Teatrı fəaliyyət göstərib.

Sonradanailə həyatı quran aktrisanın bu həyatı da bir faciənin nəticəsində uğursuzolub. Cəmi bir il iki ay sürən bu izdivacdan dünyaya gələn bir övladı ilə ataevinə qayıtmaq məcburiyyətində qalıb. O illəri xatırlayan aktrisa Sövqat Səmədovadeyir: "Elə bir vəziyyət yarandı ki, mən ata evimə gəldikdən sonra ailəmizdəolan müəyyən problemlər üzündən tək qalmalı oldum. Qonşuluqda yaşan bir qız ozamanlar Mədəniyyət evində katibə olaraq çalışırdı. O da ailə həyatı qurmuşdu.Bu zaman mən Mədəniyyət evinə getdim ki, onun əvəzinə katibə olaraq çalışım. Mədəniyyətevinin direktoru Nazim Bilalov dedi ki, mən sənin Kombinatda fəaliyyət göstərənXalq Teatrında olan çıxışlarından xəbərdaram. Sən bizə səhnədə kömək et, biz dəsəni işlə təmin edək. Mən razılıq vermədim ki, daha Şəkidə səhnəyə çıxa bilmərəm.O zaman yerində xidmət deyilən kolxoz və sovxozlarda əməkçilər qarşısındakonsert proqramları göstərilirdi. Nazim Bilalaov hələ ki, bu qastrol səfərlərindəiştirak etməyimi istədi və dedi ki, nə zaman Şəkidə səhnəyə çıxmağa hazırolsan, istəsən o zaman çıxış edərsən. Beləliklə mən razılıq verdim və Mədəniyyətevində işə başaldım”.

Birmüddətdən sonra Mədəniyyət evinin nəzdində "Namus” pyesi hazırlanarkən aktrisaSovqat Səmədovaya 22 yaşında olarkən Süsənbər obrazı həvalə olunub. Ancaqaktrisa çatışmamazlığı üzündən Şpanik obrazını oynayacaq bir şəxs tapılmayıb.Bu zaman Mədəniyyət evinin mərhum rejissoru Məmmədkəbir Hacıoğlu ona Şpanikobrazını da oynamağı həvalə edib. Çox böyük tərəddüdlərdən sonra aktrisa həmSüsənbər həm də Şpanik obrazları ilə ilk dəfə səhnəyə çıxmalı olub. Bu zaman Şəkirayon Partiya Komitəsinin birinci katibi olan Sadıq Murtuzayev və ikinci katibiolan Ənvər Nəzərli hazırlanan tamaşaya baxaraq onu təhvil alıblar. İlk səhnədebütünü xatırlayan aktrisa "Namusu təhvil verdik. Komissiya üzvləri tamaşayabaxdılar. Müzakirədə hər kəs ancaq Şpanikdən danışır. Maraqla hər kəs soruşurki, kimdir Şpaniki oynayan. Mərhum Nazim müəllim də məni göstərib dedi ki, buölmüş (gülür). Məni görən hər kəs isəinanmır ki, axı bu cavandır. O zaman Sadıq Murtuzayev mənə dedi ki, daha bundansonra cavan obrazlar oynamayasan. İnanırıq ki, sən xarakterlər yaradan biraktrisa olaraq yetişəcəksən. Belə oldu ki, mən Xalq Teatrında qalıb aktrisaolaraq işləməli oldum” - deyir.

BeləlikləSovqat Səmədova 1972-ci ilin aprel ayından Xalq Teatrında aktrisa olaraq fəaliyyətəbaşlayıb. 1975-ci ildə mərhum rejissor Vaqif Abbasovun və direktor NazimBilalovun rəhbərliyi ilə yeni Dövlət Dram Teatrı yaradılaraq bərpa olunub və azmüddət ərzində böyük uğurlar qazana bilib. Bu zaman xalq teatrında fəaliyyətgöstərən aktyor heyətindən Rafiq Yunusov, Sovqat Səmədova və Aydın Əlibalayevdənimtahan götürülərək yeni bərpa olunan teatra cəlb olunublar. Bu minvallaaktrisa 1975-ci ildən 2012-ci ilin dekabr ayınadək Şəki Dövlət Dram Teatrında37 illik səhnə fəaliyyətində aktrisa olaraq çalışıb.



ŞəkiDövlət Dram Teatrının səhnəsində yüzdən artıq obrazlar qaleriysı yaradanaktrisa "Komsomol poeması”da Gülcahan Ana, "Quşu uçan budaqlar”da Kaftar,"Adamın adam”da Xəbərçi Xədicə, "Müsyo Jordan və Dərviş Məstəli şah”da Xanpəri,"Hacı qara”da Tükəz, "Bir saatlıq xəlifə”də Səkinə xanım, "Lənkəran xanın vəziri”dəNisə xanım, "Aydın”da Böyük xanım, "Yalan”da Güllü xala, "Şirinbala balyığır”da Dilşad, "Kəndimizin narları”da Maral, "Hökm”də Dilsüzə, "Kral Lir”dəKordelya, "Arvadımın əri”də Zərifə, "Ustalar”da Miramixa, "Onun ikiqabırğasın”da Qəşəm ana obrazları maraqla baxılan və böyük ustalıqla yaradılansəhnə obrazlarının bir qismidir.

Bugün də Şəki Dövlət Dram Teatrında çalışdığı müddət ərzində sənət dostlarındansöhbət düşüərkən Sovqat Səmədov bir qədər kövrək səslə danışdı: "Bu illər ərzindəsənət dostlarımdan söhbət düşərkən mərhum rejissorumuz, əməkdar incəsənətxadimi Hüseynağa Atakişiyevi xatırlamaya bilmirəm. Əslində o, mənim tək sevimlirejissorum olmayıb. Şəki Dövlət Dram Teatrında mənim qardaşım, sirdaşım, müəllimimolub. Onunla bağlı nə qədər də danışsam bitməz, tükənməz”.

AktrisaMəmmədkəbir Hacıoğlu, Rahib Mustafayev, Vaqif Abbasov, Hüseynağa Atakişiyev,Cahangir Novruzov, Muxtar İbadov, Mirbala Səlimli kimi peşkar Azərbaycanteatrının professional rejissorlarının quruluşlarında maraqlı obrazları ilə hərzaman onların diqqətini cəlb etməyi bacarıb. Həmçinin Şəki Dövlət DramTeatrının səhnəsində Cahangir Novruzov, Gülşad Baxşıyeva, İbrahim Əliyev,Hüseynağa Atakişiyev, Muxtar İbadov, Maya Əliyeva, Fərman Abdullayev kimi sənətdostları ilə birlikdə çiyin-çiyinə çalışaraq, müxtəlif səpgili əsərlərdə tərəfmüqabiliolub.

1974-cüildə Dövlət Akademik Musiqili Teatrı Şəkiyə qastrol səfərinə gələn zaman buteatrın baş rejissoru Vaqif Ağayev Sovqat Səmədovanın Xalq Teatrında olanobrazlarda ifasını gördükdən sonra onu işləmək üçün bu teatra aktrisa olaraq dəvətedib. Ancaq 1975-ci ildə Şəki Dövlət Dram Teatrı yenidən bərpa olunduğu üçünaktrisa bu dəvəti qəbul etməyib. Aktrisa o illəri xatırlayarkən deyir: "1974-cüildəDövlət Akademik Musiqili Teatrı Şəkiyə "Qaynana” komediyası iləqastrol səfərinə gəlib. Burada mən görkəmli sənətkarımız, xalq artisti NəsibəZeynalova ilə yaxından tanış ola bilmişəm. Bu tanışlıq sonradan böyük dostluğahətta ana və övlad qədər sıx olan münasibətlərə çevrilib. Hətta CahangirNovruzov 1985-ci ildə bizim Şəki Dövlət Dram Teatrına baş rejissor təyinolunduqda mən onun bacısı kimi çox yaxından qayğıları ilə məşğul olmuşam. Ozamanda da Nəsibə Zeynalova da mənim DövlətAkademik Musiqili Teatrına aktrisa olaraq getməyimi təkidlə istəyirdi. Ancaq məndoğma Şəkidən ayrıla bilmədim”.

SovqatSəmədova 2013-cü ilin yanvar ayından etibarən isə Bakı Uşaq Teatrında aktrisaolaraq fəaliyyətini davam etdirir. Bu teatrın səhnəsində "Əs-Xaş”da Mərhəmət,"Göyçək Fatma”da Nənə, "Humayın yuxusu”da Nənə, "Dələduz siçanlar”da Ana siçan,"Qış yuxusu”da Küpəgirən, "Çay dəsgahı”da Nağılçı, "Ballı”da Ballı, "Bəla”daAna kimi maraqlı obrazlar qaleriyası yaradan aktrisa İntiqam Soltan və İlhamə Əhmədovakimi rejissorlarla çalışır.

Aktrisafəaliyyəti müddətində bir sıra bədii və sənədli filmlərdə də maraqlı obrazlaryarada bilib. Belə ki, "Axırıncı dayanacaq”, "Sübhün səfiri”, "Anai”,"Qaynanamız”, "Bağlı qapı”, "İmtahan”, "Qız qaçırma-2”, "Baldızım”, "O dünyadansalam”, "Niyə-2”, "Döngələr”, "İşığa doğru”, "Qız yükü”, "Günahkarlar”, "Könülyarası”, "Üç bacı”, "Bir qadın” bədii eləcə də sənədli televiziya filmlərində dəmaraqla qarşılanan rəngarəng və bitgin obrazlar yaratmağa müvəffəq olub.Bununla yanaşı aktrisanın kino fəaliyyəti Türk kinomotoqrafiyasının da diqqətindənkənarda qalmayıb. Belə ki, "Həyat varsa”, "Mahmud və Məryəm” filmlərinə dəvətalan aktrisa maraqlı surətlərə çəkilib.

O,fəaliyyəti müddətində bir çox Fəxri fərmanlarla və eləcə də Beynəlxalq TeatrFestivallarının mükafatları ilə təltif olunub.

Bu gün bir oğul, dörd nəvəsi olan aktrisaSovqat Səmədova yaradıcılığı ilə körpə fidanlarımızın qarşısında maraqlı vəorjinal surtətləri ilə çıxışlardan böyük zövq alır. Yaşayır və yaradır. Sənətinnur işığında parlayan günəş tək varlığını sübüt edir. Sənətkar ömrü yaşanan illərlədeyil, görülən əməllərlə ölçülür. Sənətkar var ki, ömrünü "yüksək titullarqazanmağa” sərf edir, qısa zamanda sənətin zirvələrini fəth edir. Sənətkar davar ki, qəlbini piltə-piltə əridir, öz insani və vətəndaşlıq borcunu təmkinlə,hay-küysüz yerinə yetirir, məqsədi, amalı uğrunda daima hərəkətdə, inkişafdaolur.

Anar Burcəliyev

Teatrşünas