adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Iyul 2019 13:06
24402
ƏDƏBİYYAT

Sənət fədailəri və ya unudulmağa məhkum olanlar

(doqquzuncu yazı)


Elə səhnə ustaları var ki, onlarhaqqında yazmaq bir qədər mürəkkəb olur. Çünki onların yaradıcılıq yollarıvaxtında lazımınca araşdırılmayıb və bu səbəbdən də onlar haqqında araşdırmaaparmaq da müşgülə cevrilir. Bu tip aktyorlar isə sözün əsl mənasındaunudulmağa məhkum olunur. Həyat və yaradıcılıqları sanki qaranlıq bir zirzəmidənöz kölgələrinin işığı qədər boylana bilir. Zaman keçdikcə isə bu işıq şöləsi dəsönür və sanki heç yoxmuş kimi unudulur. Ancaq elə səhnə ustaları da var ki, sənətməziyyətləri, səhnədə aktyor ifası bu gün də onu tanıyanların qəlbində nəsillərdən-nəsillərəötürülür. Sözün əsl mənasında unudulmayacaq bir sənətkar kimi öz həmkardostlarının və yaxınlarının qəlbində yaşayır. Aktyor Zakir Şahbazov tək.

Zakir Cəni oğlu Şahbazov 1902-ci ildə Göyçayın Şıxlı kəndində anadanolub. Orta məktəbdə oxuyarkən Göyçaydakı dram dərnəyində fəaliyyət göstərib. 1924-1928-ciillərdə Mirzə Fətəli Axundzadə adına Bakı Türk Teatr Məktəbində təhsil alıb. Tələbəlikillərində həmçinin Akademik Milli Dram Teatrın səhnəsində bir sıra tamaşalardaepizodik rollarda çıxışlar edib. Təhsilini başa vurduqdan sonra altı ilAkademik Milli Dram Teatrında çalışıb. 1934-cü ilin noyabr ayının 16-dan1940-1941-ci il mövsümünə kimi isə İrəvan teatrının truppasında fəaliyyət göstərib.Daha sonra Gəncə Dövlət Dram Teatrına gəlib. Ömrünün sonuna kimi də bu teatrdaçalışıb. Aktyor Gəncə Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulan əksərpyeslərdə daha çox ikinci dərəcəli rollar ifa edib. O, realist aktyor məktəbininyetirməsi olub. Əsasən tipik-psixoloji və kiçik xarakterli obrazlar yaradıb. Səhnədəolan maraqlı ifa tərzi sadəliyi və səmimiyyəti ilə hər zamanseçilə bilib.

Gəncə Dövlət Dram Teatrının səhnəsində Cəfər Cabbarlının "Aydın”daCavad, "Solğun çiçəklər”də Əbdül, "1905-ci ildə”də Ocaqqulu, Bahadur bəy, "Nəsrəddinşah”da Mirzə Ələsgər xan, Mirzə Fətəli Axundzadənin "Lənkəran xanın vəziri”də XacəMəsud, Nəcəf bəy Vəzirovun "Hacı Qənbər”də Molla Səfi, Əbdürrəhim bəyHaqverdiyevin "Pəri cadu”da Təlxək, Cəlil Məmmədquluzadənin "Ölülər”də Hacı Kərim,Süleyman Sani Axundovun "Eşq və intiqam”da Piri baba, Səməd Vurğunun "Fərhad vəŞirin”də Azər baba, Sabit Rəhmanın "Nişanlı qız”da Çeşməkli kişi obrazlarıaktyorun Azərbaycan klassik dramaturgiyasının maraqla izlənilən səhnə əsərlərindəyadda qalan obrazları silsiləsinə daxildir.

Bu gün aktyor Zakir Şahbazovdan söz düşərkən dramaturq Nüşabə Məmmədlionun haqqında öz xatirələrində söyləyir: "Biz Zakir Şahbazovun ailəsi ilə birevdə-Gəncə şəhərində yerləşən Aktyorlar evində yaşayırdıq. Bu evdə mənim mərhumqaynatam və qaynanam olan respublikanın xalq artistləri Əşrəf Yusifzadə və Rəmziyyəxanım Veysəlova da yaşayırdı. Zakir müəllim burada hər zaman hər kəs tərəfindənböyük hörmət və sevgi ilə xatırlanırdı. Yaxşı xatırlayıram ki, həyat yoldaşıolan Züleyxa xanım Babayeva da onu həyatında daha çox sevirdi. Həttaxatırlayıram ki, Züleyxa xanım 5 sentyabr 1979-cu il tarixində vəfat etməzdən əvvəlvəsiyyət etdi ki, onu dəfn edərkən həyat yoldaşı Zakir Şahbazovun şəkili iləbirlikdə məzara dəfn etsinlər. Belə də oldu. Biz Züleyxaxanımı Zakir Şahbazovun fotoşəkliilə birlikdə dəfn etdik. Bir faktı da deyim ki, Züleyxa xanım Babayeva mərhumazərbaycanlımilyonçu, mesenat, Hacı Zeynalabdin Tagıyevin ailəsinə bağlı insan idi.Qohumluq əlaqələri vardı.Ancaq bu barədəo zamanlar heç kimə bir kəlmə də demirdi.Züleyxaxanım çox kubar və dünya görüşlü, savadlı qadın idi. Biz aktyorlar evində sankibir ailə üzvləri idik. Zakir Şahbazov Gəncənin Səbiskar qəbristanlığında dəfnolunub. Məzarını hər zaman ziyarət edirik. Allah hər iki dəyərli insanlara rəhmətetsin.”

Söhbət elə Züleyxa xanım Babayevadandüşmüşkən qeyd etməliyəm ki, o da aktrisa olub və İrəvan teatrında çalışıb.Züleyxa xanım bu teatrın səhnəsində Mirzə Fətəli Axundzadənin "Lənkəran xanın vəziri”dəPəri xanım, "Müsyö Jordan və dərviş Məstəli şah”da Xanpəri, Zülfüqar bəy Hacıbəylinin"Aşıq Qərib”də Ağca qız, Sabit Rəhmanın "Xoşbəxtlər”də Sənubər, Süleyman Rüstəmin"Qaçaq Nəbi”də Fatma xala, Uilyam Şekspirin "Otello”da Biankovə başqa maraqlı səpgidəobrazları ilə çıxışlar edib.

Aktyor Zakir Şahbazov Gəncə DövlətDram Teatrının səhnəsində həmçinin çağdaş milli dramaturqların əsərlərində dəmaraqlı obrazlar qaleriyası yaradıb. Həmçinin onun bu teatrın səhnəsində əcnəbimüəlliflərin pyeslərində yaratdığı obrazları da maraqla baxılıb. Belə ki, İsgəndərCoşqunun "Komsomol poeması”da Şirəli, Ənvər Məmmədxanlının "Şərqin səhəri”dəİngilis zabiti, Süleyman Rüstəmin "Qaçaq Nəbi”də Alı kişi, İlyas Əfəndiyevin "Sənhəmişə mənimləsən”də Qoça kişi, "Bahar suları”da Bədəl kişi, İslam Səfərlinin"Göz həkimi”də Əmir əmi, Bəxtiyar Vahabzadənin "Vicdan”da Abdulla, UilyamŞekspirin "Otello”da Zabit, Jan Batist Molyerin "Jorj Danden”də Lyüben, Lope deVeqanın "Kələkbaz sevgili”də Kapitan Bernardo, Nikolay Qoqolun "Evlənmə”dəStepan, Nazim Hikmətin "Kəllə”də Naşir, Riçard Şeridanın "Aldanmış adaxlı”daFransisko, Rəsul Həmzətovun "Dağlı qızı”da Birinci qoca və başqa obrazları onunçox məharətlə oynadığı surətlərindəndir.

Aktyor Zakir Şahbazovun Gəncə DövlətDram Teatrının səhnəsində maraqlı surətlərindən biri də Cəfər Cabbarlının"Solğun çiçəklər” pyesində yaratdığı Əbdül əmi surətidir. Bu pyesin Gəncə DövlətDram Teatrında səhnəyə qoyulması 29 noyabr 1949-cu ilə təsadüf edir. Üç pərdəlimelodramanın quruluşçu rejissoru, respublikanın əməkdar incəsənət xadimi HəsənAğayev, rəssamı isə Süleyman Hacıyev olublar.4 pərdəli, 7 şəkildən ibarət olanbu pyes 1949-cu ilin quruluşu olaraq rejissor, respublikanın əməkdar incəsənətxadimi Hüseyn Sultanovun traktofkasında 1954-cü ildə eyni aktyor heyyəti iləyenidən bərpa olunub. Aktyor Zakir Şahbazov yoxsul, yazıq, lakin alicənab, həqiqibir insan olan Əbdül əminin zülümkarlar dünyasına bəslədiyi nifrəti, Saraya(respublikanın xalq artisti Ətayə Əliyeva)göstərdiyisəmimiyyəti və qayğıkeşliyi inandırıcı bir şəkildə və realist boyalarla ifa etməsiilə hər zaman diqqət mərkəzində olmağı bacarırdı. Onun digər bir surəti olanİslam Səfərlinin "Göz həkimi” pyesində oynadığıƏmir əmi obrazı da maraqlabaxılan surətlərindən biri hesab edilir. 5 pərdəli, 10 şəkilli dramınrejissoru, respublikanın əməkdar incəsənət xadimi Hüseyn Sultanov, rəssamı NüsrətFətullayev, bəstəkarı Andrey Babayev, rejissor assistenti isə, xalq artisti MəhəmmədBurcəliyev olublar. Tamaşadaaktyorun ifasında klinikanın qapıçısı olan bu balaçavə sadə geyimli adamın ürəyi xeyirxah əməllərlə döyünür. O da İvanovun taleyiilə maraqlanır. İvanovun Bakıya gələn həyat yoldaşı Lyubov Petrovnayamehribanlıq, səmimiyyət göstərir. Aktyor duzlu, şirin danışığı, mülayim, təbiihərəkətləri ilə təmiz və nəcib qəlbə malik olan sadə bir adamın obrazını məharətləyarada bilirdi.

Adi bir təsadüf nəticəsində ZakirŞahbazovun yaxın qohumu olan Alov Səfərəliyev ilə sosial şəbəkə vasitəsilətanış oldum. O, mənə Zakir Şahbazov haqqında maraqlı bir faktı yazdı: "ZakirŞahbazov bizim kənddə, yəni Göyçayın Şıxlı kəndində doğulub. Həmin kəndi mənimQazağın Şıxlı kəndindən gələn ulu babalarım salıb. Kifayət qədər varlıolduqlarından böyük ərazini pulla ala biliblər. Həmin ərazidə indi beş kəndyerləşir. Zakir Şahbazovun atası erkən vəfat edib və onun anasını ata babamikinci həyat yoldaşı kimi alıb. Zakir Şahbazova isəöz övladı kimi baxıb. Babamıkommunistlər 1934-cü ildə güllələyib. Atam danışırdı ki, Zakir Şahbazovu axrıncıdəfə təqribən 1942-cü ildə Gəncədə görüb. Atam ailəni dolandırmaq üçün 15-16yaşlarında Gəncə vağzalında yük daşıyıb. Qazandığı pula həm bacı-qardaşlarınısaxlayıb, həm də müsadirə olunan evlərini Sovet hökumətindən geri alıb. Həminillər atam bəzən Zakir Şahbazovgildə yaşayıb.Zakir Şahbazovun həyat yoldaşıhaqqında atam da çox xoş sözlər deyirdi. Sonralar müəyyən səbəblərdən əlaqəitirilib. Atam dünyasını dəyişməmişdən əvvəl mənə iki işi tapşırıb, vəsiyyətetdi. Babamın haqsız güllələndiyini sübut etməyi və bir də Zakir Şahbazovun məzarını tapıb, onu ziyarətetməyi. Qismət olsa yaxın vaxtlarda Gəncəyə gəlib bu vəsiyyəti həyata kecirəcəm.”

Zakir Şahbazov 28 may 1968-ci ildə Gəncədə vəfat edib və buradakı qədimSəbiskar qəbiristanlığında dəfn olunub. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəmki, Zakir Şahbazovun vəfatından 51 il ötməsinə baxmayaraq onunla bağlı heç birdövrü mətbuatda geniş formada yazılar dərc edilmir və ya xatirə verilişləri beləhazırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı binanın önündə Gəncəşəhərində yerləşən Aktyorlar evinin qarşısında belə xatirə-baralyef lövhəsiyoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özününmöhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərinin unudulmasınınvə ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?

Bəlkə də elə biz, özümüzük!

Anar Burcəliyev

Teatrşünas