adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 May 2018 11:58
15656
ƏDƏBİYYAT

Sən mənə yalnız yazmaq üçün lazımsan...

Məşhur yazıçıların yaşadıqları sevgilər onların möhtəşəm əsərləriqələmə almağında böyük rol oynayıb. Doğurdan da, sevgi bəzən ədəbiyyatınqırıldığı nöqtədir...

Gəlin, bir neçə yazıçının sevgi əhvalatlarını xatırlayaq.





Yusif Vəzir Çəmənzəminlinin aşiq olduğu qız

Yusif Vəzir Çəmənzəminli gənc yaşlarında Aşqabadda Asya adlı birgözəl qıza aşiq olur. Qız da onu sevir. Çox keçmir ki, yoldaşları da busevdadan xəbər tuturlar.

Bir gün dostlar bir gizlinə çəkilib xəlvəti Kaxetiya şərabı içirlər.Yusif Vəzirə nə qədər təkid edirlərsə, içmir.

Dostlardan biri deyir ki, bu qədər də fanatiklik eləmə, cavanlıqdır,iç, bir az şənlən.

Yusif Vəzir də cavab verir ki, mən ömrümdə dilimə içki vurmamışam,odur ki, andımı pozmayacağam.

Bunu eşidən həmin dost badələrə şərab süzüb qədəhin də birini onauzadır:

- İçək Asya xanımın şərəfinə.

Yusif Vəzir gülümsəyərək qədəhi alır:

- Yaşasın - söyləyərək ömründə ilk dəfə şərab içir.


"Xoşbəxt" Puşkin

Puşkini xoşbəxt hesab etmək olardı: o, həm Rusiyanın bir nömrəlişairi adına layiq görülmüş, həm də ölkənin ən gözəl qadınını ələ keçirmişdi.Ancaq bəzən xoşbəxtliyin ömrü də insan taleyi kimi olur: heç gözləmədiyin andaqəfil məhv olub gedir...

Puşkininqabağına çətin bir əngəl çıxır: Dantes peyda olur. Dantes çox qəddar və inadcılbiriydi. O, uğrunda döyüşəcəyi qadına görə hər şeyindən vaz keçməyə razı olacaqbir xarakterdəydi. Onun üçün indi önəmli olan öz gələcəyi idi. Və bu gələcəkonu hara aparır-aparsın Dantes buna razıydı. O, öz rolunun öhdəsindəngələcəyinə inanırdı. Və ifa olunan bu rol Puşkinin sonuna çıxacaqdı. Dueldəölən bir şair...


Qeyri-adi yazıçı və çılğın arvadı…

Amerikayazıçısı Fitskeraldın xanımı Zelda heç nəyə fikir vermirdilər: yazıçı Skottteatrda soyunubçılpaqotura, sevgilisiZelda isə ondan geri qalmadan köynəklə fontanda çimə bilərdi.Onlar mahnıoxuya-oxuya maşınla bütün şəhəri gəzməyi belə bacarardılar. Skott və Zeldatez-tez küpünə qədər içirdilər.

Fitskeraldın eşq macərası haqqında maraqlı fakt: "Nyu-York camaatıFitskerald cütlüyünün qəfil yoxa çıxmağına şaşırmışdılar.Manhettenəgetmək üçün şənbə günü axşam Lonq-Aylendəki evlərini tərk ediblər. Onlar nəbazar günün səhərində, nə bazar ertəsinin axşamında, nə də çərşənbə günü məlumməkanda görülməyiblər. Yalnız cümə axşamı onları çox pərişan halda Nyu-Cersiotelində tapdıq. Cənab Fitskerald, eləcə də onun sevgilisi hələ də anlayabilmirdilər ki, nə qədər içki içiblər, necə olub dörd gün ötüb keçib və onlarNyu-Cersiyə gəlib çıxıblar...”

Sonra hər şey dəyişdi. Hərdən bir Fitskerald əlinə qələm götürüb nəsəyazmaq istəyəndə Zelda özündən çıxırdı. Qadın hər gün dava salırdı. Deyilənəgörə, Zelda hər gün əməlli-başlı sərxoş olurdu. Daha bunlara düzə bilməyənSkott uşaqları da özü ilə bərabər götürüb şəhərdən çıxdı. Orda yazıçı, nəhayətki, ciddi rejimlə işləyə bildi, sakitlik tapmışdı, bütün gücünü yazıyavermişdi. Ən məşhur romanı olan "Böyük Getsbi”ni orda qələmə almışdı.

Xanımı Zelda bir dəfə özünü ikinci mərtəbədən aşağı atmışdı, az-mazzədələnmişdi. Evə gələndə hamını öldürmək istəyirdi: yazıçı onu psixixəstəxanaya yerləşdirmişdi. Fitskerald öz xanımı haqqında daha sonra yazırdı:"Mən ümidlə dolu olan xəstəxana divarları arxasında Zeldamı itirdim. Bizimsevgimiz əsrin ən böyük sevgisiydi. Münasibətimizdə azacıq qırılma olan vaxthəyatın mənası itdi”.


Çexovun kədərli sevgisi

Bu isə Çexovun xanımının yazdıqlarıdır:

"Məni pilləkəndən ötürdüyün yadındadır? Onda tutacaq necəxaincəsinə cırıldamışdı... Mən bunu dəhşətli dərəcədə sevirəm. İndi isə uzunzaman sənə yazmadım, oturdum şəklinə tamaşa elədim və yalnız sənin haqqında vəgələcəyimiz haqqında düşündüm. Bəs sən düşünürsənmi? Biz səninlə çox azdanışmışıq. Sənə elə gəlmirmi, bizim münasibətimiz anlaşılmazdır? Ah mənimgələcəyimin insanı! Sən artıq bilirsən, biz bir yerdə tanış insanlar kimiyaşaya bilmərik. Mən gəlmişdim sənin yanına. Artıq bu gizlənmələrdən bezmişəm.İnan mənə, bu mənə çox ağırdır. Hələ sənin ananın üzündəki iztirabı görmək dahadəhşətlidir. Mən axı iki od arasında qalmışam. De mənə, de ki, bir yerdəxoşbəxtcəsinə yaşayacağıq...”

Çexov sevdiyi aktrisa ilə bir yerdə yaşaya bilmir.


Sevdiyi qadınla görüşdən sonra…

Ceyms Coys "Uillis” romanını yazırdı. Coys yeddi yüz səhifəlikromanı cəmi bir gündən bəhs edir. İşin ən maraqlı tərəfi də odur ki, bu romanıyazmağa başladığı gün yazıçı sevdiyi qadınla, gələcək xanımıyla görüşəçıxıbmış.

Məhz bu görüşdən sonra yazıçı sonralar onun ən möhtəşəm, şedevrromanını yazıb.

Nora bir kasıb evdə qulluqçu kimi çalışırdı. O qaş qaralanda özyaşadığı yerə gedirdi. Həmin günlərin birində, sonradan gələcək əri olacaqCoysla qarşılaşır.

Nora, yəni Ceymsin sevgilisi bundan əvvəl iki dəfə evlilik yaşamışdıvə onun ərləri nədənsə, çox qəribədir ki, ikisi də ailə qurduqdan bir az sonravəfat etmişlər. Coys onunla ilk dəfə qarşılaşanda nə edəcəyini bilməmişdi.

Günlərin birində o, artıq bu iztiraba son qoyur və Nora ilə evlənməyərazılıq verir. Bu qadın Coysun bəlkə də ən böyük əsəri ola bilərdi, çünki onlardüz ölənə qədər bir yastığa baş qoydular.

Onların arasında dərin və başgicəlləndirici bir sevgi yaranmışdı.İkisi də bunun bitməyəcəyini zənn edirdilər, ancaq necə deyərlər sən saydığınsay gör fələk nə sayır. Aralarında qarşılıqlı ikiləşmə sevgini sıxışdırıbaradan çıxardı.

Coys xanımına hər cür sərbəstliyi verirdi və bundan istifadə edənNora səyahətlərə yollanırdı, hətta bir ara fransız dilini öyrənməyə girişmişdi.Səyahətlər bitəndən sonra Coysun xoş günləri başladı, xanımı ona iki uşaqverdi, biri oğlan Coys, digəri Luisa adında qız idi.

Coys həddindən artıq qısqanc adam idi. Deyilənə görə, xanımına hərcür sərbəstlik verirdi ki, onun başqalarıyla əlaqə qurub-qurmadığını öyrənsin.Hər dəfə yazıçı əvvəlki ərləri haqqında onu sorğu-suala tutur, qısqanclığınıaçıq-aşkar büruzə verirdi.

Coys heç vaxt inandıra bilmirdi ki, bu qadın yalnız onundu. Onunbaşqaları ilə yaxınlığını düşünəndə qıcqanclıq hissləri baş qaldırırdı. Gərginvə əsəbi anlarını aradan qaldırmaq üçün yazıçı içki şüşələrinin arxasınasığınırdı.

Aralarındakı ixtilafı Noranın bacısı yaradır. Qadın deyir ki, Coysçox içən və bədxərc adamdı. Bundan sonra ər-arvad arasındakı kəskin davalarıntəməli atılır.

Yazıçının xanımı ilə məşhur dialoqu var. Nora ona çox içdiyindənşikayətlənərək belə deyir:

"Sən içkidən və yazıdan başını qaldırıb, həyata baxsan hər şeyiolduğu kimi görərsən."

Coys cavab verir: "Sən yazdıqlarımı oxusan, görərsən ki, mən hərşeyi daha aydın, daha yaxşı görürəm..."

Nora ilə Ceymsin münasibətlərini gərginləşdirən bir səbəb də qızlarıLusiaydı. Gənc yaşlarından ruhi xəstə olan Lusianı Nora xəstəxanayayerləşdirmək istəyirdi, ancaq yazıçı buna qarşıydı. Lusianı sağaltmaq üçündünyanın dörd bir yanından həkimlər axışıb gəlir, lakin qızın dərdinə şəfatapmaq mümkün olmur.

Ailə onu klinikaya aparmağın ən düzgün qərar olduğunu anlayır. Oranındaimi yolçusu Coysdu, hər dəfə yolu o tərəflərə düşürdü, ancaq Nora iki ayağınıbir başmağa dirəyib durmuşdu və heç vaxt qızının üzünü görmək üçün o klinikayagetməyəcəyini bildirmişdi.

Deyilənə görə, məşhur yazıçının xanımı feminist olduğu üçün tez-tez bunagörə Coysla deyişməli olurdu. Bu, yazıçının həyatında rastlaşdığı ən mürəkkəb situasiyaolsa da, yazıçı həmişə hər şeyə yaradıcı kimi yanaşırdı.

Yazıçının xanımına erotik məktubu da var. Burda Coys öz etiraflarını qələməalıb. Xanımı hər dəfə ona belə deyirdi: "Sən mənə qadın kimi yanaşmırsan, qulluqçukimi baxırsan".

Məşhuryazıçı dacavabında: "Sənmənə yalnızyazmaq üçünlazımsan" – deyə cavabverərdi.

Türkyazarı AhmetAltanbirməqaləsindəCoysdansözaçaraqbelə yazır:"Dünyanınromantəfəkkürünü və ingilisdilininyönünü dəyişənCoys öz şəxsihəyatını dəyişə bilmədi..."

SamuelBekketisə deyirdi: "O, ədəbiyyatın özüdür..."